Emin Milli yenidən iqtidara yaxınlaşmaq istəyir - DETALLAR
Bizi izləyin

Nida Təhlil

Emin Milli yenidən iqtidara yaxınlaşmaq istəyir - DETALLAR

“Meydan Tv”-nin rəhbəri, hazırda Almaniyada yaşayan Emin Milli (Abdullayev) yenidən iqtidara yaxınlaşmaq istəyir və bu istiqamətdə ilk addımlarını atmağa başlayıb.

Bu informasiyanı yaxın günlərdə Avropada keçirilən tədbirlərdə Emin Milli və “Meydan Tv”-nin əməkdaşları ilə təmasları olmuş QHT fəalından əldə etdik. Adının hələlik açıqlanmasını istəməyən QHT fəalı qeyd edir ki, E.Milli onunla söhbət zamanı müstəqil və iqtidaryönümlü şəxslərlə xüsusi əlaqələrə can atdığını, yenidən Azərbaycan iqtidarının yanında olmaq istədiyini açıq şəkildə hiss etdirib.

E.Milli vaxtilə Azərbaycan iqtidarına yaxın şəxslərdən olub və əsas işi Avropada Bakıdan gedən vəzifəli şəxslərin tərcüməçiliyini həyata keçirmək idi. Sonradan o, qədəri milyon dollarla ölçülən qrant şəbəkəsinin təsiri altına keçdi. Lakin burada əsas məsələ bu yox, E.Millinin iqtidarla yenidən yaxınlaşmaq niyyətidir.

Ötən ildən etibarən Avropada Azərbaycandan getmiş və “siyasi mühacir” etiketi ilə fəaliyyət göstərənlər arasında ciddi qarşıdurma müşahidə olunur. Bu qarşıdurma hazırda daha da kəskinləşib. E.Millinin təmas qurduğu QHT fəalına son dövrlər Avropada “söyüş müxalifəti” adı ilə tanınanlar haqqında verdiyi informasiyalar da bu kontekstdə diqqət çəkir.

E.Milli bildirib ki, hazırda Almaniyada yaşayan müxalifətçi, sosial şəbəkələrdə yayımlanan “Azad söz” resursunun inzibatçısı, bloger Tural Sadıqlı Azərbaycanda aclıq aksiyasına qoşulmuş Fatimə Mövlamlının Almaniyaya mühacirətini təşkil etmək üçün sonuncudan pul almış, lakin verdiyi vədə əməl etməməsi səbəbindən onların aralarında münaqişə yaranmışdır. F.Mövlamlının aclıq aksiyası keçirmək qərarı birmənalı olaraq onun Almaniyaya mühacirət etmək niyyətlərilə bağlıdır.
E.Milli, həmçinin Tural Sadıqlının sosial şəbəkədəki “Xalqın layihəsi” adlı layihədən istifadə edərək Almaniyadakı təşkilatlardan birindən qrant aldığını, bundan sonra “Facebook”-dakı “Azad söz” səhifəsi üçün ötən ilin sentyabr-oktyabr aylarında Berlin şəhərində “Meydan TV”-nin yerləşdiyi binada ofis kirayələdiyini, lakin icarə haqqını ödəyə bilmədiyi üçün Nürnberq şəhərinə qayıtdığını qeyd edib.

“Meydan Tv” rəhbərinin bu informasiyanı Bakıdan getmiş QHT fəalına niyə verdiyi maraqlıdır. Bunun səbəbi tam məlum olmasa da, burada E.Millinin iqtidara ötürdüyü mesajın elementləri yer alır: “Mən yenidən düşərgəyə qayıda bilərəm”.

Proseslərin analizi hesab etməyə imkan verir ki, “Meydan Tv” rəhbəri öz layihəsini yaşatmaq üçün Azərbaycan iqtidarından dəstək umur.

Hər şey 2018-ci ilin ortalarında Avropadakı azərbaycanlılar arasında “qrant müharibəsi” ilə başlandı.

