Nida.az
İrəvan hərəkətə keçdi: Abazyan Araikə qulaqburması vermək istəyir?
Rusiya Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etdi. Bundan sonra Minsk qrupunda Rusiyadan olan sonuncu həmsədr İqor Xovayev xüsusi nümayəndə kimi sülh müqaviləsinin hazırlanmasına və münasibətlərin normallaşmasına dəstək verəcək. Eyni zamanda bu təyinatdan bir gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Xankəndiyə gəldi.
Bir sözlə, regionda yenidən hərəkətlilik müşahidə olunur. Bir çoxları düşünür ki, Xovayev xüsusi nümayəndə kimi heç bir işə yaramayacaq. Bəziləri isə bunun əksini fikirləşir və onun normallaşma prosesində müsbət rol oynayacağına inanır. Bəs hadisələrin indiki axarında Ermənistanın baş kəşfiyyatçısının Xankəndiyə gizli səfəri nəyə hesablanıb?
Publika.az-ın bugünkü “Cümə söhbəti”ndə suallarımızı politoloq İlqar Vəlizadə cavablandırıb.
Müsahibəni təqdim edirik:
- İlqar bəy, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etdi. Kremlin bu təyinatı prosesi sürətləndirəcək, yoxsa daha da əngələ salacaq?
- Bu ondan xəbər verir ki, Minsk qrupu artıq yoxdur. Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Minsk qrupundakı rusiyalı həmsədrin müəyyən dərəcədə rolunu oynayacaq. Digər tərəfdən, bu, bir qədər konkretləşəcək. Yəni əvvəllər, ATƏT-in Misk qrupunun fəaliyyəti dövründə Moskva digər həmsədrləri nəzərə alaraq öz maraqlarını ölçüb-biçirdi. Necə deyərlər, tənzimləyirdi. İndi buna da ehtiyac qalmır. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsində Rusiya heç vaxt öz maraqlarını tənzimləməyəcək. Onsuz da Minsk qrupu çərçivəsində də bu proses formal xarakter daşıyırdı. Artıq bu formallıq da aradan qaldırılıb. Bundan sonra Rusiya prosesdə öz maraqlarını ifadə edəcək.
- Bəs Rusiyanın nümayəndəlik institutu, onun işləmə mexanizmi ilə bağlı köklü təcrübəsi varmı?
- Bəli. Rusiyanın bu cür nümayəndəlik institutu çoxdan formalaşıb. Məsələn, Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi var idi. Xəzər dənizi məsələləri ilə bağlı Rusiyanın xüsusi nümayəndəsi olub. Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə Kremlin xüsusi nümayəndəsi İqor Xovayev də təxminən bu çərçivədə fəaliyyət göstərəcək.
- Rusiyanın xüsusi nümayəndə ilə bağlı addımı ABŞ və Fransanı da hərəkətə keçirəcəkmi?
- Yəqin ki, yox. Amerika Birləşmiş Ştatlarının özünün regionla bağlı proqramı var. Ən əsası, Birləşmiş Ştatların regionda öz dəst-xətti mövcuddur. Düşünmürəm ki, ABŞ Rusiya ilə öz prioritetlərini bu və ya digər şəkildə tənzimləyəcək. Çünki Vaşinqtonun prioritetləri ilə Moskvanın prioritetləri üst-üstə düşmür.
- Son günlər separatçıların Qarabağda təxribatçı addımlarının sayı artıb. Ümumiyyətlə, Rusiya ordusuna dəstək xarakterli “Z piketləri”, separatçıların başçısı Araik Arutyunyanın “Rusiyanın tərkibinə qatılmaq” ismarışları nədən xəbər verir?
- Bütün bunlar qeyri-ciddi addımlardır. Bu ondan xəbər verir ki, baş verən hadisələr fonunda erməni separatçılarının başqa çıxış yolları qalmayıb. Artıq İrəvandan dəstək ala bilməyəcəklərini anlayırlar. Ona görə də Rusiyadan “dəstək” almaq niyyətindədirlər. Söhbət birbaşa “dəstək”dən gedir. Düşünürəm ki, bu cür “addım” heç bir nəticə verməyəcək. Eyni zamanda Rusiya da çox gözəl başa düşür ki, bu cür “addımların” əmsalı nədən ibarətdir. Bununla bağlı onlar hər hansı hərəkət etməyəcəklər. Yeri gəlmişkən, Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların da son addımları onu göstərir ki, Moskva daha çox rəsmi Bakının maraqlarını nəzərə alaraq burada davranmağa çalışır. Çünki Rusiya üçün Azərbaycan daha önəmlidir, nəinki Qarabağdakı separatçı rejim və yaxud ona dəstək verən qüvvələr.
- Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri də Xankəndiyə gəldi. Abazyanın Qarabağa gizli səfəri nədən xəbər verir?
- Hər halda İrəvan Qarabağdakı separatçılara yeni oyun qaydalarını başa salmalıdır. Yəqin ki, buna ehtiyac var. Ümid edirəm ki, Armen Abazyanın Xankəndiyə səfəri də separatçılara yeni oyun qaydalarını başa salmaqdan ibarətdir. Çünki indiki Ermənistan hakimiyyəti istəməz ki, Qarabağdakı separatçılar İrəvanın normallaşma prosesi ilə bağlı atdığı addımları əngəlləsinlər. İndi Ermənistanla Azərbaycan arasında sülh sazişinə hazırlıq gedir. Sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı komissiya yaradılır. İndiki məqamda sadalanan proseslərin nə qədər sürətlə getməsi Ermənistana maraqlıdır. Çünki İrəvanın burada siyasi və iqtisadi maraqları var. Separatçılar isə bu prosesə əngəllər yarada bilərlər. Bir tərəfdən separatçıları təxribatlardan çəkindirmək, sakitləşdirmək, digər tərəfdən də yeni oyun qaydaları ilə tanış etmək üçün yəqin ki, Armen Abazyanın səfəri zəruri olub.
- Buradan başa düşmək olar ki, İrəvan artıq Xankəndidəki separatçıların ipini kəsir və onlardan imtina etməyə hazırlaşır?
- Yox, elə deyil. Ən azından mən belə düşünürəm. Sadəcə olaraq İrəvan Qarabağdakı separatçıların addımlarını, hərəkətlərini tənzimləmək istəyir. İndiki halda separatçıların təxribatları İrəvan üçün təhlükəli xarakter daşıyır. Çünki onlar rəsmi İrəvanın səsləndirdiyi açıqlamaları qəbul etmirlər. Açıq şəkildə deyirlər ki, biz İrəvanın bəyanatlarını qəbul etmirik. Bu cür təzadlar və ziddiyyətlər fonunda İrəvan istəməz ki, vəziyyət bu cür davam etsin və ya başqa cür şəkillənsin. Ermənistan hakimiyyəti bu yolla həm də separatçıları sakitləşdirməyə çalışır. Digər tərəfdən, İrəvana Xankəndidəki separatçılara qulaqburması vermək üçün bu səfər lazımdır. Eyni zamanda Ermənistan Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin “təhlükəsizliyi” məsələsini gündəmə daxil etmək istəyir. Ona görə də düşünürəm ki, Abazyanın Xankəndiyə səfəri indiki şəraitdə ermənilərin “təhlükəsizliyi”nin parametrlərinə hesablanıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO