Nida.az
“İŞİD Qafqazda terror aktları törədə bilər” - İDDİA
“İŞİD ciddi gücə çevrilir və qruplaşmanın təhlükəsi artıq Cənubi Qafqaz üçün də hiss olunur”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
etnologiya institutunun etnopolitik mərkəzinin əməkdaşı Əhməd
Yarlıkapov deyib.
Onun sözlərinə görə, İŞİD ideologiyası sürətlə Dağıstana ixrac
olunur: “Bu bölgədəki radikal qruplaşmaların komandirləri İŞİD-ə
biət edirlər. Hesab edirəm ki, yerli güc əldə etməklə İŞİD
taktikanı dəyişdirə və bölgədə daha təhlükəli terror aktları törədə
bilər. Biz anlayırıq ki, İŞİD bu bölgədə nəzarət olunan əraziləri
ələ keçirə bilməz. Amma terror hüceyrələrini yarada bilər. Bunu
ciddi qəbul etmək lazımdır”.
Moskva Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının professoru
Marina Sapronova isə İŞİD-in yarada biləcəyi təhlükəni belə şərh
edib.
“Qafqazdan, Rusiyadan, Mərkəzi Asiya və digər ölkələrdən gənclər bu
terror qruplaşmasına qoşulur. Onların vətənlərinə qayıtması böyük
təhlükədir. Onlar geri qayıdandan sonra nəylə məşğul olacaqlar? Bu,
ciddi məsələdir və buna tam nəzarətin oluna biləcəyini hesab
etmirəm”, - deyə o bildirib.
Ekspert bu gün koalisiya ölkələrinin İŞİD-ə qarşı apardığı mübarizə
taktikasının səhv olduğunu bildirib.
Asif Nərimanlı
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO











.jpg)












.jpg)










