Nida Təhlil
Paşinyanın Qarabağla bağlı atacağı ADDIMLAR ÜZƏ ÇIXDI: gələn ay torpaqlarımızda kəskin...
Ermənistanda dekabrın 9-da keçiriləcək parlament
seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
yeni proseslərin başlayacağı ehtimalı zaman-zaman müzakirə olunur.
Ehtimallara görə, həmsədr ölkələr, elə Düşənbə görüşünə
razı olan Bakı da Paşinyana seçkidən sonra danışıqlar masasına
konstruktiv mövqedə qayıtmaq üçün zaman tanıyıb. Ekspertlər
Paşinyanın danışıqlar masasına qayıdacağını hesab etsələr də, onun
Qarabağ kartını sona qədər istifadə etməsi üçün yeni təxribatlara
əl ata biləcəyi də istisna deyil.
Əsas sual budur: “Ermənistanda seçkilərdən sonra Qarabağda nə
gözlənilir?”.
Publika.az xəbər verir ki, “Sputnik Ermənistan” bu
sual ətrafında erməni ekspertlərin fikrilərini öyrənib.
Siyasi texnoloq Viqen Akopyan hesab edir ki, seçkidən sonra
Qarabağla bağlı hansısa yeni konsepsiyanın önə çıxması
gözləniləndir.
“Bu konsepsiya “Madrid prinsipləri” çərçivəsində olacaq. Bunu
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasının
başa vuranda dediyi sözlərdən, həmçinin, ABŞ prezidentinin milli
təhlükəsizlik üzrə müşaviri Con Boltonun dediklərindən də anlamaq
olar. Hələ ki hamı Ermənistanda seçkinin sonunu gözləyir, sonra
ehtimal ki, danışıqlar prosesində kəskin aktivləşmə olacaq. Ola
bilər ki, geosiyasi mərkəzlər seçkidən sonra Ermənistanın
danışıqlar masasına əyləşəcəyi ilə bağlı Azərbaycana söz veriblər.
Mümkündür ki, münaqişənin həll ediləcəyinə dair Azərbaycanda
optimizm var. Hər halda danışıqların yenilənməsi cəhdləridən əvvəl
sakitlik müşahidə olunur. Bu haqda bütün geosiyasi mərkəzlərin
nümayəndələri – Lavrov, Bolton – danışırlar”, - deyə o
bildirib.
Akopyan hesab edir ki, Paşinyanın Qarabağın danışıqlar masasında
tərəf kimi iştirakı istəyi nəticəsiz qalacaq: “Hərçənd, Ermənistan
rəhbərliyinin danışıqların formatının dəyişdirilməsi ilə bağlı
cəhdləri davam edəcək, bu daha çox, danışıq resursunun
genişlənməsinə hesablanıb”.
Rusiyalı politoloqu Artur Atayev hesab edir ki, hələlik Qarabağ
münaqişəsinin həlli düsturu yoxdur.
“Con Bolton Cənubi Qafqaza gəlişində Paşinyanı münaqişənin həllinə
hazırlamağa çalışdı. Maraqlıdır ki, Bolton münaqişənin həll
edilməsini Paşinyandan istədi, hərçənd, bu məsuliyyəti hər iki
tərəfin üzərinə qoya bilərdi, lakin etmədi. Bu, o deməkdir ki,
gələcəkdə münaqişənin həlli mümkün olmasa hər kəs bunun günahını
Paşinyanda görəcək”, - deyə o bildirib.
Asif
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq































.webp)







