Nida Təhlil
"Bizi gözü götürməyənlərə layiqli cavab verdik" - Aqil Abbas
.jpg?v1758336013)
“Azərbaycan demokratik, sivil ölkə olduğunu bir daha sübut etdi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
UEFA Avropa Liqası final matçının Bakı Olimpiya Stadionunda təşkil olunmasından danışan millət vəkili bildirib ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gəlib:
“Çox gözəl və yüksək səviyyədə açılış mərasimi keçirildi. Oyunun birinci hissəsi mənasız idi. Amma ikinci hissə maraqlı oldu. Mən Məsud Özilə görə “Arsenal”a azarkeşlik edirdim. Ancaq uduzdular. Hansı komandada türk oyunçu varsa, mən o komandaya azarkeşlik edirəm. Lakin bu uduzmaqları da “Arsenal”ın rəhbərliyinə, mxitaryanlara bir cavab oldu. Şər, böhtan atanlara bir cavab oldu. Ümumilikdə, çox gözəl oyun keçdi. Yarışın hazırlığı yaxşı idi. UEFA razı qaldı. 204 ölkədə göstərilirdi o matç. 204 ölkədə Azərbaycanın reklamı getdi. Bizi gözü götürməyənlər və bizə yuxarıdan aşağı baxanlar, düşmənlərimizə layiqli bir cavab verdik. Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə qorunması, ictimai asayiş, insanlarımızın xaricilərə münasibəti - hər şey yüksək səviyyədə idi. Daxili işlər orqanlarımız, polislərimiz yüksək səviyyədə işlədi. Bu, Azərbaycanda birinci belə hadisə deyildi ki. Azərbaycanda tez-tez belə dünyəvi tədbirlər keçirilir”.
Millət vəkili “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın təhlükəsizlik məsələlərini bəhanə edərək Bakıya səfər etməməsinə də toxundu:
“Kim Mxitaryana “gəlmə” demişdi? Xarici İşlər Nazirliyi bəyanatını vermişdi. AFFA mövqeyini açıqlamışdı. Deyəsən, bu sözü nazir Azad Rəhimov dedi: "Dalınca təyyarə göndərəcəkdik? Yanında da iki dənə qırıcı?" Gəlirsən gəl, gəlmirsən, cəhənnəmə gəlmə. Bu, hamısı bir şou idi. Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istədilər. “Arsenal” azarkeşləri arxalarına Mxitaryan yazıb şəhərdə gəzirdilər. Kim nə dedi onlara? Hətta bu da bir qıcıq yaratmaq cəhdləri idi”.
Qeyd edək ki UEFA Avropa Liqasının final matçında “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə kubolun sahibi olub.
Zümrüd

-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO