Nida.az
Ərazilərin minalardan təmizlənməsində beynəlxalq əməkdaşlıq vacibdir - Deputat
Azərbaycan hökuməti Ermənistanın insanların kütləvi ölümünə səbəb olan cinayətlərdəki rolunu qabardaraq bütün dünyanın diqqətini lazımi tədbirlər görülməsinə təşviq edir. Çünki minalanmış ərazilər işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə mane olur. İnsanların öz doğma yurdlarına qayıdışını ləngidir. Humanitar minatəmizləmə regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması baxımından olduqca önəmlidir. Ona görə də, minatəmizlənmə sahəsində beynəlxalq birgə səylərin artırılması vacibdir. Bu baxımdan Bakıda bu mövzuda beynəlxalq konfransın keçirilməsi post-münaqişə dövründə dünya ölkələrinin işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə bağlı daha təfsilatalı informasiyalar əldə etməsində mühüm rol oynayacaqdır. Tədbirdə dünyanın 34 ölkəsindən 150 nəfərin iştirak etməsi humanitar minatəmizləmə sahəsində yeni əməkdaşlıq yollarının müyyən edilməsi və daha çox dövlətlərin, təşkilatların bu prosesdə birgə iştirakının təmin edilməsinə səbəb olacaq”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan minalardan təmizlənmə ilə bağlı əməkdaşlıq təcrübəsini artıraraq bir çox ölkə və təşkilatlarla mübadilə aparır: “Ölkəmizin bu sahədə unikal bir modeli formalaşıb. Ancaq bununla yanaşı, ölkəmiz bu istiqamətdə ən qabaqcıl vasitələrin bütün formalarını, qlobal transfondun yaradılması təşəbbüsünü irəli sürür. Çünki bu sahədə kollektiv fəaliyyət daha böyük nəticələr əldə etməyə imkan verə bilər. Xüsusilə də kənd təsərrüfatı, şəhərlərin inkişafı, ətraf mühitin qorunması, səhiyyə və təhsil, mina təmizləmə sahəsində inteqrasiya dərinləşə bilər”.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ilə beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı ilə əməkdaşlıq öz mühüm bəhrəsini verməkdədir: “Bu əməkdaşlıq sayəsində minatəmizləmə fəaliyyəti geniş bir paltformanı əhatə edir və ən müasir texnologiaylar, yeni vasitələrlə bu prosesi daha da sürətləndirmək mümkündür. Bu baxımdan, Avropa İttifaqının müasir minatəmizləmə straegiyasında Azərbaycana olan köməyini də xüsusi qeyd etmək lazımdır. Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək, həmçinin işğaldan azad olunan ərazilərin bərpa olunmasına və yenidənqurma işlərinə dəstək verəcək. Bu məqsədlə Aİ tərəfindən ANAMA-ya 2.5 milyon avro ayrılıb”.
A.Hüseynov vurğulayıb ki, minalar insanların təhlükəsizliyinə, sağlamlığına və inkişafına təhlükə olaraq qalır, bu kimi minalanmış ərazilər ən böyük qlobal problemlərdən biridir: “İşğal olunmuş ərazilərin minalardan təmizlənməsi işləri sürətlə aparılsa da, Ermənistanın vaxtilə basdırdığı minalarıın yerini tam müəyyən etmək çətinlik yaradır. Hətta, onların verdiyi xəritələr də bu əraziləri dəqiq təyin etməyə imkan vermir, onların dəqiqliyi cəmi 25 faizdir. 2021-ci ildən Azərbaycanın işğaldan azad olunan ərazilərində 19 min hektar ərazi minadan təmizlənib. Bu isə təsdiq olunmuş və mina şübhəsi olan ərazilərin cəmi 2%-ni təşkil edir. 10 Noyabr bəyanatından keçən müddət ərzində 200-dən çox insan mina partlamasının qurbanı olub. Ona görə də, beynəlxalq birliyin və ictimaiyyətin diqqətinin bu mövzuya cəlb edilməsi olduqca aktualdır və vacibdir”.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto