Nida.az
“İŞİD-in başında avropalı generallar dayanır” – ŞOK İDDİA
Firudin Cəlilov: “Fələstin Ermənistanın tərəfindədir”
“İranda 35 milyon azəri türkü var, İraqda türkmənlər yaşayır, Suriyada bəlli sayda türk var. Türkiyə daha çox bu işlə məşğul olmalıdır. İndi bu məsələlər arxa planda qalıb, gündəmi isə Kobanidə baş verənlər tutur. Üstəlik, hələ qarşıdan da saxta soyqırımı məsələsi gəlir. Hazırda ermənilər bu istiqamətdə ciddi hazırlıq işləri aparır. Çalışılır ki, bir çox ölkələr saxta soyqırımı qəbul etsin”.
Bunu Teleqraf.com-a müsahibəsində sabiq təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilov bildirib. Müsahibəni təqdim edirik.
- Firudin bəy, bir müddət əvvəl Türkiyədə əməliyyat
olundunuz. İndi necəsiniz, hansı işlərlə məşğulsunuz?
- Özümü yaxşı hiss edirəm. İki aydan bir müalicə olunmalıyam. Yaxın
vaxtlarda yenidən Türkiyəyə gedəcəyəm. Vaxtımın çoxunu kitablarla
keçirirəm. Əməliyyatdan sonra Xızıda bir ay istirahət elədim, bunun
da köməyi oldu. Hazırda yaradıcılıq istiqamətində işlər gedir.
Düzdür, əvvəlki ilə müqayisədə bir qədər az məşğul oluram, amma
işlərimi davam etdirirəm.
- İctimai-siyasi proseslərlə
maraqlanırsınızmı?
- Demək olar ki, yox. İstəyirəm əsəblərim sakit olsun. Ona vaxt
ayırmağa da imkanım yoxdur.
- Müstəqillik Günü ilə bağlı Sizi təbrik edənlər
oldumu?
- Müstəqillik Günü ilə əlaqədar dostlar həmişə məni təbrik edir.
Bu, hər il olur.
- İstiqlalçı deputatların dəyirmi masasını
yaratmışdınız, bu prosesdə iştirak edirsinizmi?
- Bu qurumu istiqlalçı deputatlar yaradıb. Hələlik orada iş bir
qədər dondurulub.
- Türkiyənin baş naziri Əhməd Davudoğlu milliyətcə
erməni olan şəxsi özünə köməkçi təyin edib. Bunu necə
qiymətləndirirsiniz?
- Burada söhbət erməni məsələsi ilə bağlı deyil. Sadəcə olaraq
həmin şəxsin xüsusiyyəti nəzərə alınmalıdır. Prinsipcə, erməni və
ya başqa millətdən mütəxəssis ola bilər. Bu mənada onun milləti
önəmli deyil, mütəxəssis olması vacibdir. Amma bu adam
teledebatlarda öz xislətini göstərib, erməniliyini daima qabardıb.
Ancaq burada biz bir məqamı hökmən nəzərə almalıyıq.
- Hansı məqamı?
- Erməni cəmiyyətlərində saxta soyqırımı ilə bağlı ciddi iş
aparılır. Yəqin ki, bu faktor da nəzərə alınıb. Davudoğlu alim
adamdır, xarici siyasətlə bağlı yaxşı əsərləri var. Ancaq onun
gördüyü işlərin nəticəsi haqda indidən bir söz deməyimiz doğru
olmazdı. Nəticəni gələcək göstərəcək. Türkiyə məsələsi bir qədər
mürəkkəbdir və onu hərtərəfli analiz etmək lazımdır. Türkiyə böyük
və güclü dövlətdir, dərin iqtisadiyyatı var. Yaxın vaxtlarda çox
məsələlər açılacaq. Fikrimcə, Türkiyə yenidən toparlanır.
- Nə mənada toparlanır?
- Yeni osmanlıçılıq deyilən xətt var. Bu saat Türkiyədə
neo-osmanizm gedir. Düzdür, bu xətti müdafiə edənlər, habelə ona
qarşı çıxanlar da var. Şəxsən mən bu xətti bəyənmirəm. Bu xətt o
deməkdir ki, Türkiyə yenidən ərəblərlə qardaş olmaq istəyir, üzünü
o istiqamətə çevirir. Ancaq fərqinə varmırlar ki, ərəblər daim
Türkiyəni arxadan vurub. Türkiyə türk xalqlarının şah damarıdır.
