Nida Təhlil
Dünya böyük fəlakətlə ÜZ-ÜZƏ: ABŞ və Rusiyanın dəhşətli GİZLİ ƏMƏLİYYATLARI
ABŞ prezidenti Donald Trampın ölümü, Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə görüşməsi, Rusiyaya aid sualtı gəminin partlaması və radiyasiya yayması, ABŞ-ın İrana hücum etməsi kimi dünya gündəmini aylardır məşğul edən hadisələrlə bağlı eyni gündə iddiaların yayılması Yer kürəsinin 3-cü böyük müharibəyə hazırlaşması kimi dəyərləndirilir.
Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, hazırda dünyada hegemonluq edən ən güclü qüvvə kibermüharibələrdir:
“Kibermüharibə vasitəsilə hökumətlər bir-birinə, digər xalqlara təzyiq göstərir. Dünyəvi proseslərə təsir edirlər. Kibermüharibələr ölkə daxilindəki bir sıra dairələrin maraqlarına xidmət edir. Belə mübarizə üsulu indi adi hal alıb. Xatırlayın, 2016-cı il ABŞ prezident seçkilərində Rusiya sırf kibertəzyiqlə Hillari Klintonu sıxışdırdı və Donald Trampın namizədlik mövqeyini gücləndirdi”.
F.Sadıqov bildirib ki, bütün bunlara baxmayaraq, Rusiya ilə ABŞ-ın münasibətləri gərgin olaraq qalır: “Doğrudur, G20 Osaka sammitində təkbətək müzakirələr apardılar. Lakin bu, heç də o demək deyildi ki, gərginliyin azalmasına gətirib çıxaracaq. Rusiya hələ də sanksiyalar altındadır. ABŞ supergücdür. Onu başa düşmək lazımdır. Rusiya nə qədər qarşılıqlı sanksiyalar tətbiq etsə belə, o demək deyil ki, ABŞ-la eyni gücə malikdir. Rusiya iqtisadiyyatı olduqca zəifdir. Bu iki ölkəni müqayisə etmək olduqca çətindir. O ki, qaldı son proseslərə, Rusiyanın sualtı gəmisində baş verən faciənin səbəbi hələ də gizli olaraq saxlanılır. Orada baş verənlər haqqında icitmaiyyətdə dolğun informasiya yoxdur. Çox güman ki, müəyyən gizli əməliyyatlar aparılır. Güman ki, burada ABŞ-ın maraqları da mövcuddur. Hamısını yaxın gələcəkdə aydınlığı ilə görəcəyik. Lakin hər iki tərəf prosesləri gizli saxlamaqda qətiyyətlidir. O da həqiqətdir ki, belə proseslər çox nadir hallarda olur. Lakin burada hərbi aspektin daha da qabarıq şəkildə nümayiş olunması real fakt kimi qəbul edilir”.
Politoloq İranın kəşfiyyat orqanının rəhbəri Ələvinin “Xamenei icazə versə, ABŞ-İran diplomatik müzakirələri başlaya bilər” sözlərinə də aydınlıq gətirib: “Əlbəttə, Xamenei İranın dini rəhbəridir və bir sıra funksiyaların həyata keçirilməsi ondan asılıdır. Onu da qeyd edək ki, güc strukturları birbaşa Xameneidən asılıdır. Bu reallıqdır. İranın dövlət strukturu belə təşkil olunub ki, dini xadimlər güc funksiyalarını öz nəzarətləri altında saxlayırlar. Təcrübə göstərir ki, ABŞ nə qədər qorxutsa da, təhlükə yaratmağa çalışsa da, gec-tez diplomatik danışıqlar işə düşür və məsələ həllini tapır. Gözümüzün önündə Şimali Koreya təcrübəsi var. Mən istisna etmirəm ki, ABŞ-İran gərginliyində də diplomatik danışıqlara müraciət olunacaq. Əsas məsələ İranın nüvə proqramıdır. İran da bu proqramda bir sıra düzəlişlər edə bilər. Çünki ABŞ-la buynuz-buynuza dayanmaq İranın maraqlarına cavab vermir”.
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi