Nida Təhlil
Erməni kəşfiyyatının Azərbaycana qarşı qurduğu “satqınlar ordusu” - Planda NƏLƏR VAR?
Azərbaycanı parçalamaq üçün erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadə həbs edildi. Ermənistan mediası və Avropada erməni lobbisinin təsiri altındakı təşkilatlar onun həbsini “insan haqları” fonunda təqdim etməyə cəhd göstərsə də, Azərbaycan dövləti bu addımla işğalçı Ermənistanın ərazi bütövlüyümüzə qarşı təhlükəli planlarını həyata keçirmək istiqamətindəki növbəti təxribatının qarşısını aldı. Lakin bununla erməni xüsusi xidmət orqanlarının planları sıradan çıxarıldımı? Xeyr. Fəxrəddin Abbaszadə bu planda yer alan satqınlardan yalnız biridir.
Ermənistanın Azərbaycanı parçalama planı: işğalçı
ölkə bu planlarını gizlətmir, açıq, yaxud gizli formada davam
etdirir. Hədəf məlumdur: parçalanacaq Azərbaycanın hesabına
Ermənistan ərazilərinin genişləndirilməsi; Dağlıq Qarabağın
işğalına tam zəmanətin təmin edilməsi;
Bütöv və güclü Azərbaycan Ermənistanın nəinki uzaq perspektivə
hesablanmış işğal planlarının qarşısında maneədir, həm də bu gün
Ermənistanın iqtisadi və siyasi məngənədə sıxılaraq, kiçilməyə
doğru getməsində başlıca faktordur. Xüsusilə Dağlıq Qarabağın
işğaldan azad olunması istiqamətdə Azərbaycan dövlətinin davamlı
siyasəti işğalçı ölkənin bütün məkrli planlarını alt-üst edir.
Və bu maneəni aradan qaldırmağı xəyal edən ermənilər klassik silahı
işə salırlar: satqınların tapılması və istifadə
edilməsi.
Erməni xüsusi xidmət orqanları belə satqınları tapır, ardınca
erməni diasporu/lobbisi dövriyyəyə girir və onları pul, o cümlədən,
müxtəlif vədlərlə ələ alır. Hərçənd, F.Abbaszadə kimilərin
timsalında bu satqınlar satılmaq üçün bazara çıxarılmış hazır
məhsul kimidirlər, təki onları alan olsun.
Proseslərin analizi göstərir ki, Ermənistan bu satqınlara
təlimatların göndərildiyi məkan, erməni diasporu/lobbisi onların
fəaliyyət göstərdiyi ölkələrdə maliyyə və siyasi dəstək verən qrup
rolunu oynayır. Erməni xüsusi xidmət orqanları isə bu fəaliyyəti
koordinasiya edir.
Rusiya və Avropa ölkələri, Nikol Paşinyanın hakimiyyətə
gəlişindən sonra isə ABŞ: ermənilər satqınları Azərbaycana
qarşı üç istiqamətdən hərəkətə keçirib.
Rusiya: bu ölkədə erməni diasporu/lobbisi
Fəxrəddin Abbaszadə başda olmaqla satqınlardan ibarət qrup
formalaşdırıb. Bu qrupa daxil olanlar uzun illərdir İrəvandan gələn
təlimatlara uyğun olaraq Azərbaycan dövlətinə qarşı çağırışlar
edirlər. F.Abbaszadə Rusiyada bu qrupun əsas fiquru sayılırdı.
Təsadüfi deyil ki, onun Hollandiyada məskən salmış digər satqın
Əlikram Hümbətovla bir müddət öncə baş vermiş pul davasında
ermənilər birincini müdafiə etmiş, hətta Azərbaycana qarşı ideoloji
təxribat qrupu olan “Pankurt” tərəfindən ikinci ağır ifadələrlə
təhqir olunmuşdu. Bu, F.Abbaszadənin erməni xüsusi xidmət orqanları
üçün daha “əhəmiyyətli fiqur” olduğunu göstərirdi. Mümkündür ki,
F.Abbaszadənin “əhəmiyyətli” olması onun satqınlıq səviyyəsindən
yox, yaşadığı Rusiyanın Azərbaycanla sərhəd olması və erməni xüsusi
xidmət orqanlarının coğrafi yaxınlığın planlarını həyata keçirmək
üçün geniş imkanlar yaratdığı düşüncəsindən irəli gəlirdi.
