Nida Təhlil
Fransanın Azərbaycanla bağlı YENİ HƏRBİ PLANI - Milyardlarla dollar...
“Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir”.
Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu qeyd edib.
Politoloq Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Merin Bakıda prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və maliyyə naziri Samir Şərifovla görüşünü vurğulayaraq bildirib ki, Fransa ilə Azərbaycan arasında siyasi təmaslar üst səviyyədədir, iqtisadi əlaqələr və ticarət həcmi də artır: “Rəqəmlər Azərbaycanın Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini göstərir. Fransalı nazirin sözlərinə görə, Azərbaycan Fransa üçün həmişə mühüm iqtisadi tərəfdar olub və Paris buna daim böyük önəm verib. “Biz həmçinin energetik sferada, bərpa olunan enerji qaynaqları və müdafiə sənayesi sahələri üzrə ikitərəfli əməkdaşlıqda maraqlıyıq” - deyən nazir Fransanın Azərbaycanla iqtisadi və maliyyə sahələri üzrə əməkdaşlığı yeni mərhələyə keçirmək istədiklərini bildirib. Əlbəttə, bu deyilənlər vacibdir. Ancaq Fransanın iqtisadiyyat və maliyyə nazirinin Bakıda işlətdiyi ən önəmli cümlə budur: “Paris Bakı ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqda maraqlıdır”.

E.Şahinoğlu vurğulayıb ki, Fransada güclü erməni lobbisinin olmasına baxmayaraq, rəsmi Paris Azərbaycanla hərbi əməkdaşlıq başlamaq barədə qərar verib: “Rəsmi Bakı bu qərarın verilməsini çoxdan gözləyir. Azərbaycan Fransadan həm hərbi texnika almaqda, həm də Fransa ilə birgə hərbi texnikanın istehsalında maraqlıdır. Təsadüfi deyil ki, keçən ilin sentyabrında Bakıda keçirilmiş “ADEX-2018" beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunmuşdu. Həmin iki şirkət Azərbaycanla müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyə maraq göstərirdi. Bunun davamı olaraq bu ilin iyununda Parisdə keçirilən “Paris Air Show-2019" sərgisində Azərbaycan da təmsil olunmuşdu. Bu sərgi çərçivəsində də hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. Beləliklə, Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir. Azərbaycan bu əməkdaşlığa milyardlarla dollar maliyyə ayırmağa hazırdır. Azərbaycan bu il Rusiyadan hərbi texnika almayıb. Azərbaycan yeni və modern hərbi texnikanı Fransa və digər bu kimi ölkələrdən almaq istəyir.
Əlbəttə, Fransa Azərbaycana hərbi texnika satarsa və birgə hərbi istehsala başlayarsa, rəsmi İrəvan və Fransadakı erməni lobbisi buna etiraz edəcək, müxtəlif petisiyalar hazırlanacaq. Ancaq rəsmi Paris əgər Azərbaycanla hərbi əməkdaşlığa qərar veribsə və bunun üçün nazirini Bakıya göndəribsə deməli əvvəlcədən neqativ reaksiyaların olacağını və bunlara veriləcək cavabları da müəyyənləşdirib”.
Zümrüd
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm












.jpg)
.jpg)





.jpg)













.png)




