Nida.az
Ermənistanın bu addımı regionun təhlükəsizliyinə mane olurdu - Məhərrəm Əliyev
Ermənistanın Azərbaycan ərazilərini 30 il müddətində işğalda saxlaması regionun təhlükəsizliyinə və əməkdaşlığa mane olurdu.
Publika.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycanın Tacikistanda keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təkcə regional əməkdaşlıq üçün deyil, bütün tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün münbit şərait yaradıb.
Məhərrəm Əliyev qeyd edib ki, Azərbaycan və Tacikistan arasında münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır, bu iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyi dəstəkləyir: "İki ölkə arasında qarşılıqlı açılan səfirliklər münasibətlərə töhfə verib, hüquqi baza yaradıb. Azərbaycan və Tacikistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, bizim regional məsələlərdə mövqelərimiz üst-üstə düşür. Bu gün Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir. İki ölkə liderləri arasında səmimi münasibətlər bu əlaqələrin inkişafına müsbət töhfə verir".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
