Nida.az
İnsan alverinə qarşı sistemli mübarizə aparılır - Deputat
“Seyfulla Əzimov ətraflı şəkildə hesabatı təqdim etdi. Hesab edirəm ki, sənədi müsbət qiymətləndirmək olar. Sənəddən görünür ki, Milli Koordinator və aidiyyəti qurumlar insan alverinə qarşı mübarizədə sistemli iş aparıb. Sözsüz ki, bu sahə daima iş aparmağı təklif edir. Mən Seyfulla Əzimovun rəhbərlik etdiyi institutun qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığını müsbət qiymətləndirirəm”.
Publika.az">Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Azay Quliyev deyib.
O, eyni zamanda ABŞ Dövlət Departamentinin və digər qurumların hesabatında Azərbaycanın bu istiqamətdə ikinci sıradan göstərilməsinin ədalətli olmadığını qeyd edib:
“Bu, təəssüf hissi yaradır, amma müsbət haldır ki, bununla bağlı Daxili İşlər Nazirliyi yüksək səviyyədə iş aparır”.
A.Quliyev bildirib ki, insan alveri ilə əlaqədar ənənəvi üsullarla yanaşı, yeni üsullardan da istifadə olunur:
“Məsələn, internet üzərindən xaricdə işə düzəldilmə. Eləcə də evlilik təklifləri və s. Məncə, gələcəkdə bu istiqamətlərə də diqqət etməliyik”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
