Nida.az
Keçmiş baş nazirdən Laçın ANONSU: “Bu yaydan o tərəfə saxlamaq olmaz!”
“Laçını azərbaycanlılara qaytarmayacağıq, döyüşəcəyik" – deyən separatçılar qələt edirlər, məcbur olub qaytaracaqlar. Onların döyüşməyə halları yoxdur. Rusların arxasında dayanıb yekə-yekə danışmalarına baxmayın. Digər tərəfdən, 10 noyabr Bəyannaməsində Laçının qaytarılması ilə bağlı müvafiq maddə var. Orada qeyd olunur ki, 3 il ərzində yeni marşrut çəkilməlidir və Laçınla Şuşadan kənar keçməlidir. Artıq həmin yol hazırdır. Düşünürəm ki, Şuşada Azərbaycan Bayrağı qaldırılıbsa, Laçında da qaldırılmalıdır. Laçınlı köçkünlərin doğma torpaqlarına qayıtmasının vaxtı çatıb. Bu məsələni bu yaydan o tərəfə saxlamaq olmaz”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycanın keçmiş baş naziri, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
Keçmiş baş nazir bildirib ki, Laçın şəhərinin və əvvəlki yolun üzərində yerləşən ətraf yaşayış məntəqələrinin qaytarılması prosesi qısa müddətdə həll olunmalıdır:
“Cəmiyyətimiz də bunu istəyir. Məncə, aparılan bütün işlər də buna yönəlib. Əks təqdirdə, qarşı tərəfdən hansısa addım atılarsa, dəhliz məsələsində qəti mövqe qoyulmalıdır, dəhlizi bağlamalıyıq. Əgər Azərbaycan Ordusuna və orada çalışan, yol çəkilişində iştirak edənlərə qarşı separatçılar tərəfindən təxribatlar olarsa, o zaman bunun qarşısı qəti şəkildə alınmalıdır. Orada hər hansı bir hərəkətlənmə olarsa, bu Azərbaycan tərəfinə anti-terror əməliyyatı aparmağa əsas verəcək. Rusiya sülhçəramlılarından kənarda Qarabağdakı bütün silahlı qruplaşmalar qeyri qanunidir. Söhbət Azərbaycanın nəzarətində olmayan ərazilərdəki qanunsuz silahlı birləşmələrdən gedir. Onların silahsızlaşdırılması da 10 noyabr razılaşmasının bir hissəsidir. Silahsızlaşdırma prosesi yoxdursa, deməli, razılaşma pozulur. Belə olan halda bizim də öz üzərimizə götürdüyümüz öhdəliklər öz hüquqi əhəmiyyətini itirmiş olur. Əl-qolumuz açılır. Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin silahsızlaşdırılmasının vaxtı çoxdan çatıb. Orada rusiyalı sülhməramlılardan başqa silahlı birləşmə olmamalıdır. Bu, razılaşmanın tələbidir. Əgər bu tələb yerinə yetirilməsə, bütövlükdə 10 noyabr sənədi öz əhəmiyyətini itirəcək. Belə davam edərsə, Azərbaycanın təhlükəsizlik orqanlarının, ordumuzun xüsusi hərbi əməliyyat və ya anti-terror əməliyyatı keçirmək üçün əlində əsaslar var. Bu addımlar da atılmalıdır”.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































