Nida Təhlil
“Turan” Əlikram Hümbətovu niyə təbliğ edir?
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal
edilmədiyini demək, Xocalı soyqırımının olmadığını demək,
ermənilərin azərbaycanlıları deyil, azərbaycanlıların erməniləri
qətlə yetirildiyini demək nədirsə, Əlikram Hümbətovun siyasi
mühacir olduğunu demək də eyni şeydir. Çünki birinci iddia ilə
ikincini birləşdirən körpü məhz Ermənistandır. İşğalçı ölkə
Qarabağın işğal edilmədiyini, Xocalı soyqırımının olmadığını deyir,
ardınca Azərbaycanı dövlət kimi tanımayan, bu ölkəni parçalamağa
and içmiş Hümbətov kimilərin “azadlıq uğrunda döyüşdüyünü” iddia
edir və təkcə iddia etməklə qalmır, bu fəaliyyəti siyasi, iqtisadi
cəhətdən dəstəkləyir.
Bunu anlamaq olar, Ermənistan üçün Azərbaycan düşməndir və tarix
boyu erməni vandalizmindən əziyyət çəkmişik.
Bunu anlamaq olar, erməni elə ermənidir və bu yanaşma Ermənistanın
Azərbaycana qarşı düşmən mövqeyinin təzahürüdür.
Bəs, bir azərbaycanlı ermənilərin “siyasi mühacir” yarlığı ilə
Azərbaycana qarşı işğalçı planlarında istifadə etdiyi Əlikram
Hümbətovu “Hollandiyada yaşayan “siyasi mühacir” olaraq təqdim
etməsini necə anlayaq? Doğrudanmı, bu ölkədə siyasi hakimiyyətə
müxalif olmaq, iqtidara qarşı informasiya müharibəsi elan etmək
“erməni jarqonu” ilə danışmağa, Ermənistanın işğalçı siyasətində
yer alan Hümbətov kimiləri təbliğ etməyə və nəhayət, milli
maraqları əlinin tərsi ilə kənara çəkməyə haqq qazandırır?
Hakimiyyət uğrunda mübarizədə doğrudanmı hər şey mübahdır?
“Niderlandda yaşayan azərbaycanlı siyasi mühacir Əlikram
Hümbətov…”.
“Turan” informasiya agentliyi separatçı xain Əlikram Hümbətovun
digər satqın Fəxrəddin Abbaszadənin həbsi ilə bağlı Ermənistanın
“Lragir” saytında yayımlanan bəyanatını bu sətirlərlə başlayaraq,
yayıb. Agentlik bəyanata kiçik ştrixlərlə şərhlər versə də, əsas
hissə, Azərbaycan dövlətinin F.Abbasovu Rusiya təcridxanasından
oğurladığı iddiasını saxlayır və Əlikram Hümbətovun belə
düşündüyünü qeyd edir.
Bu, Əlikram Hümbətovun təbliğatı deyilmi?! Axı, Hümbətovun heç bir
bəyanatını Azərbaycan mediası tirajlamır, buna görə də o və özü
kimi satqınlar Azərbaycan əleyhinə fikirlərini Ermənistan mediası
üzərindən yayırlar. Sonuncu bəyanat da məhz Ermənistan mediasında
yayımlanıb. Maraqlıdır, bəs, “Turan” bu bəyanatı niyə tirajlayır və
bununla Əlikram Hümbətovun “siyasi mühacir” olduğunu təbliğ
edir?
“Turan” doğrudanmı təbliğatını apardığı bu xainin kim olduğunu
bilmir?
2004-cü ildə Hollandiyaya köçən Əlikram Hümbətov Azərbaycana qarşı
separat fəaliyyətlə məşğuldur. Erməni xüsusi xidmət orqanları ilə
aktiv əməkdaşlıq edən Hümbətov İrəvana mütəmadi səfərlər edir, o
cümlədən, işğal altındakı Dağlıq Qarabağa da gedərək Azərbaycana
qarşı çağırışlar edir. Hümbətov Şuşada ermənilərin qurduğu separat
radionun əsas təşəbbüskarıdır. Oğlu Tural Hümbətov və gəlini İrəvan
dövlət universitetində təhsil alıb. Bu gün də Azərbaycana qarşı
Ermənistanla açıq şəkildə əməkdaşlıq edir.
“Turan” agentliyi isə bütün bunları bilə-bilə Hümbətovun
təbliğatını aparır, onu “siyasi mühacir” olaraq təqdim edir.
Əslində bütün sirr məhz “siyasi mühacir” ifadəsinin altında
gizlənib.
Və proseslərin analizi Azərbaycana qarşı “Turan”-“Soros”-erməni
üçbucağının elementlərini açıq şəkildə göstərir.
1. “Turan” agentliyinin rəhbəri Mehman Əliyev Soros fondu ilə sıx
əlaqələrə malikdir. Vaxtilə Açıq Cəmiyyət İnstitutunun Bakı ofisinə
rəhbərlik edən Əliyev bu əlaqələrini indi də davam etdirir.
2. Azərbaycana qarşı bütün kampaniyaların arxasında “Soros”
fondunun başı görünür. Bu fondun rəhbəri Corc Sorosun erməni
lobbisi ilə əlaqələri, daha doğrusu, Azərbaycanla bağlı ermənilərin
bütün fəaliyyətini koordinasiya edən şəxs olması da sirr deyil.
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Sorosun rəhbərliyi
ilə Azərbaycanla bağlı aparılan pərdəarxası oyunların ortaya
çıxmasından uzun zaman keçməyib. (https://asifnerimanli.wordpress.com/2019/01/12/konyak-diplomatiyasi-erm%C9%99nil%C9%99rin-bakiya-qarsi-sui-q%C9%99sd-planinda-kiml%C9%99r-yer-alir/).
3. Azərbaycana qarşı Avropa kulislərində pusqular quran erməni
diasporu/lobbisi – erməni xüsusi xidmət orqanları son dövrlər
“Köhnə Qitə”yə üz tutan azərbaycanlıların ələ alınması prosesini
həyata keçirir və bu prosesdə əsas aparıcı fiqur Əlikram
Hümbətovdur.
Bu üç bucağın “Turan”ın Hümbətovu “siyasi mühacir” olaraq təqdim
etməsi ilə nə əlaqəsi ola bilər?
Haqlı sualdır, çünki “şeytanın detallarda gizləndiyini” çox vaxt
dərk etmək çətin olur.
Azərbaycanı parçalamaq planlarını həyata keçirmək üçün Hümbətov
kimilərin üzərindən separatçılığı dəstəkləyən ermənilər bunun heç
bir dayağa malik olmadığını anlayır və buna paralel olaraq B
planını işə salırlar. 2010-cu ildə start verilən bu plana görə,
separatizm Azərbaycana “demokratiya” üzərindən yeridilməlidir. Məhz
həmin tarixdə erməni xüsusi xidmət orqanlarının təlimatı ilə
Əlikram Hümbətov CODA (Committee Outlines of Democracy in
Azerbaijan) – “Azərbaycanda Demokratiya Komitəsi” adlı təşkilat
yaradır, bu təşkilatın rəhbərliyinə İrəvanda təhsil almış oğlu
Tural Hümbətovu gətirir. Təşkilatın əsas kampaniyaları
“Azərbaycanda demokratiyanın müdafiəsi” adı altındadır.
Bütün fəaliyyəti separatizm olan biri niyə birdən-birə
“demokratiya”, “insan haqlarının müdafiəsi” profilinə keçir? Bu
sualın cavabı məhz separatizmi Azərbaycana “demokratiya” adı
altında gətirməkdə gizlənib. Bu, gələcək plandır və son hədəfi
Azərbaycanı parçalamaqdır. Lakin son hədəfə gedən yolda əsas məsələ
məhz Əlikram Hümbətovun “siyasi mühacir” statusu almasıdır.
Bu statusun arxasında iki məqsəd var: birincisi, beynəlxalq
təşkilatlar Ə.Hümbətovu separatçı yox, “demokratiya uğrunda qurban”
kimi tanımalı; ikincisi, Avropada “siyasi mühacir” olaraq yaşayan
azərbaycanlılar Hümbətovu “lider” olaraq qəbul etməli və onun
ətrafında birləşməli;
Erməni diasporu/lobbisi anlayır ki, Avropada “siyasi mühacir” adı
altında yaşayanlara Hümbətovu “siyasi lider” kimi qəbul etdirməyin
yolu onlara təsir edəcək şəxslər və ya təşkilatların bu addımı
atmasıdır.
Və burada “İstənilən hər şeyi leqallaşdırmaq mümkündür” prinsipini
müdafiə edən “Overton pəncərəsi”nin “Məqbul” adlanan üçüncü
pəncərəsi yada düşür. Yəni kütlənin üzərində nüfuzu və təsiri olan
şəxslər, yaxud təşkilatların sərgilədiyi mövqe ona inanan
insanların mövqeyinin formalaşmasında rol oynayır.
Bu kontekstdə erməniləri dəstəkləyən “Soros” fondu ilə yaxın
əlaqələrə malik olan “Turan” agentliyinin ermənilərin Əlikram
Hümbətova verdikləri “siyasi mühacir” statusunu legitimləşdirməsi
nə qədər təsadüfdür? Məhz “Soros”la əlaqəsi olan bir media
orqanında Hümbətovun “siyasi mühacir” olaraq təqdim edilməsi və bu
ifadəni xəbərin ilki cümləsində yayımlaması prosesin əslində
düşünülmüş olduğu ehtimalını önə çıxarmırmı?
Prosesi bir qədər də aydınlaşdırmaq üçün bir nümunəyə baxmaq olar:
“Turan” agentliyi Əlikram Hümbətovu “siyasi mühacir” olaraq təqdim
edirsə, Avropadakı azərbaycanlıların hamısı olmasa da, müəyyən
qismi bu fikri yaxına buraxmağa başlayır və ermənilərin irəli
sürdüyü “Hümbətovun satqın və separatçı olduğu fikri əslində
Azərbaycan hakimiyyətinin təbliğatıdır” tezisini qəbul edirlər. Və
beləliklə, Avropadakı azərbaycanlıların Hümbətovun ətrafında
toplaşması tədricən başlayır. Bu, Azərbaycanı parçalamağa
hesablanan separatizmin “demokratiya” adı altında gətirilməsi
planının ilk mərhələsidir və görünür, artıq prosesə start
verilib.
Və unutmamalıyıq, “Şeytan detallarda gizlənib”, artıq hər kəs bunu
anlamalıdır!
Publika.az
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO