Nida Təhlil
BAXCP-dən Emin Millinin çağırışına dəstək
BAXCP İdarə Heyəti Meydan TV-nin keçmiş rəhbəri Emin Millinin “həyatının müxtəlif anlarında nifrət ifadə etdiyinə görə” üzr istəməsini təqdir etdiyini bildirib və eyni üslubu sərgiləyən digərlərini Emin Millidən nümunə götürməyə çağırıb.
BAXCP İdarə Heyətinin Publika.az-a daxil olan açıqlamasında qeyd olunur ki, cəmiyyəti inkişafa aparan yol nifrətdən, aqressiyadan deyil, sağlam tənqiddən və təhlildən, diskussiya və dialoq mədəniyyətindən, qarşılıqlı hörmətdən keçir: “Hesab edirik ki, hazırda cəmiyyətin diqqəti ölkəmizdə həyata keçirilən islahatların dərinləşməsi prosesinin fəal müdafiə olunmasına və Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yönəldilməlidir”.
BAXCP İdarə Heyəti, həmçinin Emin Millinin “Nifrətə qalib gələk!” çağırışına dəstək verdiyini bəyan edib.
İdarə Heyətinin müzakirə etdiyi digər məsələ orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin gücləndirilməsi ilə bağlı olub. Partiya hesab edir ki, Azərbaycanda xarici dillərin, xüsusilə də ingilis dilinin tədrisi ilə bağlı Dövlət Proqramı qəbul edilməlidir: “Proqramda ən son elmi-texniki nailiyyətlər və kəşflərlə dərhal, tərcüməsiz tanış olmaq imkanı verən xarici dillərə xüsusi diqqət ayrılmalıdır”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