Əsas qarşıdurma E.Milli, Sevinc Osmanqızı, Xədicə İsmayıl, o cümlədən, Milli Şura rəhbərliyi – Əli Kərimli, Cəmil Həsənli və digərləri arasında gedir.

2019-cu ilin mayın 9-da ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə E.Milli gözlənilmədən oxlarını AXCP sədri Əli Kərimliyə qarşı çevirdi. Bundan sonra cəbhəçilər sosial şəbəkələrdə onun ünvanına ən ağır söyüş və təhqirlər yağıdırdılar. Lakin əsas məqam E.Millinin demədiyi “marginal” sözünə görə təhqir edilməsi idi. Hansı ki, bu fikri həmin dinləmələrdə iştirak edən ABŞ Massaçuses Universitetinin tarix professoru Audrey Alştadt işlətmişdi. Amerikalı professor çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marjinal şəxsi” və ya “qocası” adlandırdı.

E.Milli isə sosial şəbəkə hesabında İsa Qəmbər və Əli Kərimlinin indiyə qədər mübarizə apardığını, lakin yerlərini gənclərə verməyin vaxtının çatdığını bəyan etdi.

“Son 20 il ərzində Azərbaycan müxalifətinə rəhbərlik etmiş bütün insanlara öz ehtiramımı ifadə etməklə yanaşı bunu qeyd etməyi mühüm sayıram ki, bu liderlərin hazırda edə biləcəyi ən yaxşı iş həm partiyalarının daxilində, həm də xaricində olan bütün başqa gəncləri dəstəkləmək olardı. Bununla onlar Azərbaycan xalqına mesaj verərdilər ki, bu mübarizə şəxsi deyil - bu, İsa Qəmbərin, yaxud Əli Kərimlinin şəxsi mübarizəsi deyil. Biz problemlərdən danışırıqsa, təkcə hökuməti hədəfə almamalıyıq, həm də müxalifətdən danışmalıyıq. Çünki bəzi siyasi partiyalarda şəxsiyyət kultu pərəstiş var və gənc nəsillər bunu qəbul etmir. “Baxın, mən belə möhtəşəməm, böyüyəm və mən sizə rəhbərlik edəcəyəm” - bu, Azərbaycan xalqının qəbul etdiyi bir tərz deyil və bunu siz insanların reaksiyalarından hiss edə bilərsiniz. İnsanlar yeknəsəq (rutin) qaydada hər ay Azərbaycanda təşkil olunan mitinqlərə gəlmirlər. Bəlkə də onların mübarizəsinin taktikası ilə bağlı şübhələri var, bəlkə də onlar bu yolu effektiv hesab etmirlər”, - deyə o yazdı.

Cəbhəçi və müsavatçılarsa, E.Millini qrant almaqda ittiham etdilər. Ən maraqlısı isə Əli Kərimliyə yaxınlığı ilə seçilən Xədicə İsmayılın E.Millini müdafiə etməsi və buna görə üzləşdiyi təhqirlərdir.

“Məlum oldu ki, marginal sözünü Emin Milli yox, Audrey Alştadt deyib. Hərçənd kimin deməsindən asılı olmayaraq, həqiqətdir. İndi iki gündür, Emini mütəşəkkil hücuma məruz qoyan cəbhəçilər yazdıqları təhqirlərə görə üzr istəyəcəkmi? Bu arada, Cəmil Həsənli də ilk ittiham yazanlardan biri olub. Səadət, Cahangir iki gündür, adamı atəşə tutmusuz, postlarınızın altında xeyli təhqir yazılıb. Məsuliyyətli siyasətçilər, aktivistlər nə edər belə durumda?”, - deyə X.İsmayıl yazırdı.