F.Abbaszadənin həbsi ilə əlaqədar Ə.Hümbətovun Ermənistanın
“lragir” saytında dərc olunan bəyanatı isə satqınların “daxili
problemlərini” həll etdikləri görüntüsünü yaradır.
“Azərbaycanı regionun sabitliyi üçün əsas təhlükə adlandırması və
bu təhlükəni birdəfəlik aradan qaldırmaq üçün ermənilər və ruslarla
birləşməyin vacib olduğunu” deyən, o cümlədən, “Azərbaycan
dağıdılacaq” tipli çağırışlar edən F.Abbaszadə son dövrlər
Azərbaycan üçün “Osetiya ssenarisi”ni arzulayırdı. O, “Rusiya və
Ermənistanın köməyi ilə Azərbaycanı parçalamağın mümkün olduğunu”
deyir və bununla İrəvan mətbəxində hazırlanmış mesajı Moskvaya
ötürürdü.
“Moskva göz yaşlarına inanmadı” və bu satqın
qanunvericiliyə uyğun olaraq, Azərbaycana təhvil verildi. Dünənə
qədər ermənilərin yatağından çıxmayan və Azərbaycan dövlətini
dağıtmaq xəyalları quran bu xain qanun qarşısında cavab verməli
olacaq: Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə
yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və
düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri
üzrə cinayət işi açılıb.
Lakin F.Abbaszadənin həbsi Rusiyada erməni xüsusi xidmət orqanları
ilə “nikaha” girənlərin birinci halqasının sıradan çıxarılmasıdır.
Və burada sual yaranır: ermənilər Abbaszadəni kiminlə
əvəzləyəcək?
Bu sualın cavabında iki satqının adı diqqət çəkir: İsmayıl
Şabanov və Zahirəddin İbrahimi.
- İsmayıl Şabanov V.P.Qoryaçkina adına Moskva
dövlət kənd təsərrüfatı universitetini bitirdikdən sonra uzun
müddət aqronom kimi çalışıb. Həmçinin, SSRİ-də komsomol və partiya
işində fəal olub. SSRİ-nin dağılmasından sonra isə Rusiyada erməni
xüsusi xidmət orqanlarının nəzarətinə keçərək Azərbaycana qarşı
planlarda yer alıb. 2013-cü ildən sonra o, xüsusilə fəallaşıb. Hələ
o, vaxt Şabanov Milli Şuraya dəstək mesajı ünvanlamışdı.
Məlumatlara görə, o, bu dəstəklə Mili Şuranın yaradılmasının “xaç
atası” olan “Milyarderlər İttifaqı”ndan maliyyə dəstəyi almağı
düşünürmüş. Şabanov 2015-ci ildə Rusiya və Türkiyə arasındakı
təyyarə qalmaqalı zamanı yenidən meydana atıldı. Rusiya
telekanallarının birində verilişə qatılan Şabanov Türkiyənin Rusiya
təyyarəsini vurmaqla terrora dəstək verdiyini, Azərbaycanın da
Türkiyəyə dəstək verməklə eyni addım atdığını iddia etdi. Bir il
sonra onun səsi Əlikram Hümbətov və Fəxrəddin Abbaszadə ilə
birlikdə İrəvandan gəldi. İ.Şabanov 2016-cı ilin 3 mart tarixində
İrəvandakı “Ani Plasa” hotelində keçirilən “Azərbaycanda yaşayan
köklü xalqlar: reallıqlar və perspektivlər” adlı konfransa canlı
bağlanaraq, ermənilərə dəstəyini nümayiş etdirdi.
