Nida Təhlil
Varşava bilir ki, Ermənistan...- Dudanın Bakı səfərinin HƏDƏFLƏRİ
Polşa prezidenti Andjey Dudanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətindən xəbər verir. Bu Andej Dudanın Azərbaycana ilk rəsmi səfəri idi. Dudadan əvvəlki prezidentlər də Azərbaycanda olublar, eləcə də İlham Əliyev iki il əvvəl Polşada rəsmi səfərdə olub. O zaman iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalandı ki, həmin sənəddə əlaqələrin mahiyyəti vurğulanıb.
Publika.az xəbər verir ki, bu haqda "Atlas" Araşdırmalar Mərkəzinin Polşa prezidenti Andjey Dudanın Azərbaycana səfəri ilə bağlı materialında deyilir.
"Polşa prezidenti İlham Əliyevlə görüşdən başqa biznes konfransda iştirak etdi və polşalı memarların Bakıda xatirəsinə həsr edilən lövhələrin açılış mərasimində iştirak etdi. İki ölkə arasındakı əməkdaşlığın keçmişə dayanan müsbət tarixi var. Bakının ötən əsrin əvvəllərində inkişafında və müasir görkəm almasında polşalı memarların, mühəndislərin böyük rolu olub.
Polşa Avropa ölkələri içərisində Azərbaycana önəm verən əsas ölkələrdəndir. Azərbaycanın da üzv olduğu Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramı ideyası da vaxtilə Polşa tərəfindən irəli sürülüb. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi böyük deyil. Ona görə də hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd istisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq, ortaq layihələri hərəkətə gətirməkdir. Polşada fəaliyyət göstərən Azərbaycan ticarət evinin də fəaliyyətini genişləndirməsinə ehtiyac var", - materialda qeyd edilib.
Bildirilir ki, Polşa Azərbaycanın iştirakçısı olan regional layihələrə, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir:
"Energetika sahəsində də əməkdaşlığın inkişafı perspektivləri mövcuddur. Məsələn Polşa prezidenti təklif etdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olsun. Və ya Polşa prezidenti Varşavanın Azərbaycanın “bir kəmər, bir yol” layihəsindəki iştirakından faydalanmaq istədiyini bildirdi. Polşa Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanmasında və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdır. Hər ikisinin müsbət həlli Azərbaycanla Polşa arasındakı strateji münasibətləri üst səviyyəyə qaldıracaq".
"Atlas" Araşdırmalar Mərkəzi Polşanın birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib:
"Əlbəttə, Polşanın Ermənistanla da münasibətləri mövcuddur. Ancaq Varşava Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir. Varşava da bilir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyadan asılıdır. Varşavanın isə Rusiyanın nəzarətində olan ölkələrə münasibəti birmənalı deyil. Polşa Avropa ölkələri içərisində Rusiyanın əsas tənqidçilərindəndir".
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