Türkiyə üzünü Azərbaycana, Orta Asiyaya çevirməlidir. İranda 35
milyon azəri türkü var, İraqda türkmənlər yaşayır, Suriyada bəlli
sayda türk var. Türkiyə daha çox bu işlə məşğul olmalıdır. İndi bu
məsələlər arxa planda qalıb, gündəmi isə Kobanidə baş verənlər
tutur. Üstəlik hələ qarşıdan da saxta soyqırımı məsələsi gəlir.
Hazırda ermənilər bu istiqamətdə ciddi hazırlıq işləri aparır.
Çalışılır ki, bir çox ölkələr saxta soyqırımı qəbul etsin. Buna
müəyyən qədər də nail olublar və hazırda da işləyirlər. Qənaətimcə,
qardaş Türkiyə bu məsələdə çox ləng, savadsız işləyir, sistemsiz və
məqsədsiz iş aparır. Odur ki, xoşagəlməz hadisələr ola bilər.
Halbuki, 1915-ci ildə əgər 3 erməni ölübsə, 10-15 türk qətlə
yetirilib. Bu proses Anadoluda, Quzeydə, Güneydə aparılıb. Odur ki,
Türkiyə bu faktların dünya mediasında yayılması məsələsində çox
ləng tərpənir. Sözümün canı ondadır ki, erməni işinə qarşı ciddi iş
aparılmalıdır.
- Bəs buna qarşı iş necə və hansı səviyyədə
aparılmalıdır?
- İş ondadır ki, türk dövlətlərinin ortaq strateji mərkəzləri
yoxdur və bu olmadığı üçün yanlışlıqlar yaşanır. Məsələn,
İsrail-Fələstin münasibətlərinə baxın. Türkiyə birmənalı olaraq
Fələstini müdafiə edir və İsraillə münasibətləri kəskindir. Ancaq
20-30 il əvvəl Fələstin terrorçu Hizbullah kimi tanınırdı. Sadəcə
dünyada bir korrektləşmə aparıldı və Fələstin məsələsi bir qədər
qabarıq formada ortaya çıxdı. Ancaq Fələstin Azərbaycan-Ermənistan
münasibətlərində erməninin tərəfində idi, hələ gəlib burada bizə
qarşı savaşanlar da olurdu.
- Hətta Yasir Ərafat elan etmişdi ki, ermənilərə yaxın
xalqdırlar...
- Bu gün də belə deyirlər. Mən sadəcə misal çəkirəm.
İsrail-Fələstin münasibətlərində bizimlə Türkiyənin mövqeləri
fərqlidir. Ancaq orta düşüncə mərkəzləri olsa, bu məsələləri
sahmana salmaq olar.
- Ərəb coğrafiyasında baş verən proseslərə münasibətiniz
necədir, bu olayların arxasında kimlər durur, əsas məqsəd
nədir?
- Siz sualınızın əvvəlində coğrafiya sözünü işlətdiniz. Hesab
edirəm ki, yaşananlara Suriya və İraqda baş verənlər deyil, ərəb
coğrafiyasında baş verənlər formasında baxmaq doğrudur. Məsələnin
kökündə coğrafiya durub. Bu coğrafi məkan daima dünya güclərinin
marağında olub. Bu coğrafiyaya sahib çıxmaq, ondan pay ummaq,
qazanc əldə etmək məqsədi güdülüb. Görün, Rusiya bu coğrafiyadan nə
qədər uzaqdadır. Amma ərəb ölkələrinin əksəriyyəti Rusiya ilə
canbir qardaş idilər. Elə Rusiya da bu coğrafiyada böyük işlər
görürdü. Yol tikirdi, neft sahəsində işləyirdi və s. Elə bu gün
Suriyanın əsas müdafiəçilərindən biri də Rusiyadır. Avropa və
Amerika da tarix boyu Ön Asiyanı, Ortadoğunu öz nəzarətində
saxlamaq istəyib. Çünki bu coğrafiya tarixən ticarət karvanlarının
keçdiyi yoldur. Yəni bu məkan qərblə-şərqi birləşdirən məkandır.
Müasir dövrdə isə bu məkana enerji körpüsü kimi baxmaq lazımdır. 30
ildən sonra isə bura su körpüsü statusunu alacaq. Yəni bu coğrafiya
olduqca əhəmiyyətlidir. Bu ərazilərə nəzarət etmək dünyaya nəzarət
etmək kimi bir şeydir. Bu mənada sözügedən coğrafiyaya sahib
çıxmaqdan ötrü böyük siyasi oyunlar gedir. Bu ərazilər bir zamanlar
Osmanlının nəzarətində olub. O dövrdə burada sakitlik olub, Avropa
və Amerika da bu ərazilərə müdaxilə edə bilməyib, insanlar da sakit
şəkildə yaşayıblar. Ancaq Osmanlı imperiyası dağılandan sonra çoxlu
sayda ərəb dövləti yarandı. İndi kürdləri çox zaman qınayırlar.
