Nida.az
Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edəcək - Deputat
“Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi əlamətdar və tarixi hadisədir. 2001-ci ilin 9-10 noyabr tarixlərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində ilk qurultay keçirildi. Hər bir qurultayda Azərbaycanın mövcud problemləri, Azərbaycan diasporunun təşkilatlanması kimi məsələlər müzakirə olunur. Eyni zamanda, ayrı-ayrı ölkələrdə dövlət siyasətinə dəstək məqsədi ilə diaspor fəaliyyətinin bir mərkəzdən idarə edilməsi, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətinin təbliği istiqamətində görülməsi vacib olan məsələlər müzakirəyə çıxarılır. Bu istiqamətlərdə konkret qərarlar qəbul olunur”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
22-23 apreldə Şuşada gerçəkləşəcək Azərbaycan tarixinin ilk Zəfər qurultayı ilə bağlı danışarkən deputat bildirib ki, V qurultay bir sıra məqamlara görə böyük əhəmiyyətə malikdir:
“Hər qurultayda ən ağır problem olan Qarabağın, Şuşanın işğaldan azad edilməsi istiqamətində hansı işlərin görüləcəyi ilə bağlı diaspor təşkilatlarının qarşısında ciddi tapşırıqlar qoyulurdu. Onun müsbət nəticəsidir ki, 44 günlük Vətən Müharibəsi ərəfəsində dünyanın 60-dan yuxarı ölkəsində yaşayan soydaşlarımız kifayət qədər təşkilatlanmış şəkildə ayrı-ayrı şəhərlərin, paytaxtların küçələrinə çıxdılar. Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdılar. Uzun tarixi təcrübəsi, dünyada əks-səda yaratmış təcrübəsi olan erməni diasporu ilə qarşı-qarşıya gələrək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox böyük əhəmiyyətə malik işlər gördülər. Artıq müharibədən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində müzəffər Azərbaycan Ordusu qələbə çaldı. Beləliklə, bölgədə yeni geosiyasi reallıqlar yarandı. Beşinci qurultayda dünyanın 65 ölkəsindən təxminən 400 nəfər nümayəndə iştirak edir. Bu reallıqların uğrunda mübarizə apardıqları Şuşa şəhərini, Qarabağı görmələri və bir daha onlara şanlı qələbəmizlə qürurlanmaq imkanının verilməsi olduqca mənəvi əhəmiyyət daşıyır. Eyni zamanda, 30 il ərzində erməni vandalları Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən Şuşada törətdikləri vəhşilikləri, dağıntıları, ekoloji terroru, tarixi, dini, mədəni abidələrimizin yerlə-yeksan olunması, qəbristanlıqlarımızın darmadağın edilməsi, hətta meyidlərin qəbirlərdən çıxarılaraq onların üzərində vandallıq aktları həyata keçirmələri 400 nəfərdən yuxarı qurultay iştirakçıları tərəfindən qeydə alınacaq”.
Deputatın fikrincə, dünyanın ayrı-ayrı ölkələrindən gəlmiş soydaşlarımız vəziyyətlə real şəkildə tanış olacaqlar:
“Təbii ki, onlar öz ölkələrinə qayıtdıqdan sonra müxtəlif kütləvi informasiya vasitələrində, siyasi dairələrdə, ictimai yerlərdə gördüklərini danışacaqlar. Televiziya kanalları, sosial şəbəkələr vasitəsi ilə çıxışlar olunacaq. Bu da dayanmadan müharibədə məğlub olmaqlarına baxmayaraq, dayanmadan informasiya müharibəsini davam etdirən erməni diasporuna, dünya erməniliyinə qarşı informasiya müharibəsində əhəmiyyətli bir rol oynayacaq. Qarabağda erməni vəhşiliklərini öz gözləri ilə görmələri baxımından Dünya Azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin özünün bir rəmzi mənası var. Siyasi tərəflərinə gəldikdə isə hesab edirəm ki, Şuşa artıq siyasi proseslərin episentrinə çevrilib. Xatırlayırsınızsa, Azərbaycanla Türkiyə arasında hər iki dövlət başçısının imzaladığı tarixi Şuşa bəyannaməsi ötən ilin 15 iyununda imzalandı. Hər iki ölkənin gələcək münasibətlərinin strateji yol xəritəsi cızıldı. Həmin Şuşa Bəyanaməsi ilə Türk dünyasının birləşməsində, onun daha da güclənməsi istiqamətində çox ciddi addım atılmış oldu. Bundan sonra Şuşada həm siyasi, həm də mədəni tədbirlər keçirildi. Milli Məclisin komitələrinin burada birgə iclası gerçəkləşdi. Azərbaycana gələn bir çox qonaqlar Şuşaya dəvət edilir. Oradakı yerli şəraitlə, Azərbaycan mədəniyyətinin inciləri, Azərbaycan musiqisinin tarixi ilə tanış olurlar. Təsadüfi deyil ki, 2022-ci il Azərbaycan Prezidenti tərəfindən "Şuşa ili" elan edilib. Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilib”.
Nəsib Məhəməliyev deyib ki, bütün bunlar siyasi addımlardır, siyasi tədbirlərdir:
“Şuşanın dünya miqyasında, beynəlxalq müstəvidə Azərbaycan şəhəri olmasının sübutudur. Gələcəkdə də bu istiqamətdə siyasi tədbirlər davam etdiriləcək. Tam infrastruktur hazırlanandan sonra bir çox siyasi tədbirlər orada gerçəkləşəcək. Şuşa artıq dünya cameəsində, beynəlxalq müstəvidə sırf Azərbaycan şəhəri kimi daha geniş şəkildə tanınacaq. Bu kimi tədbirlərin Şuşada keçirilməsi, onun təbliği baxımından önəmlidir. Ermənilər 30 il ərzində Şuşanı xarabalığa çevirdilər. Amma Azərbaycan Şuşa ilə yanaşı, işğaldan azad olunan digər ərazilərdə qısa bir müddətdə böyük işlər gördü. Azad olunan əraziləri cənnət-məkana çevirdi. Bu baxımdan da Azərbaycanın Ermənistan üzərindəki hərbi qələbədən əlavə siyasi qələbəsini təmin etmiş oldu. Bütün bunlar Azərbaycan dövlətinin, ölkə başçısının apardığı siyasətin təbliği baxımından böyük önəm daşıyır. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən addımlardır”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO