Nida Təhlil
Əfqanıstan Prezidenti: Forum dünya siyasətinə yeni elementlər gətirəcək
Müəyyən tədbirlər görməliyik, yeni dünya quruluşu yaratmalıyıq. Eyni zamanda, bizim əsas ölkələrin baxışları yeni dünyanın əsasını təşkil etməlidir. Bilavasitə mənim qarşımda duran vəzifələrdən biri məhz budur.
Publika.az xəbər verir ki,bu fikirləri Əfqanıstan Prezidenti Əşrəf Qani VII Qlobal Bakı Forumunun açılışındakı nitqində söyləyib.
"Biz Əl-Qaidənin və sovetlərin Əfqanıstana hücumundan sonra bu cür dekonstruktiv güclərin qarşısının alınması istiqamətində yeni bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə transmilli terrorçu qruplara qarşı müəyyən mühafizə tədbirləri görürük. Beləliklə, biz Əfqanıstanı məhz bu yolla dünyanın ən əmin-aman ölkəsinə çevirmək istəyirik. Biz bu sahədə bütün dünya ölkələri ilə əməkdaşlıq etməyə hazırıq. Beləliklə, biz dünya iqtisadiyyatına müstəqil şəkildə töhfə vermək istərdik. Düşünürük ki, biz xüsusilə yeni yanaşma yolu ilə qarşımızda duran əsas vəzifələrin azı 70 faizini yerinə yetirəcəyik. Beləliklə də bu müharibə və yoxsulluğun qarşısının alınması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Düşünürəm ki, bu Forum dünya siyasətinə yeni elementlər gətirəcək və beynəlxalq əməkdaşlığı gücləndirəcək. Əlamətdar haldır ki, bu Qlobal Forumun mövzusu mücərrəd deyil, bu, dünyanın gələcəyinin konturlarını cızacaq.
Mən bu kürsüdən möhtərəm cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istərdim. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Təşəkkür edirəm", - Əfqanıstan Prezidenti deyib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


