Nida.az
Sülh onlar üçün arzuolunmazdır - Politoloq
“ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi qərəzli açıqlamaları ilə son vaxtlar gündəmdən düşmür. Ermənipərəst mövqeyini gizlətməyən Treysi irrasional bəyanatları ilə post-münaqişə reallıqlarını gözdən salmağa çalışır. Görünür, 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyənin öncüllüyü ilə regionda formalaşmış yeni geosiyasi konfiqurasiya Linn Treysinin təmsil etdiyi dövləti qane etmir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Ekspert əlavə edib ki, Treysinin status məsələsi ilə bağlı sərsəmləməsi ilk növbədə münaqişənin hələ də bitmədiyi görüntüsünü formalaşdırmağa xidmət edir: “Bəlli məsələdir ki, Qərbdəki bəzi dairələr münaqişə vəziyyətinin qalmasında maraqlıdırlar. Çünki münaqişə yoxdursa, həmin qüvvələrin regionda təsir imkanları tamamilə aradan qalxmış olur. Sülh və əməkdaşlıq onlar üçün arzuolunmazdır. Belə olmasaydı, Qərbdəki həmin dairələrin yeni reallıqlardan çıxış edərək Azərbaycan və Ermənistan arasında etimad quruculuğu prosesinə dəstək vermələrinin şahidi ola bilərdik. Amma əksini görürük. Sülh və əməkdaşlıq imkanlarını təşviq etmək əvəzinə, münaqişə vəziyyətini bərqərar etməyə çalışırlar. Linn Treysi və onun arxasında dayanan qüvvələrin qərəzli açıqlamalarının arxasında məhz bu məkrli plan dayanır”.
C.Əhmədli vurğulayıb ki, status məsələsini hansısa formada qabartmaq müharibəni stimullaşdırmaq anlamına gəlir: “Çünki Azərbaycan xalqı və dövləti öz ərazisində hansısa bölgəyə özəl bir status vermək barədə qətiyyən düşünmür. Statusun istənilən forması bizim üçün qəbuledilməzdir. 44 günlük müharibə status məsələsini tarixin arxivinə göndərib. İndi regionda yeni reallıqlar hökm sürür və təbii olaraq, status məsələsi siyasi gündəlikdə yoxdur. Digər tərəfdən, Linn Treysinin diqqətinə çatdırmaq lazımdır ki, artıq Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur. Olmayan bir şeyin statusu haqqında danışmaq isə yumşaq desək, vaxt itkisidir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
