Nida Təhlil
Saatlar sonra Ermənistan türk torpaqlarında VURULACAQ - Bakının planı REALLAŞIR
Bu gün Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) Şura iclası öz işinə başlayır. İki gün davam
edəcək iclasda KTMT-nin yeni baş katibinin seçilməsi
gözlənilir.
Publika.az xəbər verir ki, Ermənistanın nümayəndəsi olan
baş katib Yuri Xaçaturov prosedura görə 3 il – 2020-ci ilə qədər bu
postda olmalı idi. Lakin Paşinyan hakimiyyətə gələndən sonra 1 mart
işi üzrə açılan cinayət işinə Xaçaturovun da cəlb edilməsi
hadisələrin gedişatını dəyişdirdi.
Gözləntilərə görə, əlifba sırasına uyğun olaraq baş katib postunda
Xaçaturovu Belarus nümayəndəsi Stanislav Zas əvəz etməlidir. Lakin
Ermənistan Xaçaturovu öz nümayəndəsi ilə əvəz etmək niyyətindədir.
Artıq Xaçaturovu əvəz etmək üçün namizədliyi irəli sürüləcək
erməninin adı da məlumdur: keçmiş müdafiə naziri, general Mikael
Arütyunyan.
Nikol Paşinyanın da iştirak edəcəyi iclasda İrəvanın istəyinin baş
tutacağı çətin görünür.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov KTMT-nin baş katibi
məsələsində üç ssenarinin ola biləcəyini açıqlayıb.
1. Ermənistan nümayəndəsinin dəyişdirilməsi, yəni Xaçaturovun
Arutyunyanla əvəzlənməsi.
2. KTMT baş katibinin müavini Valeri Semerikovun 2020-ci ilə qədər
- yəni Belarusun növbəsi çatana qədər - baş katib səlahiyyətlərini
icra etməsi.
3. Belarusun namizədinin seçilməsi.
Hansı ssenarinin reallaşacağı iclasda müəyyən ediləcək. Ekspertlər
hesab edirlər ki, Ermənistanın arzuladığı ssenarinin baş tutması
çətindir. Erməni şərhçilər də bu ehtimalın üzərində dayanır.
Erməni siyasi şərhçi Sərkis Artsruni yazır ki, Uşakovun danışdığı
ssenarilər əslində Kremldə təsdiqlənən variantlardır: “Ermənistan
öz istəyinin reallaşması üçün sona kimi israr edir. Artünyunyanın
namizədliyi Moskvanın ürəyincə ola bilər, çünki bu şəxs
Rusiyayönümlü olduğunu gizlətmir. Lakin Uşakov üç ssenaridən
danışırsa, deməli, İrəvanın istəyi qarşısında maneələr var. Böyük
ehtimalla Belarus və Qazaxıstan Ermənistanın nümayəndəsinin
dəyişdirilməsinə qarşıdır”.
Artsruni qeyd edir ki, Astana və Minsk vaxtarışı Bakının
maraqlarını müdafiə edir.
“Yəqin ki, heç kim Ermənistanın Avrasiya İqtisadi İttifaqına girişi
zamanı Nazarbayev İlham Əliyevin məktubunu oxudu. Onu da
unutmamışıq ki, Qazaxıstan KTMT-yə erməni baş katibin təyin
edilməsinin qarşısını uzun müddət aldı. Belarus və Qazaxıstan
Azərbaycanın ən yaxın tərəfdaşlarıdır və Qarabağ məsələsində daim
Bakıya açıq dəstək verirlər. Xaçaturov qalmaqalından sonra KTMT-də
erməni nümayəndəsinin baş katib olmasının qarşısını almaq üçün
Minsk və Astanın əlinə yeni əsas düşdü”, - deyə o bildirib.
Asif
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı














.jpg)





