Ancaq Osmanlı dövründə kürdlər bir dövlətin içində yaşayırdılar.
Amma Osmanlıdan sonra kürdlər 3-4 dövlətin ərazisində yaşamalı
olub. İndinin özündə də İraqda, Suriyada, Türkiyədə kürdlər
yaşayır. Elə azərbaycanlıların da bir hissəsi İranda, bir qismi
Dağıstanda, bir qismi başqa ölkələrdə yaşayır. Yəni bir millətin
bölünmə məsələsi olur. Ərəb coğrafiyasında indi həm də kürd, ərəb
məsələsi, eləcə də güc mərkəzlərinin siyasi və hərbi maraqları var.
Məhz burada status-kvonu kiminsə xeyrinə dəyişmək məqsədilə müəyyən
planların reallaşması işi aparılır. Ərəb coğrafiyasındakı indiki
xəritəni dəyişmək istəyirlər. Bütün oyunlarda Türkiyənin
başındadır.
- Bəs İraq Şam İslam Dövləti kimə bağlıdır?
- Bu silahlı qüvvənin ortaya çıxması gözlənilməz deyildi.
Hizbullah, Əl-Qaidə, Taliban da bu formada meydana çıxıb. İndi isə
İŞİD ortaya atılıb. Bu qüvvələri hazırlayan, onlara maliyyə verən,
silah ötürən mərkəzlər var. Onların qarşısında xəritə qoyub plan
cızanlar olmamış deyil. Əgər axtarsanız, onların silahlı
dəstələrinin başında Avropadan olan generalların durduğu da bəlli
olacaq. Baş verənlər təbii proseslər deyil.
- Bəs Türkiyə bu istiqamətdə hansı addımlar
atır?
- Dediyim kimi, hazırda Türkiyə yeni Osmanlı xəttini qabardır. Ümid
edir ki, Osmanlı dövründə bölgədə çaxnaşma yox idi. Düşünür ki, bu
əraziləri nəzarətə alsa, münaqişə ocaqlarını söndürəcək. Məncə, bu
xəyaldır. Həm də Türkiyənin ziyanınadır. İndilikdə Ankara məcburdur
ki, bu prosesə cəlb olunsun, İŞİD-lə bağlı iş aparsın. Çünki bütün
oyunlar Türkiyənin sərhədləri yaxınlığında baş verir. Həm də əsas
oyunlar Türkiyə ilə bağlıdır.
- Müsavat Partiyasının qurultayından sonra bir çaxnaşma
müşahidə edilir. Bu haqda Siz nə düşünürsünüz?
- Bu haqda konkret bir söz deyə bilmərəm. Çünki əlaqələrim yoxdur,
orada gedən proseslərdən də məlumatsızam. Bircə onu bilirəm ki,
Arif Hacılı başqan seçilib. Arif Hacılı da uzun illərdir ki,
siyasətdədir. Yəqin ki, bu da bir mərhələdir və onu da
aşacaqlar.
- Partiyada böyük narazılıq, bir-biri ilə anlaşmaya
getməyən tərəflər var, bu parçalanmanı stimullaşdıra
bilərmi?
- Partiya daxilində fikir ayrılıqlarının olması normal haldır. Yəni
partiyalar içindən təmizlənir. Ancaq konkret hansı proseslərin
getdiyi mənə dəqiq deyil.
- Niyə partiya sədri dəyişəndə təşkilatda belə
çaxnaşmalar yaşanır?
- Bunun yeganə səbəbi partiyaların liderlər ətrafında yaranmasıdır.
Bizdə ideoloji deyil, lider partiyalar çoxdur. Lider də gedəndən
sonra partiyaların alt tavanı boşalır. Əksər partiyalarda bu baş
verir.
- Axı Müsavatın 100 illik tarixi, mənsub olduğu
ideologiyası var...
- Bizdə ideologiyası olan partiyaların özü mübahisəli məsələdir.
Sol, sağ, sağ-mərkəzçi, millətçi ideologiyada olan partiyalar var.
Amma konkret ideoloji yönlə formalaşan və bu dəyərlərini qabarıq
olaraq ortaya çıxaran partiyalar yoxdur. Bizim partiyaların
ideologiyası deyil, liderləri var. O cümlədən də Müsavat
Partiyasının.
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