Nida Təhlil
Ermənistan Türkiyə, Gürcüstan və İran torpaqlarının işğalına hazırlaşır – FOTOFAKT
Corc Sorosa bağlı olan “eurasianet” saytının jurnalisti
Coşua Kuçerin “Tvitter” səhifəsində paylaşdığı foto Ermənistanın
bütün region ölkələri üçün təhlükəsini əyani şəkildə ortaya qoydu.
“Böyük Ermənistan”ı özündə əks etdirən foto İrəvanın Respublika
meydanında yerləşən əsas metrostansiyasının girişinə asılıb. Fotoda
Azərbaycanla yanaşı, Türkiyənin, İranın və Gürcüstanın əraziləri
“Ermənistan əraziləri” kimi göstərilir.
Bu fotonun İrəvandakı əsas metrostansiyasının girişinə asılması
təsadüfi deyil: məqsəd kiçikdən böyüyə bütün ermənilərə hər gün
“Böyük Ermənistan”ı xatırlatmaq, Azərbaycandan sonra Türkiyə, İran
və Gürcüstan torpaqlarının da gələcək işğalını onların şüuruna
yeritməkdir.
Bu heç də təəccüblə qarşılanmamalıdır: Azərbaycanın İrəvan, Göyçə,
Zəngəzur və digər ərazilərində yaradılan Ermənistan 90-cı illərdə
Dağlıq Qarabağ və ətrafdakı 7 rayonu da işğal etdi. Lakin bu,
ermənilərin dənizdən dənizə qədər olan “Böyük Ermənistan”
xülyasının ilk hissəsi idi. Onlar “Böyük Ermənistanı” yaratmaq üçün
Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxetiyanı, eləcə də
Axalkalakini, Axarsikibi və digər bölgələrini, Türkiyənin Ərzurum,
Trabzon, Van, Bitlis bölgələrini və İranın tərkibindəki Urmiya
gölünü də işğal etməyi planlaşdırır.
Və işğal planlarını gizlətmir. İrəvan metrosundakı foto bunu bir
daha sübut edir. Lakin işğalçı ölkənin keçmiş prezidenti Serj
Sarkisyanın “biz müharibənin bir hissəsini etdik (Azərbaycan
torpaqlarının işğalını nəzərdə tuturdu), gələcək nəsillər növbəti
müharibələrə hazır olmalıdır” sözləri (Söhbət gələcək işğallardan
gedir) Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu plan üzərində
işlədiyi deməyə əsas verir.
Gürcüstan torpaqlarının işğalı
Azərbaycan torpaqlarını işğal edən Ermənistanın Gürcüstana qarşı
ərazi iddialarının olduğunu Tbilisidə də yaxşı anlayırlar. Amma
ermənilər separatizm toxumlarını təkcə Cavaxetiyada yox, meqrel və
svanlar üzərində də işə salır.
Gürcüstanın “kavkazplus” saytı yazır ki, Samsxe-Cavaxetiya
bölgəsində onilliklər boyunca davam edən erməni separatizmi
Tiflisin başağrısına çevrilib.
Lakin ermənilər bununla kifayətlənmir və son dövrlər meqrellərlə
svanlar üzərində separatizm kartını işə salmağa hazırlaşırlar.
Prinsip etibarilə erməni lobbisinin Gürcüstanda separat Meqreli və
Svaneti bölgəsi yaratmaq planı çoxdan var idi. Hələ Zvaid
Qamsaxurdianın dövründə erməni lobbisinə bağlı KİV Gürcüstanı
bölmək üçün “abxaz-meqrel” layihəsini təklif edirdi. Lakin
meqrellər bu fitnəkar təkliflərə qarşı çıxaraq, gürcü xalqı ilə
eyni yerdə yaşamağı üstün tutdular. Ermənilər eyni separatizmi
svanlarla bağlı da tətbiq etmək niyyətində idi. Orada heç nə
alınmadı. Çünki svanlar tarixən ermənilərə nifrət edirlər və
“Müstəqil Svaneti” fikrini, ümumiyyətlə, yaxına buraxmadılar.
