Nida Təhlil
Ermənilərdən vətən xaininə dəstək – Azərbaycanı bölmək üçün...
Azərbaycanın talış vətəndaşlarının adından sui-istifadə
edən və ölkəni parçalamaq planlarında yer alan vətən xaini
Fəxrəddin Abbazadə qanun qarşısına çıxarıldı. Dövlət öz
vətəndaşlarının adından sui-istifadə edərək, düşmən Ermənistanın
planlarında yer alan və suverenliyinə təhlükə olan bu casusu
zərərsizləşdirdi. Lakin diqqət çəkən əsas məqamlardan biri də
ermənilərin F.Abbaszadənin həbsindən keçirdikləri narahatlıq və
onun həbsinə reaksiyalardır.
Publika.az xəbər verir ki, Ermənistan mediası
F.Abbaszadənin həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli
azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması,
bu əsasda talışlara qarşı təzyiqin nümunəsi kimi təqdim etməyə
çalışır və kampaniya aparırlar.
“Lragir” saytı iddia edir ki, Azərbaycanda milli azlıqlara qarşı
hücum var və F.Abbaszadənin həbsi də buna nümunədir. Sayt vətən
xaininin həbsinə görə Rusiyanı da ittiham edib. Eyni iddialarla
Ermənistanın əsas media orqanları da çıxış edib. Hətta onlar
F.Abbaszadəni alim, “siyasi lider” kimi təqdim etməyə
çalışırlar.
Bu bir daha təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları
Azərbaycanı parçalamaq üçün F.Abbaszadə və onun kimi vətən
xainlərindən istifadə edir.
F.Abbaszadə hazırda Hollandiyada yaşayan vətən xaini Əlikram
Hümbətovun Azərbaycanı bölmək planlarının aktiv iştirakçısıdır.
Onun həbsinə Hümbətovun reaksiyası da bunu sübut edir. Hümbətov da
ermənilər kimi Azərbaycanda milli azlıqlara hücum iddialarını
sərgiləyir. Bu vətən xaininin F.Abbaszadənin həbsi ilə bağlı son
bəyanatının Ermənistan KİV-i tərəfindən tirajlanması da bütün
proseslərin arxasında erməni xüsusi xidmət orqanlarının dayandığını
təsdiqləyir.
Publika.az
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















