Nida.az
Fazil Mustafa: “O qadının qara siyahıya salınmasına çalışacam”
“Nagahan Alçı məsələsini yenidən qaldıracağam və bu məsələnin üzərinə ən sərt şəkildə gedəcəyəm”.
Publika.az xəbər verir ki, bu barədə millət vəkili
Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Türkiyədə Ermənistan məsələsi gündəmə gələndə
yanaşmalar dəyişir: “Türkiyə demokratik ölkədir və istənilən erməni
öz azlıq haqlarını istəyə, təbliğ edə bilər. Hətta Baş nazirin
erməni əsilli Türkiyə vətəndaşı olan baş sözçüsü Mahçupyanı da
müdafiə edə bilər. Qəribədir, adam guya AKP-ni müdafiə edən siyasət
yürüdür. Ayrıca proqram aparır.
Bütün proqramlarda iştirakına yaşıl işıq yandırılıb. Türkiyənin Prezidenti Ermənistan Prezidenti Sarkisyanı Çanaqqalada ildönüm tədbirinə dəvət edir və Sarkisyan da müsahibəsində bunu “ədəbsiz təklif” adlandırır. Yaşar Okuyan adlı bir partiya lideri Türkiyə Prezidentini təhqir edən bu axmaq erməninin cavabını verir, Nagahan Alçı isə buna irqçilik deyir.
Yəni adam guya Türkiyə Prezidentinin mövqeyini dəstəkləyir. Lakin iş Ermənistana gələndə Sarkisyanın tərbiyəsizliyinə haqq qazandırır. Həm də bunu birbaşa AKP-yə ən yaxın kanalda dilə gətirir. Əgər Azərbaycanın Türkiyədəki səfirliyi bu adamın adını siyahıdan çıxarıbsa, ən sərt şəkildə bu məsələnin üzərinə gedəcəyəm və erməni lobbisinin himayə etdiyi bu qadının ən azı Azərbaycan tərəfindən istənilməyən adam kimi tanınmasına çalışacağam”.
Asif Nərimanlı
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO











.jpg)














.jpg)










