Nida.az
XİN: "Bu yanaşma dəyişməlidir"
Ermənistan 30 il ərzində qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına minalar basdırıb. Azərbaycan minatəmizlə prosesinə böyük məbləğdə vəsait ayırır. Humanitar minatəmizləmə regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması baxımından olduqca önəmlidir.
Publika.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
L.Abdullayeva qeyd edib ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük miqyasda bərpa, yenidənqurma işləri həyata keçirir: "Məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması üçün ərazilərin minalardan təmizlənməsi çox önəmlidir".
XİN sözçüsü bildirib ki, 2021-ci ildən Azərbaycanın işğaldan azad olunan ərazilərində 19 min hektar ərazi minadan təmizlənib: "Bu isə Azərbaycanda təsdiq olunmuş və mina şübhəsi olan ərazilərin cəmi 2 faizini təşkil edir".
Leyla Abdullayeva qeyd edib ki, 1992-ci ildən bəri 5 mindən çox şəxs minaların qurbanı olub: "2020-ci ilin noyabrında Azərbaycan, Rusiya, Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatdan keçən müddət ərzində 200-dən çox insan - həm mülki şəxslər, həm də hərbçilər mina partlamasının qurbanı olub."
L.Abdullayeva əlavə edib ki, Azərbaycan minalara, partlamamış hərbi sursat və müharibənin partlayıcı qalıqlarına görə dünyanın ən çirkli ölkələrindən birinin olmasına baxmayaraq, bu sahədə ən az beynəlxalq yardım alan dövlətlərdəndir: "Bu yanaşma dəyişməlidir. Ümid edirik ki, konfrans bu balansın dəyişməsinə kömək edəcək. Biz çalışacağıq ki, beynəlxalq praktika və tərəfdaşlar sayəsində buna nail olaq. Azərbaycana minatəmizləmə sahəsində kömək edən beynəlxalq təşkilatlara təşəkkür edirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrində də ərazilərin minalardan təmizləməsi prosesinində beynəlxalq töhfənin vacibliyi vurğulanır".
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu








.jpg)




.webp)




.png)








.jpg)
.jpg)