Milli Şura sədri Cəmil Həsənli isə “Meydan Tv”nin onlara qadağa qoyduğunu, bu informasiyanı onlara Sevinc Osmanqızının vediyini açıqladı və E.Millini sərt şəkildə tənqid etdi. C.Həsənlinin “onlar yedikləri qrantları doğrultmur” sözləri isə “qrant müharibəsi”ndə bi cəbhənin girə cəbhəyə hücumunun təsdiqi idi və bu, məsələnin heç də Azərbaycanda demorkatiya yox, ayrılan pulların ələ keçirilməsi olduğunun etirafı oldu.

“Meydan Tv”-nin əməkdaşları isə Cəmil Həsənlinin özü-özündən müsahibə alaraq Sevinc Osmanqızına göndərdiyi faktını ifşa etdilər.

Prosesdə əsas aparıcı fiqurlardan biri də Sevinc Osmanqızı idi. O, E.Millinin sponsorları gizlətməkdə, “qara kassa” saxlamaqda ittiham etdi. Buna cavab olaraq, X.İsmayıl S.Osmanqızının “Meydan Tv”-yə Rəsul Quliyevin sponsorluğu ilə veriliş gətirmək planının baş tutmadığı və baş redaktor olmaq sevdasının alınması üçün belə etdiyini açıqladı. İki xanım arasında sərt ritorika bu gün də davam edir.

AXCP-nin mətbuat katibi Natiq Adilov isə E.Millini saxtakarlıqda və “qrant yeməkdə” ittiham edərək, aşağılayıcı ifadələr işlədirdi.

Proseslərin inkişafı Avropada məskən salan bu şəxslərin ayrılan qrantlardan “kim daha çox qoparacaq” prinsipi uğrunda mübarizə apardığını təsdiqləyir.

Bəs Emin Milli niyə iqtidara yaxınlaşmağa can atır?

Mənbəmiz danışır ki, E.Milli hazırda maliyyə çətinliyi ilə üzləşib. Onu xüsusilə qrant verən təşkilatların maliyyə nəzarəti bezdirir, buna görə də son vaxtlar oxucuların hesabına maliyyələşmə siyasətinə keçib.

Ötən il E.Milli sosial şəbəkələrdə “Meydan Tv”yə yardım et” kampaniyasına başlayaraq, 5-200 dollar arası ianələrin verilməsi üçün qapılarını açdı, lakin bu ianələrin hansı hesaba yatırıldığı haqqında heç bir məlumat yoxdur.

“Meydan Tv”-nin bu ilin yanvar ayında keçirilən toplantısı isə E.Millinin düşdüyü vəziyyəti açıq şəkildə ifadə edir. Toplantıda “Meydan Tv”-nin 2018-ci il üzrə maliyyə hesabatı müzakirə olunub. Məlum olub ki, 2018-ci ildə kanala ayrılan qrantların ümumi həcmi 950.000 avro olub. Lakin E.Milli fərdi söhbətlərdə qrantların azaldığını, qrant ayrılan təşkilatların ona işləməyə imkan vermədiklərini deyib və bu səbəblərdən əməkdaşlara verilən maaşların azaldığını xüsusilə vurğulayıb. O, hətta öz maaşının məbləğinin də aşağı düşdüyünü deyib, vergilər ödədikdən sonra ona təqribən 2500 avro qalmasından şikayətlənib. Bununla yanaşı, kanalın əməkdaşlarının maaşlarının verilməsində də problemlər mövcuddur.

Mənbəmiz bildirir ki, E.Milli indiyə qədər ona qrant verənlərdən uzaqlaşmaq və Azərbaycan iqtidarına yaxınlaşmaq istəyir.

“Meydan Tv” rəhbərinin son dövrlər Azərbaycan hökuməti tərəfindən kadr və təşkilati məsələlərdə həyata keçirilən islahatların effektivliyini təirfləməsi, vergi və gömrük sahələrində son dəyişiklikləri xüsusilə vurğulaması, həmçinin Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün atılan addımları müsbət qiymətləndirməsi bu kontekstdə diqqət çəkir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm