Nida.az
Bəyannamə iki ölkə arasında gələcək fəaliyyətin yol xəritəsi olacaq - Deputat
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 1970-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyevin Özbəkistanın rəhbəri Şərəf Rəşidovla dostluq münasibəti xalqlarımız arasında da dostluğun möhkəmlənməsinə xidmət edib. O illərdə respublikalarımız təcrübə mübadiləsi edir və pambıq istehsalına görə yarışlara qoşulurdu. Hətta bu mövzuda filmlər də çəkilib”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
src="/storage/files/upload/4d22b6b76e4f4d8df5559db128cb173f6adc9a58.jpg" style="width: 399px; height: 224.77px;" class="fr-fic fr-dib fr-fil">Deputat bildirib ki, müstəqilliyimizin ilk illərindən başlayaraq Ümumimilli Lider Heydər Əliyev və Özbəkistan Respublikasının ilk prezidenti İslam Kərimov arasındakı dostluq münasibətləri müstəqil ölkələrimizi daha da yaxınlaşmasının bünövrəsini möhkəmlətmiş oldu: “Daşkənddə Heydər Əliyevin adına parkın açılması da özbək xalqının Ümumimilli liderimizə olan böyük hörmət və sevgidən irəli gəlib. Möhkəm təməllər üzərində qurulmuş bu münasibətlər Prezident İlham Əliyev və Prezident Şovkət Mirzoyeyev arasındakı dostluq və qardaşlığı üzərində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Cənab Prezidentin yüksək sevgi və hörmətlə Özbəkistanda qarşılanması, həm də göstərildiyi böyük ehtiram ancaq çox yaxın qardaş ölkələrin rəhbərlərinin səfərləri çərçivəsində baş verir. Prezidentlərin imzladıqları strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətin yol xəritəsi olacaq. Ölkə başçımızın rəhbərliyi ilə nümayəndə heyətimizin Özbəkistana səfəri çərçivəsində biznes forumun keçirilməsi və ümumiyyətlə, ölkələrarası əməkdaşlığa dair 20-yə yaxın sənədin imzalanması bu əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinə imkan verəcəkdir. Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında ticarət dövriyyəsi yüksək templə artmaqdadır. 2021-ci ildə iki ölkə arasında ticarət dövrüyyəsi 111 milyon dolları keçməklə 2020-ci ilə nisbətən 40 faiz artıb. Azətrbaycan iş adamlarının Özbəkistan iqtisadiyyatına qoyduğu investisyaların həcmi də artmaqda davam edir. 2021-ci ildə Özbəksitan iqtisadiyyatına 8,5 milyon dollar investisiya yatırıldığı halda, cari ilin 3 aynda bu rəqəm 800 min dolları keçib. Hesab edirəm ki, keçirilmiş biznes forumları çərçivəsində imzalanmış sənədlər və razılaşmalar həm qarşılıqlı investisiya mühitini daha da intensivləşdirəcək, həm də dövlətlərarası iqtisadi əməkdaşlığı dərinləşdirəcəkdir. Hökumətlərarası komissiyaya görülən işlər barəsində hər ay prezidentlərə məlumat verilməsinin tapşırılması qısa zaman kəsiyində iqtisadi əməkdaşlığın yeni mərhələyə çıxacağı haqqında fikir yürütməyə imkan verir”.
A.Badamov qeyd edib ki, Azərbaycan və Özbəkistan xalqlarının eyni dilə, dinə, soykökünə və oxşar mədəniyyətlərə malik olmasını beynəlxalq arenada bir-birinin yanında olması ilə həmişə nümayiş olunub: “Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbəmizi sevinclə qarşılayıb. Qarşılıqlı səfərlər çərçivəsində Prezident Şovkət Mirzoyoyevin Azərbaycan xalqını qələbə münasibətilə böyük sevinclə təbrik etməsi əsl dostluğmuzun və qardaşlığımızın nümayişidir. Prezidentlərin imzaladığı Bəyannamədə çoxşaxəli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Orada xarici siyasətimizin prioritetləri öz əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Dövlət başçılarının imzaladıqları sənəddə - Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələri üzrə, o cümlədən, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə, hərbi təhsil sahəsində əməkdaşlığn, həm də sənəddə nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Yəni, Azərbaycanın son illər ərsəyə gətirdiyi Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, o cümlədən, Ələt Beynəlxalq Ticarət Limanını və Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi Özbəkistan Respublikası üçün Avropaya qədər yük daşımaların həyata keçirilməsində yeni imkanlar açıb. Sonda qeyd etmək istəyirəm ki, iki qardaş respublika arasında dostluğun və əməkdaşlığın genişlənməsi bütün Türk dünyasında birliyin möhkəmlənməsinə bir töhfə olacaqdır”.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?