Nida.az
Quliyev-Matti-Kozlariç triosu – sərxoş səfir nədən Azərbaycana düşmən oldu?

1994-97-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirini çoxları xatırlayır: Birləşmiş Ştatlar kimi super gücə iddialı bir ölkənin Bakıdakı səfiri alkoqoldan əziyyət çəkirdi. Hətta bir çox tədbirlərdə sərxoş olan səfiri diplomatik korpusun nümayəndələri əvəz etmək məcburiyyətində qalmışdı.
Bu isə keçmiş ABŞ səfirini Azərbaycan üçün unudulmaz şəxsə çevirdi. Söhbət Riçard Kozlariçdən gedir. Amerikanın qocaman diplomatlarından sayılan Kozlariç də Azərbaycanı unutmur və zaman-zaman anti-Azərbaycan çıxışları ilə gündəmə gəlir.
Hazırda I Avropa Oyunları üzərindən aparılan anti-Azərbaycan
kampaniyasında yer alan əsas simalardan biri də Riçard
Kozlariçdir.
Kozlariç 32 illik diplomatik fəaliyyətində Azərbaycanla yanaşı, İsraildə, Toqoda, Efiopiyada, Bosniya və Hersoqovinada ABŞ-ı səfir olaraq təmsil edib. 1999-cu ildə təqaüdə çıxandan sonra ABŞ Sülh İnstitutunun müsəlman dünyası üzrə xüsusi təşəbbüslər bölməsinin direktoru kimi çalışır.
Maraqlı olan isə R. Kozlariçin səfir kimi çalışdığı ölkələr
arasında yalnız Azərbaycanı hədəf seçməsidir. Onun I Avropa
Oyunları üzərindən aparılan anti-Azərbaycan kampaniyasında yer
alması birinci hal deyil. Buna qədər müxtəlif məqalələrində
Azərbaycanı tənqid edir, məşhur anti-Azərbaycan təbliğatçısı Devid
Kramerlə qol-boyun olaraq fəaliyyət göstərir.
Bunun səbəbi hələ də bəlli deyil. Axı Bakıda sərxoşluq edərkən ona
heç kim güldən ağır söz deməmişdi, yaxud da alkoqoldan müvazinətini
itirib yıxılarkən də hər hansı hörmətsizlik görməmişdi.
Lakin R. Kozlariçin Azərbaycanda səfir kimi çalışdığı dönəmləri
araşdırarkən müəyyən nəticələrə gəlmək mümkündür. Belə ki, ABŞ-ı
Azərbaycanda təmsil etdiyi dövrlərdə bu şəxs diplomatdan daha çox,
missioner kimi fəaliyyət göstərirdi. O, Avropa ölkələrində qəbul
olunmayan qeyri-ənənəvi dini cərəyanları təbliğ edir, onlara
hamilik göstərirdi.
Misal üçün, “Həyatverici Lütf” qeyri-ənənəvi dini cərəyan təşkilatı Kozlariçin sevimli “məbədgahı” idi. Bu təşkilatın rəhbəri Silvo Matti 1980-ci illərdə SSRİ-dən çıxarılıb. Özü Finlandiya vətəndaşıdır. O, SSRİ-də islahatların qızğın vaxtında Qərblə münasibətlərin istiləşməyinə çalışdığı üçün casusluq ittihamları ilə ittifaqdan qovulmuşdu. 1990-cı illərin ortalarında Silvo Matti “Həyatverici Lütf” təşkilatının təmsilçisi olaraq Azərbaycanda peyda oldu. 1993-cü ilin 21 aprelində Ədliyyə Nazirliyində qeydiyyatdan keçən təşkilatın Bakıdakı fəaliyyəti 1994-cü ildən sonra dirçəldi. Buna səbəb də Kozlariçin Azərbaycanda səfir kimi fəaliyyətə başlaması idi.
R. Kozlariç qeyri-ənənəvi dini sektanı dəstəkləməklə Azərbaycanda
öz təbirincə “5-ci kolon”u yaradırdı. Bu işdə Mili Məclisin ovaxtkı
sədri Rəsul Quliyevin də rolu böyük olub. Hətta R. Quliyevin ABŞ-a
qaçmasından sonra da Kozlariç və Matti ikiliyi ona dəstəyini
kəsmədi. Quliyev-Matti-Kozlariç triosu Azərbaycana qarşı siyasi
ballada oynadı. Lakin keçmiş spiker Rusiyanın ABŞ-dakı səfiri
Sergey İvanoviç Kislyaka hakimiyyətə gəlmək üçün yazdığı məktubdan
sonra sıradan çıxdı.
Daha sonra 2012-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhkəməyə şikayəti əsasında qeydiyyatı ləğv olundu. Bu isə Kozlariçin Azərbaycan üçün yaratdığı “5-ci kolon” şəbəkəsinin sıradan çıxması demək oldu və “sərxoş diplomat” öz ağalarının yanında pis vəziyyətə düşdü. O, hələ də “trionun” dağılmasını, hamisi, eləcə də müəyyən mənada dini baxışlarla bağlı olduğu “lütf”çülərin Azərbaycandan çıxarılmasını həzm edə bilmir.
Asif Nərimanlı

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır