Qarabağ münaqişəsi həll edilməsə... - Avropanın üzləşəcəyi ciddi təhlükə
Bizi izləyin

Nida Təhlil

Qarabağ münaqişəsi həll edilməsə... - Avropanın üzləşəcəyi ciddi təhlükə

“Ermənistanın Avropada fəaliyyət göstərən mafioz qrupları xeyriyyə tədbirləri, musiqi, incəsənət kimi sahələrə yatırım etməklə bu ad altında faktiki olaraq, həm əsl fəaliyyətlərini ört-basdır edir, həm də Avropa ölkələrindən müəyyən imtiyazlar qoparır. Bu imtiyazlar sayəsində isə erməni millətindən olan müxtəlif şəxsləri populyarlaşdırmağa çalışırlar”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli səsləndirib.

Siyasi şərhçi bildirib ki, Avropa bunu gec də olsa başa düşür və anlayır ki, erməni mənşəli “xeyriyyəçilər” əslində çirkli pulların yuyulması, müxtəlif fırıldaqçı kommersiya strukturları vasitəsilə pullar qazanırlar:

“Bu pulların bir hissəsini xeyriyyə adı altında müxtəlif sektorların sahələrinə yönəltməklə özlərinin əsl qara niyyətlərini gizlədirlər. Hələlik, buna uğurla nail olurlar. Amma Almaniyada bu məsələ ilə bağlı uzunmüddətli araşdırmalar aparıldı. Bu araşdırmalar nəticəsində erməni mafioz qüvvələrə mənsub olan çirkli pulların haradan gəldiyi, necə istiqamətləndirildiyi ortaya çıxarılıb. Ermənilər hazırda öz ölkələrindən yox, Rusiyadan, postsovet məkanındakı digər respublikalardan gələn çirkli pulların yuyulmasına vasitəçilik edirlər. Bəzən bu çirkli pullarla yanaşı, insan alveri, miqrasiya, üçüncü dünya ölkələrindən mühacirət edən insanların yerləşdirilməsindən böyük vəsaitlər əldə edirlər. Bu da Avropa ölkələrini başda Almaniya olmaqla, ciddi sürətdə narahat edir. Ona görə ki, erməni mafiyasının çoxu Almaniyada yerləşir. Və bu ölkə belə bir məlumatı çirkli pulların yuyulması, insan alveri və s. Bu kimi sahələri dərindən araşdıraraq belə qənaətə gəlir ki, erməni mafiyası hətta bölgənin siyasi sferasına sızmağı bacarıb. Siyasi lobbiçilik fəaliyyətini də bunun sayəsində gücləndiriblər. Bu səbəbdən də Nikol Paşinyana müəyyən bir eyham vuruldu ki, o, erməni xalqının qədim tarixindən, ermənilərin az qala, dünyanın nadir intellektli millətlərindən biri olmasından, Avropa sivilizasiyasının daşıyıcılarından biri olmasından danışmağa çox da cəhd göstərməsin. Bu mövzuda xüsusi canfəşanlıq etməsin.

Paşinyanın nəzərindən o da qaçmamalıdır ki, hazırda onun ölkəsindən Avropaya mühacir axını çox böyük saydadır. Hətta Avropanı təəssüfləndirəcək genişlikdədir. O, əsas diqqətini buna yönəltməlidir. Eyni zamanda, Paşinyanın xanım Merkellə keçirdiyi mətbuat konfransında Qarabağ problemi ilə bağlı danışarkən reallığa uyğun olmayan iddialar səsləndirməsi Merkeli təəccübləndirməklə yanaşı, onun nə qədər sivilizasiyadan uzaq olmasını, müasir dünya reallıqlarını nə qədər yaxşı qavramamasını göstərdi. Çünki belə olmasaydı, o, işğalçı ölkənin başında dura-dura ölkəsinin bu siyasətinə haqq qazandırmağa çalışmazdı. Bu, Avropa mədəniyyəti üçün yad bir haldır. Zənnimcə, Paşinyanın səfərini həm siyasi, həm maddi tərəfini təşkil edən qaranlıq dünyanın adamlarıdır, siyasi mafiozlardır".

Politoloq bildirdi ki, Avropa İttifaqı ölkələri həm Avropa Parlamenti vasitəsilə, həm NATO-nun zirvə toplantıları vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər:

“2015-ci ildən bəri Avropa Parlamenti və onun xarici məsələlərdən cavabdeh olan xanım Federika Moqerini öz bəyanatlarında, eləcə də, ATƏT-in Parlament Assambleyası postsovet məkanındakı bütün münaqişələrin hər bir dövlətin ərazi bütövlüyü çərçivəsində həll edilməsini irəli sürüb. Bu nöqteyi nəzərdən də mənə el gəlir ki, xanım Merkelin Dağlıq Qarabağın Azərbaycan-Ermənistan münaqişəsinin danışıqlarında iştirak etməməsinə dair mövqeyi çox düzgündür. Onlar bu mövqeyi bu günə qədər təmsil etdikləri bütün platformalarda səsləndiriblər. Yəni Avropa özünün Dağlıq Qarabağla bağlı siyasi mövqeyini tam dəqiqləşdirib. Başa düşürlər ki, bu münaqişələri yaradan kimdir, burada təcavüzkar planların başında duranlar, icraçılar hansı məqsədə qulluq edirlər. Yaxşı başa düşürlər ki, bu münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsə, Avropa sivilizasiyasını ciddi təhlükələr gözləyir. Buna görə də Almaniyanın mövqeyi get-gedə Azərbaycanın maraqlarına daha çox uyğun gəlir. Avropa İttifaqı və NATO-ya daxil olan ölkələrin 16-sı ilə Azərbaycanın imzaladığı qarşılıqlı razılaşmalar hamısı Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir. Eyni zamanda, onun ərazi bütövlüyünə hörmətlə yanaşacaqlarını bəyan edirlər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm