Nida Təhlil
Milli Məclisin buraxılması: islahatların son halqası tamamlanır
Bu gün Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət olundu və beləliklə, ölkədə həyata keçirilən köklü islahatların sonuncu halqası tamamlanır.
Noyabrın 28-də YAP Siyasi Şurası qanunverici orqandakı deputatlarını geri çağırıb və parlamentin buraxılması təşəbbüsü ilə çıxış edib. Milli Məclisin bu gün keçirilən iclasında hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciəti müzakirə edilib.
Milli Məclisin spikeri bildirib ki, Nazirlər Kabinetində və digər orqanlarda aparılan kadr və struktur islahatları parlamentin də bu tələblərə uyğun olaraq yenilənməsi zərurətini yaradır.
“Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması ilə bağlı prezidentə müraciət etmək üçün iclasın çağrılmasını xahiş ediblər. Bu gün bu məsələni müzakirə edəcəyik. Konstitusiya buna imkan verir”, - spiker bildirib.
O qeyd edib ki, parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb. Redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuq komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir.
Redaksiya heyəti olan vitse-spiker Bahar Muradova bildirib ki, YAP üzvü olan, bitərəf və digər müxalifət partiyalarını təmsil edən deputatlar parlamentin buraxılması təşəbbüsünü dəstəkləyib. Azərbaycan Respublikasının Konstitusiyanın 98-ci maddəsi rəhbər tutularaq, Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət edilib.
Milli Məclisin buraxılması ilə bağlı hazırlanan qərar layihəsində ölkədə aparılan kadr və struktur islahatlara parlamentin də uyğunlaşdırılmasını ehtiva edir. İslahatların parlamenti də əhatə etməsi qərarda xüsusi olaraq yer alıb.
Sabah Milli Məclisin bu tərkibdə sonuncu plenar iclası gözlənilir.
Və beləliklə, qanunverici orqan da islahatlar dalğasına qoşuldu.
2018-ci il prezident seçkilərində mütləq səs çoxluğu ilə yenidən Prezident seçilən İlham Əliyev Azəbaycanda inqilabi islahatlara start verdi. İslahatlar iki istiqamamətdə həyata keçirilir: struktur-kadr islahatları və məhkəmə-hüquq sisteminin yenilənməsi.
Büdcənin yükünün azaldılası və yeni gəlirlərin sosial sahəyə yönləndirilməsi istiqamətində ciddi addımlar atıldı: sosial müavinətlər, minimum əmək pensiyaları və əmək haqları 80 faizə qədər artırıldı.
Sosial sahədə həyata keçirilən islahatlar ümumilikdə 4 milyon 200 mindən çox vətəndaşa şamil olundu. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu gün əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Buna paralel olaraq, kadr islahatları aparılır. Uzun illər dövlətə bu və ya digər sahələrdə xidmət etmiş məmurları daha gənc və perspektivli kadrların əvəzlənməsi prosesi gedir.
Köklü islahatların digər istiqaməti məhkəmə-hüquq sistemini əhatə edir. Bu ilin 3 aprel tarixində dövlət başçısı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda Fərman imzaladı.
İslahat prosesinin Milli Məclisi də əhatə etməsinin ciddi səbəbləri var:
1. Köklü islahatların aparıldığı vaxt qanunverici orqanın kənarda qalması prosesin ləngiməsinə səbəb olan başlıca amildir. Məhz buna görə, gələn il keçiriləcək növbəti seçkiləri gözləmək doğru olmazdı;
2. Məhkəmə hakimiyyətini icra və qanunverici hakimiyyət birgə formalaşdırır. İcra hakimiyyəti yeniləndiyi təqdirdə, qanunverici orqanın prosesdən kənarda qalması məhkəmə-hüquq sistemindəki islahatların kosmetik xarakter daşımasına səbəb olacaqdı;
3. Cəmiyyətin ciddi tələbi unudulmamalıdır. Bəzi deputatların açıqlamaları, bəzilərinin mandatına adekvat davranmaması, bəzilərinin ümumiyyətlə gözə dəyməməsi və s. amillər qanunverici orqanın ictimai düşüncədəki legitimliyini alt-üst etmişdi.
Bu siyahını uzatmaq da olar, lakin nəticə etibarilə, parlament buraxılır və sabah mövcud tərkibdə sonuncu iclas keçiriləcək.
“Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərar layihəsində də qeyd olunur: “Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Eyni zamanda, bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur”.
Bununla Azərbaycanda sosial rifahının daha da yaxşılaşması, dövlət idarəçiliyinin təkmilləşməsi, cəmiyyətin inkişafına adekvat yeni və daha işlək qanunvericiliyin hazırlanması üçün islahatların sonuncu halqası tamamlanır.
Asif Nərimanlı
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı