Nida Təhlil
Azərbaycandan SARSIDICI ZƏRBƏ: Torpaqlar azad olunmadıqca… - Paşinyanın Brüssel səfərinin PƏRDƏARXASI
Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə səfərinin əsl məqsədi siyasi deyil, iqtisadi idi.
Publika xəbər verir ki, bu haqda şəxsi mənbəyinə istinadən “Past” nəşri bildirib.
Mənbə qeyd edib ki, Paşinyan avropalı rəsmilərlə müzakirələrdə daha çox maddi yardım məsələsini qaldırırdı. Məlumata görə, Paşinyan avropalılarla müzakirələrdə maliyyə yardımı məsələsini qarşıdakı aylarda büdcədəki problemləri aradan qaldırmaq üçün qaldırıb. Dövlət büdcəsinin ehtiyat fondunda ciddi problemlərin olduğu bildirilir.
Qəzet qeyd edir ki, istisna olunmur ki, yaxın vaxtlarda parlamentə təqdim olunacaq kredit müqaviləsi ölkənin xarici borcunu daha da artıracaq.
Nəşr əlavə edir ki, bu kimi digər kreditlər də əvvəlki büdcə kəsirinin aradan qaldırılması üçün götürülürdü. “Past” vaxtilə müxalifətdə olarkən Paşinyanın bu məqsədlə kreditlərin alınmasını dəfələrlə tənqid etdiyini xatırladıb. İndi isə Paşinyanın başqa çıxış yolunun olmadığı və Ermənistanın işində olduğu acı reallığı daha yaxından dərk etdiyi bildirilir.
Ermənistanda xalqa hakimiyyət dəyişikliyindən sonra “iqtisadi inqilab” vədi verən Nikol Paşinyan hökumətini biabır edən rəqəmlər ötən həftə ictimaiyyətə açıqlanıb. Respublikanın Milli Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb.
İdxal isə 3,3 faiz azalıb. Bununla da, ticarət dövriyyəsində ixrac və idxal arasındakı fərq daha da artıb. Yanvarın sonuna olan məlumata əsasən, Ermənistandan ixracın həcmi 145,4 milyon, idxal isə 317,3 milyon dollar təşkil edib.
Xatırladaq ki, Ermənistanın yeni hökumət proqramı “iqtisadi inqilabın startı” adlandırılır. Proqramda Ermənistanda illik ÜDM-in ən azı 5 faiz artımının təmin ediləcəyi göstərilir. Lakin hazırkı blokada şəraitində “iqtisadi inqilab”ın həyata keçirilməsi mümkünsüz hesab edilir.
İşğalçılıq siyasəti səbəbindən Ermənistan iqtisadiyyatının çökdüyü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də dilə gətirilib. Prezident İlham Əliyev 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, məhz işğalçılıq siyasətinə görə Ermənistan Azərbaycan tərəfdən bütün regional layihələrdən təcrid edilib.
“Keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”, - deyə Azərbaycan Prezidenti vurğulamışdı.
Ömər Dağlı
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?


























.webp)