Eduard Şvarnadzenin dövründə Kodor dərəsində Tiflisin rəsmi
nümayəndəsi olan Emzar Kvisiani Saakaşvilinin prezidentliyini qəbul
etməkdən imtina etdi. Bu, Gürcüstanda Kodor dərəsi böhranına səbəb
oldu. 2006-cı ildə erməni lobbisi yaranmış vəziyyəti fürsət bilib
“svan kartı”nı yenidən masaya yatırdılar. Lakin bu cəhd nəticə
vermədi. Buna səbəb Abxaziya müharibəsi dövründə Kodor dərəsindəki
svanların erməni döyüşçülər tərəfindən vəhşicəsinə qətlə
yetirilməsi idi. Svanlar keçmişi əla xatırlayırlar. Erməni
vəhşiliyinə ən çox məruz qalan isə meqrellər olub. Abxaziyada
meqrellərə qarşı ən dəhşətli cinayətləri Baqramyan adına erməni
batalyonunun döyüşçüləri etmişdi. Onlar meqrelləri Qaqridən,
Suximidən, Qulripşdən və Oçamçirdən tamamilə qovdular. Hətta
separat Abxaziya hakimiyyəti qaçqın meqrellərin Qalski rayonuna
qayıtmağına icazə versə də, məhz erməni lobbisinin təşəbbüsü ilə bu
insanlar bütün vətəndaş hüquqlarından məhrum edildilər. Lakin indi
meqrellərin cəlladları – erməni millətçilər “unikal meqrel xalqı”
haqda danışır, onlara yaltaqlanırlar. Qeyd edirlər ki, meqrellər də
“qədim ermənilər” kimi “qədim kolxov nəsli” elan edilməlidir.
Erməni lobbisinə bağlı KİV sifarişlə meqrellərin gürcü olmadığı və
“müstəqil dövlət qurmaq hüququna malik olması” haqda məqalələr dərc
edirlər. Burada məqsəd aydındır: ermənilər Gürcüstanı
“kvazidövlət”lərə bölmək və torpaqlarını tikə-tikə edib əllərinə
keçirmək istəyir.
Niyə meqrellər?
Ermənilərin meqrellər üzərindən oynaması təsadüfi deyil.
Meqreliyada ermənilər heç vaxt yaşamayıb. Lakin erməni apostol
kilsəsi (AAS) burada “erməni kilsələri”nin olduğunu iddia edir.
Məlumdur ki, ermənilər separatizm ideyalarını translyasiya etmək
üçün meqrellər arasında satqınları tapırlar. Xüsusilə Rusiyada
yaşayanlar arasında onları tapmaq daha asandır. Onlar əvvəlcə
sosial şəbəkələrdə, sonra bloqlarda, daha sonra məşhur olmayan
saytlarda təbliğat aparırlar. Misal üçün, yaxın vaxtlarda
“livepress.ge” adlı saytda Nino Toloraya adlı müəllifin materialı
dərc olundu: “Kim və niyə Sameqrelo respublikasını yaratmaq istəyir
– artıq konstitusiya layihəsi mövcuddur”.
Məqalədə “Sameqrelo respublikası”nın həqiqi sifarişçiləri – erməni
lobbisi haqda heç nə deyilmir. Hər şeyin “sadə meqrellər”in
təşəbbüsü ilə baş verdiyi görünür. Konstitusiya layihəsini isə
Sankt-Peterburqda yaşayan Rajden Todua adlı şəxs irəli sürüb.
Konstitusiya layihəsinə əsasən Sameqrelo respublikasının öz
prezidenti var və bu prezident inauqurasiya mərasimində doğma
meqrel dilində and içir. Meqrel dili dövlət dili elan olunur, lakin
gürcü dili də ikinci dövlət dili olaraq saxlanılır. Sameqrelo
respublikası ilə Gürcüstan arasında münasibətlər konstitusiya
çərçivəsində müqavilələrlə tənzimlənir. Layihənin şərtlərindən biri
odur ki, Sameqrolo respublikası istədiyi vaxt referendum keçirərək,
Gürcüstanın tərkibindən ayrıla bilər. Rajden Todua Sameqrolo
konstitusiyasını 17 il əvvəl hazırlayıb. Deyir ki, həmin vaxt
Gürcüstanda meqrellərin mədəni muxtariyyətinə nail olmağı ümid
edirdi. Bildirir ki, universitetdə oxuyanda köhnə kolxi dövlət
quruluşunun bərpa edilməsi şansının olduğuna inanırdı.
“Hesab edirəm ki, Gürcüstanın dövlət quruluşunun dəyişilməsinin
vaxtı gəldi. Gürcüstanı bugünkü vəziyyətə - iqtisadi gerilikdən
ərazilərin itirilməsinə qədər - birtərəfli yanaşma və gürcülərin
özlərini bəyənməsi gətirib çıxarıb. Biz meqrellərik, böyük millətik
və öz qiymətimizi yüksəltməliyik”, - deyə o danışır.
“Kavkazplus” baş verənləri təhlükə adlandırır və yazır: “Hələlik
“Sameqrelo respublikası” ideyası yalnız Gürcüstanın xaricində
yaşayan satqınlar tərəfindən müzakirə edilir. Lakin zamanla bu
fitnəkar təbliğat gürcü dövlətinin ciddi probleminə çevrilə bilər.
Xüsusilə kənardan maliyyələşmə olacaqsa və Gürcüstanın daxilində
satqınlar tapılacaqsa, problem böyük olacaq”.
