Nida Təhlil
Azov yeni müharibəyə səbəb olacaqmı? – ŞƏRH
Xəzər dənizinin statusunun müəyyənləşməsinə 27 il vaxt lazım gəldi. Konvensiya bu il imzalandı. Ancaq hətta bu Konvensiya Xəzərin dibinin bölüşdürülməsini həll etmədi. Azərbaycan İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair ayrıca saziş imzalamalıdır. Rusiyanın Krımı ilhaqı özü ilə oxşar sualı aktuallaşdırdı: Azov dənizinin statusu necə olmalıdır? Rusiya ilə Ukrayna arasındakı mübahisəyə qədər, yəni 2013-cü ilə qədər Azovla bağlı heç bir problem yox idi, iki ölkə arasında müvaqif sazişə görə, dənizdən birgə istifadə ilə bağlı saziş mövcud olub. Bu saziş indi də ləğv olunmayıb. Sadəcə, Rusiya Krımı ilhaq etdikdən və Rusiyanın materik hissəsini Krımla biləşdirən körpü bu il istifadəyə verildikdən sonra vəziyyət köklü sürətdə dəyişib.
Publika.az xəbər verir ki, bu haqda “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Azov dənizində ötən gün baş verən hadisələrlə bağlı şərhində deyilir.
Rusiya indi Azov dənizinin böyük hissəsini daxili suları sayır. Bu isə Ukraynaya ciddi təhlükəsizlik və iqtisadi problemlər yaradır. Çünki, Ukraynanın Qara dəniz limanı olan Odessadan gəmilər Ukraynanın Azov dənizindəki strateji liman şəhəri olan Mariupola strateji mallar daşımalıdır. Həmin gəmilər Krımın ilhaqından sonra Rusiyanın iddia etdiyi dəniz hissəsinə daxil olurlar. Ukrayna beynəlxalq hüquqa zidd hərəkət etmir. Beynəlxalq aləm Krımı və onun sahilini Ukrayna ərazisi sayır. Buna görə də Ukraynanın hərbi və yük daşıyan gəmiləri öz sahillərində sərbəst hərəkət etmək hüququna malikdirlər. Ancaq reallıqda bu münaqişəyə səbəb olur. Çünki, Rusiyanın sərhəd gəmiləri özününkü saydığı Krımın ətrafında və Azov dənizinin böyük hissəsində keşik çəkir və üçüncü ölkələrin bu akvatoriyaya icazəsiz girişlərinin qarşısını alır.
Aydındır ki, Ukrayna özünü alçaldaraq gəmilərinin Qara dənizdən Azov dənizinə keçidinə görə Rusiyadan icazə almayacaq. Bu halda Ukrayna Krımın ilhaqına razılaşmış olacaq. Rusiya isə Ukrayna gəmilərinin Krım və Azov sahilində sərbəst fəaliyyətlərinə imkan versə, reaksiya bildirməsə zəif görünəcək, Krımın ona aid olmadığı kimi görsənmiş ortaya qoyacaq. Yəni hər bir tərəf zəif görünmək istəmir.
Rusiyanın siyasi və ekspert mərkəzləri hesab edir ki, Ukrayna gəmilərinin “son təxribatının” arxasında iki güc dayanır.
Birinci güc Ukrayna prezidenti Petro Poroşenkodur. Ukraynada 4 aydan sonra prezident seçkisidir. Petro Poroşenkonun reytinqi o qədər də yüksək deyil, müxtəlif sorğularda 3 və 4-cü sıralardadır. Moskvanın ortaya atdığı versiyaya görə, Poroşenko Azov dənizində vəziyyəti qəsdən mürəkkəbləşdirməklə ölkədə fövqəladə vəziyyət elan edib seçkiləri təxirə salmaq istəyir. Bu Moskvanın versiyasıdır. Əlbəttə, Poroşenko reytinqindən narahatdır. Ancaq Ukraynadakı siyasi qüvvələr Petro Poroşenkonun seçkini təxirə salmaq fikrini asanlıqla qəbul etməyəcəklər. Özəlliklə bütün sorğularda birinci yerdə gedən Yuliya Timoşenko öz tərəfdarlarını ayağa qaldıracaq. Ona görə də Rusiyanın ortaya atdığı iddia Poroşenkonun nüfuzuna zərbə vurmaq mahiyyəti daşıyır.
İkinci gücü kimi Vaşinqtonun adı çəkilir. Moskvanın bir başqa ehtimalı görə, Azovdakı gərgin vəziyyətin arxasında Vaşinqtondakı siyasi mərkəzlər dayanır. Başqa sözlə Petro Poroşenko Vaşinqtondan təlimat aldıqdan sonra 3 hərbi gəmisini Rusiya sərhədçiləri ilə toqquşmaya göndərib. Bu Vaşinqtonun nəyinə lazımdır? Moskvanın versiyasına görə yaxın günlərdə G-20-lərin Argentinada sammiti olacaq və sammit çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulub. Moskva iddia edir ki, ABŞ-da prezident Donald Trampa müxalif olan “dərin dövlət” Azovdakı gərginlik fonunda prezidentlərin görüşünü pozmaq istəyir. Əslində Donald Tramp və onun administrasiyası Azovdakı insidentə hər hansı şəkildə münasibət bildirməlidirlər. Tramp Ukraynanı müdafiə etməsə Konqresdəki müxalifətlə üz-üzə qalacaq, hətta öz prezidentin silahdaşları ona qarşı çıxacaq.
Son insidentdən sonra Azov dənizinin yeni statusunu müyyənləşdirmək çətin olacaq. Digər tərəfdən son insident Donbasda gərginliyin artmasına səbəb olacaq. Hətta gərginlik o həddə çata bilər ki, Rusiya “Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliklərini” tanıya bilər. Rusiya bunu 2008-ci ildə Gürcüstanda təcrübədən keçirib, Gürcüstanla savaşdan sonra Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı.
Azərbaycan mövqeyi necə olmalıdır? Azərbaycan Krımı Ukraynanın ərazisi hesab edir. Demək Ukraynanın Krım sahilinə hüququnu da tanıyırıq. Bu məsələ yaxın günlərdə BMT və digər beynəlxalq təşkilatların müzakirəsinə çıxarılacaq, qətnamələr hazırlanacaq. Bu təşkilatlarda isə səssiz və mövqesiz qala bilməyəcəyik. Diplomatlarımız səsvermədə iştirak etməsələr və ya səsvermə zamanı zalı tərk etsələr Dağlıq Qarabağ məsələsində haqlı mövqemizi zədələmiş olacaqlar.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı