Nida Təhlil
ABŞ-ın “Qarabağı qaytarın” çağırışına Ermənistandan SENSASİYALI CAVAB
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con
Boltonun İrəvanda səfərdə olarkən “Əgər növbədənkənar parlament
seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların
atılmasına şərait yaradacaq” açıqlamasının Ermənistanda yaratdığı
əks-səda davam edir.
Publika.az xəbər verir ki, Ermənistanın xarici işlər
nazirinin müavini Ruben Ruinyanın Boltonun fikirləri ilə bağlı
münasibəti sensasiya olaraq təqdim edilib.
Erməni nazirin müavini Boltonun bəyanatını şərh etmək istəmədiyini
deyib.
Əlavə edib ki, o, ABŞ-ın məmuru deyil: “Mən Ermənistanın xarici
işlər nazirinin müaviniyəm, ABŞ-ın yox. Qarabağ məsələsində
istənilən qərar Ermənistan və “Qarabağ xalqı” ilə
uyğunlaşdırılmalıdır. Hansı prinsiplər Ermənistan tərəfi üçün
münasibdir, o da olacaq”.
Qeyd edək ki, Bolton İrəvanı tərk edəndən sonra Nikol Paşinyan da
sərt açıqlama vermiş və qeyd etmişdi ki, “münaqişəni ABŞ yox,
erməni xalqı həll edir”.
Ehtimallara görə, ABŞ Ermənistandakı seçkidən sonra Qarabağ
münaqişəsinin həlli üçün “yol xəritəsi”ni təqdim edəcək. ABŞ-ın
Ermənistandakı səfiri Riçard Millsin səlahiyyət müddətini başa
vurduğu ərəfədə “münaqişənin istənilən həll variantı ərazilərin bir
qisminin Azərbaycana qaytarılması ilə nəticələnəcək” deməsi də
Vaşinqtonun planının “mərhələli həll” olduğu ehtimalını önə
çıxarır.
Asif
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO



































.jpg)
.jpg)