Türkiyə torpaqlarının işğalı
Ermənilər 1920-ci ilin 10 avqustunda imzalanan və Türkiyə
torpaqlarında Ermənistan yaradılmasını nəzərdə tutan “Sevr”
müqaviləsini bu gün də daim gündəmdə saxlayırlar. Misal üçün, 12
avqust 2018-ci il tarixində erməni millətçilərinə məxsus
“yerkramas.org” saytında “Qərbi Ermənistan respublikasının
yaradılması Yaxın Şərqdə sülhün açarı ola bilər” sörlövhəli məqalə
yayımlandı. Məqalədə “Sevr” müqaviləsinin bərpa edilməsi və
Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələrinin Ermənistana
verilməsinin vaxtının çatdığı haqda danışılır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin bu, ermənilərin Türkiyə torpaqlarına iddiasının bir
hissəsidir. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə
Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey danışır ki, erməni
lobbisi Həmşin bölgəsində (Rize və Artvin) gizli fəaliyyət aparır:
“Hədəf Türkiyənin Qara dəniz bölgəsinin Ermənistana verilməsidir.
Bu məqsədlə ermənilər Qara dəniz bölgəsində gizli plan qururlar.
Erməni lobbisi Türkiyədə 200 min olan həmşinlilərin erməni olduğunu
iddia edir. Erməni lobbisinin dəstəklədiyi bəzi yazarlar, dərnəklər
və araşdırmaçılar Həmşin xalqına erməni olduqlarını deyərək, onları
aldadır. Məqsəd Qərbi Anadoluda ərazi iddiası olan ermənilərin Qara
dəniz bölgəsində də torpaq tələb etməsinə şərait yaratmaqdır. Bu
işdə erməni lobbisinə HDP və DBP üzvləri, həmçinin, onların
bələdiyyə sədrləri dəstək verir. Onlar gizli planla Qərbi
Ermənistan xəyallarını həyata keçirmək niyyətindədirlər. Buna görə
də Qara dənizin Həmşin bölgəsində (Rize, Artvin) yaşayan
həmşinliləri uydurma tarix və coğrafi yaxınlıq məsələsini irəli
sürərək aldadır, onların erməni olduğunu sübut etmək üçün gizli
şəkildə fəaliyyət göstərirlər”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İrana qarşı ərazi iddiası
Bu gün Ermənistan İranla nə qədər “mehriban” münasibət saxlamağa
çalışsa da, bu ölkəyə qarşı da ərazi iddiası gizlədilmir. Ermənilər
İranın sərhədləri içindəki Urmiya gölünü “Ermənistanın tarixi
mirvarisi” hesab edirlər. Misal üçün, iki il öncə “1in.am” saytı
Urmiya gölünün qurumaq təhlükəsi haqqında “Ermənistanın tarixi
mirvarisi qan rənginə boyandı” sərlövhəli məqaləsində iddia edirdi
ki, “Urmiya Yaxın və Orta Şərqdə ən böyük duzlu göldür. Göl İranın
Qərbi və Şərqi Azərbaycan əyalətlərində “erməni yaylasında”
yerləşir. Urmiya “Böyük Ermənistan”ın tərkibinə daxildir”.
Lakin ermənilərin İrana qarşı ərazi iddiaları bununla yekunlaşmır.
Ermənistan mediasında yayılan xəritə də bunun sübutudur. Xəritədə
İranın böyük bir hissəsi “Böyük Ermənistan”ın tərkibi kimi
göstərilir.
Azərbaycan qonşu ölkənin suveren torpaqlarını zəbt edən bu işğalçı
ölkənin gələcək işğal planları haqqında dəfələrlə müxtəlif
platformalarda danışıb. Bu gün Azərbaycan torpaqları Ermənistanın
işğalı altındadır, lakin bu işğal ermənilərin gələcək işğalının
başlanğıcıdır: hədəfdə Türkiyə, Gürcüstan və İran da var. Məhz
bölgənin gələcək təhlükəsizliyi üçün regionun bütün ölkələri erməni
işğalına qarşı birləşməli və Azərbaycanın ərazi bütövlüyünün
bərpasına çalışmalıdır. Əks təqdirdə, “Məndən ötdü” deyə heç kim
sevinə bilməyəcək, çünki ermənilərin işğal planı davam edir.
Asif Nərimanlı
-
Magazin103:35
O mahnıları məndən istəsələr də, oxumaram - Üzeyir Mehdizadə
-
İdman02:43
Kim deyir ki, Messi məndən yaxşıdır? – Ronaldo bu sualı verdi və... - VİDEO
-
Qoroskop01:10
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Hadisə00:35
Azərbaycanda nazirlik əməkdaşı intihar etdi
-
Nida Xəbər 00:15
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı PAYLAŞIM
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var