Daha sonra onunla Fəxrəddin Abbaszadə arasında erməni diasporunun
ayırdığı pulların bölüşdürülməsi uğrunda açıq mübarizə başladı. Bu,
mübarizədən erməni xüsusi xidmət orqanlarının “gözü” olan Abbaszadə
qalib çıxdı və Şabanov oyundan kənarda qaldı. Onun İrəvandakı
konfransa qatılmasının hədəfi də ayrılan puldan öz payını almaq
idi. Buna nail ola bilməyən İ.Şabanov İrandan dəstək almaq üçün
“tat kartı”nı oynamağa başladı və bu gün də eyni istiqamətdə
hərəkət edir. Lakin F.Abbaszadənin Rusiyada saxlanılmasından sonra
Şabanov bu ölkədəki satqınların koordinasiyasını üzərinə götürmək
cəhdləri edir. Görünür, Abbaszadənin sıradan çıxarılması onun
önündə qapıları açıb. Mümkündür ki, erməni xüsusi xidmət orqanları
Abbaszadənin Azərbaycana təhvil verilməsinə qədər onun
təcridxanadan çıxa biləcəyi ümidi ilə gözləyirmiş, lakin bu, baş
tutmadığına görə, hazırda əsas “stavka” Şabanova verilə bilər.
Şabanov da illərdir bu günü gözləyirdi.
- Zahirəddin İbrahimi Azərbaycana qarşı əsasən
Ermənistan mediasından tribuna olaraq istifadə edir. Özünü
“politoloq” kimi təqdim edən bu satqın Əlikram Hümbətov tərəfindən
ermənilərlə birlikdə işğal altındakı Şuşa şəhərində yaradılan
qondarma radioda çıxışlar edir, Azərbaycana qarşı təxribat
fikirləri səsləndirir. Son dövrlər Z.İbrahiminin Azərbaycana qarşı
təxribatçı məqalələri Rusiyada fəaliyyət göstərən “Realist”
informasiya agentliyində yayımlanır. Bu agentliyin – realtribune.ru
– ofisi Moskvada Varşava şosesində yerləşir, baş redaktoru Sarkis
Saturyandır. Z.İbrahimi agentlikdə fevralın 22-də dərc olunan
məqaləsində Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq
Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakı” tezisini
müdafiə edir, Azərbaycan torpaqlarında ermənilər tərəfindən
yaradılmış separatçı rejimin “müstəqil” olması fikrini irəli sürür.
Erməni xüsusi xidmət orqanları İ.Şabanovla yanaşı Z.İbrahimini də
“satqınların lideri” olaraq önə çıxara bilər.
Avropa: Hollandiyada yaşayan Əlikram Hümbətov
ermənilərin Avropa üzrə Azərbaycana qarşı istifadə etdikləri
satqınların əsas kuratoru rolunu oynayır. Hümbətov 2004-cü ildən
sonra Hollandiyaya köçüb və aktiv şəkildə erməni xüsusi xidmət
orqanları ilə əməkdaşlıq edir. O, İrəvana mütəmadi səfərlər edir, o
cümlədən, işğal altındakı Dağlıq Qarabağa da gedərək Azərbaycana
qarşı çağırışlar edir. Onun satqılığı bütün Azərbaycanda məlumdur.
Lakin 2010-cu ildən sonra Ə.Hümbətovun fəaliyyətində diqqət çəkən
əsas məqamlardan biri “demokratik missiyasıdır”.
Onun oğlu Tural Hümbətovun rəhbərlik etdiyi CODA (Committee
Outlines of Democracy in Azerbaijan) “Azərbaycanda Demokratiya
Komitəsi” adlı təşkilat 2010-cu il 19 may tarixində Hollandiyada
qeydiyyatdan keçib. Təşkilat “Azərbaycanda demokratiyanın
müdafiəsi” adı altında kampaniyalar keçirir.
