Nida Təhlil
Putin Paşinyanı satacaq, Vaşinqton isə İranı... - ABŞ-dan SENSASİON QARABAĞ AÇIQLAMASI
“Moskva əvəzini Azərbaycandan ala biləcəyinə əmin olanda
Ermənistanı satacaq”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət
Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun
professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına
müsahibəsində deyib.
Qobl iddia edir ki, Rusiya Bakı və İrəvana təsirini itirməmək üçün
Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir: “ABŞ isə problemin
sülh yolu ilə həllinin tərəfdarıdır, lakin irəliləyişə nail olmaq
üçün əlində kifayət qədər resursu yoxdur. Hazırda situasiya bir
qədər dəyişir. Ermənistanı Moskvadan asılı olmayan hakimiyyət idarə
edir, Azərbaycan isə Rusiya ilə münasibətlərini sıxlaşdırır. Nikol
Paşinyan diqqətini daxili problemlərə cəmləşdirəcək və Qarabağ
lobbisinin əksinə gedəcək addımlar atmağı istəməyəcək. Ola bilər
ki, vəziyyət bir-iki ilə dəyişsin. Moskva isə anlayır ki, əgər
İrəvanı öz mövqelərindən geri çəkilməyə və Dağlıq Qarabağ
məsələsində güzəştə getməyə məcbur edə biləcəksə, onda Azərbaycanda
mövqelərini gücləndirəcək. Həmişə bildirmişəm ki, Moskva
Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq.
Lakin burada da böyük müəmma var”.
P.Qobl hesab edir ki, 2019-cu ildə də Dağlıq Qarabağ münaqişəsinin
həllində ciddi irəliləyişlər gözləmir.
“Mümkündür ki, yeni toqquşmalar olsun və bunda Moskva maraqlı
olacaq. Çünki bununla o tərəflərə problemi ondan başqa heç kimin
həll edə bilməyəcəyini yenidən xatırlada bilər”, - deyə o
bildirib.

Amerikalı politoloq Paşinyanın öz hakimiyyətini gücləndirmək
istədiyini, lakin Dağlıq Qarabağ məsələsində hər hansı addım
atmağın ona çətinlik yaradacağını hesab edir.
O əlavə edir ki, Azərbaycan da öz növbəsində Moskvaya mülayim
yaxınlaşmaq siyasətini yürüdür və Türkiyə ilə yanaşı, Qərblə də
əlaqələrə xüsusi diqqət ayırır.
“Diplomatik proses yenidən dalana dirənəcək. Çünki Paşinyan Dağlıq
Qarabağ məsələsində öz sələfinin siyasi kursunu davam etdirir. Əgər
Qərbin Qafqazda aktiv fəaliyyəti hiss olunmasaydı, bəlkə vəziyyət
dəyişə bilərdi, lakin diplomatiya olmadan Tramp Administrasiyasının
geri çəkiləcəyinə və regiona qoşun daxil edəcəyinə əmin olmaq da
ağılsızlıqdır. Rusiyanın özünün da daha əhəmiyyətli məsələləri var,
Moskva hazırda Ermənistana ikinci dərəcəli məsələ kimi baxır. Kreml
Paşinyanı sevmir, lakin onun Qərbin qucağına oturmasına da əsas
vermək istəmir. Bu baxımdan, diplomatik prosesin yenidən dalana
dirənəcəyi görünür”, - deyə o vurğulayıb.
Qobl hesab edir ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın xeyrinə
həll ediləcəksə, bu, ABŞ-a İranı təcrid etmək üçün yeni imkanlar
verəcək: “Çünki Qarabağ münaqişəsinin həlli Tehranın Qafqaza siyasi
təsir imkanının itməsi deməkdir. Lakin Moskva bunu anlayır və baş
verməməsi üçün əlindən gələni edir”.
Asif
-
Dünya07:55İran NATO-nun Viktoriya bazasına hücum etdi
-
Region07:15Xamenei haqqında bilmədiyiniz şok faktlar - Video
-
İdman06:16Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik






























.jpg)
.jpg)