Erməni xüsusi xidmət orqanları tərəfindən Hümbətovlar ailəsinə
tapşırılmış “demokratiya missiyası”nın cari və gələcək olmaqla iki
hədəfi var: cari hədəf Avropada, xüsusilə Hollandiyada
yaşayan azərbaycanlı “siyasi mühacirləri” CODA-nın çətiri altına
toplamaq; gələcək hədəf Azərbaycanı məhz “demokratiya” adı altında
parçalamaq; (https://asifnerimanli.wordpress.com/2019/02/13/erm%C9%99ni-k%C9%99sfiyyatinin-muhacir-ovu-v%C9%99-separatcilarin-qarabag-planinda-yeri/).
Bu fakt təsdiqləyir ki, Ermənistan indiyə qədər satqınları
koordinasiya edən Ə.Hümbətovun Avropadakı bütün azərbaycanlılara
nəzarət edən “fiqura” çevirməyi planlaşdırır.
ABŞ: Ermənistanda Rusiyayönümlü Sarkisyan
hakimiyyəti devriləndən və rəhbərliyə Qərbyönümlü Nikol Paşinyan
gələndən sonra erməni xüsusi xidmət orqanları erməni lobbisinin
güclü olduğu okeanın o tayında satqınların aktivləşdirilməsi
prosesinə start verib. Bu, Nikol Paşinyanın hakimiyyətə gəlişindən
sonra Rusiyanın öz torpaqlarındakı ermənilərə münasibətinin əvvəlki
kimi olmadığından irəli gəlir, o cümlədən, burada ermənilərin
ABŞ-Rusiya qarşıdurması və “şərq ekspedisiyası”ndan istifadə
etməklə öz planlarını həyata keçirmək niyyəti yatır.
Ermənilərin okeanın o tayında dövriyyəyə saldığı satqın Yusif
Sərdarzadədir. Feysbuk hesabında 1980-ci ildə doğulduğu qeyd olunan
Y.Sərdarzadə Kolorado ştatının Denver şəhərində yaşayır, ABŞ Futbol
Federasiyasının (U.S. Soccer) yerli nümayəndəliyində işləyir.
Denver şəhərinin Azərbaycanın işğal edilmiş ərazilərində
ermənilər tərəfindən yaradılan qondarma “DQR”-in “müstəqilliyini”
tanıdığı faktı diqqətdən qaçmır.
Y.Sərdarzadə sosial şəbəkələrdə Azərbaycana qarşı F.Abbaszadə,
Ə.Hümbətov kimi satqınların iddialarını irəli sürür, “Dağlıq
Qarabağ xalqının” Azərbaycana qarşı vuruşaraq, “müstəqilliklərini”
qazandıqlarını deyir və bunu müdafiə edir. Son dövrlər Ermənistan
KİV-i və satqınların ermənilərlə birgə yaratdıqları “televiziya” və
“media orqanları” Y.Sərdarzadənin təbliğatını aparır.
Sərdarzadənin sosial şəbəkə hesabında paylaşdığı xəritədə
Azərbaycanın cənub bölgəsi ayrıca “ölkə” kimi təqdim olunur,
maraqlıdır ki, İran sərhədləri daxilindəki Gilan və Ərdəbil
bölgələri də bu xəritəyə qatılıb. Bu, ABŞ-n İranla bağlı planları
fonunda diqqət çəkir və mümkündür ki, ermənilər çirkin planlarını
həyata keçirmək üçün belə satqınların dili ilə Vaşinqtona “eyni
cəbhədə” olduqları mesajını ötürürlər. Məqsəd ABŞ-ın İrana qarşı
gələcək hücumu zamanı öz paylarını almaqdır.
Bu faktlar təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları erməni
diasporu/lobbisi ilə birlikdə Azərbaycana qarşı “satqınlar
ordusu”nun traektoriyasını genişləndirir. F.Abbaszadənin həbsi bu
planlara ilk və ağır zərbə oldu, lakin bundan sonra baş verəcəklər,
xüsusilə Rusiyada Abbaszadənin yerinə hansı satqının gətiriləcəyi,
Avropada məhz satqınların əli ilə həyata keçirilən “siyasi mühacir”
ovu və ABŞ-da Y.Sərdarzadənin timsalında nələrin baş verəcəyi
diqqətlə izlənilməlidir.
Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK