Nida Təhlil
Baqramyan 500 min sovet əsgərini necə məhv etdi - ŞOK
Müasir Ermənistan nasistlərlə əlbir olmuş Njde və Dro ilə yanaşı, sovet əsgəri İvan Baqramyanın da ünvanına alqış yağdırır. Sovet tarixşünasları Baqramyanın bioqrafiyasının bir sıra xoş olmayan faktlarını gizlədib.
Publika.az Kult.az-a istinadən xəbər verir ki, Orlovsk Dövlət Universitetinin 2011-ci ildə dərc edilən “Marşal İ.X.Baqramyanın karyerasının saxtalıqları” adlı araşdırmasında onun bioqrafiyasının bir çox detalları nəzərdən keçirilir. Orada Rusiya imperiyasının süqutundan sonra daşnak ordusunda xidmət göstərən Baqramyanın bolşeviklərin Ermənistanı sovet respublikası elan etdiyi 1920-ci ilin noyabrında deyil, daşnak hökumətinin hakimiyyətdən imtina etdiyi 2020-ci ilin dekabr ayında Qızıl ordunun sıralarına qoşulduğu vurğulanır. O, sovetlərə təslim olmağa məcbur idi, çünki əsgərlər belə bolşeviklərin tərəfinə keçmişdi.
“1930-cu illərdə Baqramyanın öldürülməməsinin səbəbi İ.V.Stalinin onu təhlükəli hesab etməməsi ilə əlaqədar idi. Həqiqətən də Baqramyan ideoloq deyil, icraçı olub. O, daim çoxluğa tabe olub və gözə çarpan bir fiqur olmadığına və iki ali hərbi təhsil aldığına görə sağ qala bilib. Stalin Baqramyan haqda hər şeyi bilirdi və onu “qarmaqdan” asılı vəziyyətdə saxlayırdı”, - deyə araşdırmanın müəllifi Lazarev yazır.
1938-ci ildə Baqramyan ordudan qovulub, bir il sonra isə o, tədris proqramına bərpa olunub.
Yazıçı V.T.Şükin Baqramyanın işdən çıxarılan digər bir komandirlə birlikdə Qızıl meydanda K.E.Voroşilovla görüşərək, bəraət almağa çalışmaları haqqında yazıb.
Məqalədən aydın olur ki, Böyük Vətən müharibəsinin ilk aylarında Qızıl ordunun düçar olduğu fəlakətə görə Baqramyanın üzərinə böyük pay düşür. Şimal-qərb cəbhəsinin qərargah rəisinin müavini kimi Baqramyan düşmən ordusunun sovet sərhədlərinə çoxlu sayda qüvvə cəlb etməsi barədə məlumatlı idi. Ancaq o, 1941-ci il iyunun 22-ə keçən gecə ordunun tam şəkildə döyüş vəziyyətinə gətirilməsi barədə xəbərdarlıq etməyib. Beləliklə, 500 mindən çox Qızıl ordu döyüşçüsu və komandiri əsir düşüb, müharibənin ilk 15 günü ərzində Qırmızı orduya aid 5826 tankdan 4381-i itirilib. Mühasirədən çıxmağa çalışarkən general-polkovnik Kirponos, general-mayor Tupikov və s. həlak olub.
Qeyd edək ki, müharibənin gedişatında Baqramyan digər “dahi” strateq Nikita Xruşşovla tanış olub və bu ikili Kiyev və Xarkov uğrunda döyüşlər zamanı Qırmızı ordunun ağır məğlubiyyətini “bölüşüblər”.
Yeri gəlmişkən, 1942-ci ildə Xarkov əməliyyatı zamanı Baqramyan Cənub-qərb cəbhəsinin qərargah rəisi, Nikita Xruşşov isə Hərbi Şuranın üzvü idi. Məhz Xruşşovun “dahi” qərarları sayəsində vermaxt Volqa və Qafqaza hücum planını inkişaf etdirərək Rostov Donunu işğal etmiş, 170 min sovet əsgəri ölmüş, 240 mindən çox insan əsir düşmüş, 80 min nəfər yaralanmış, 5 mindən çox silah və minaatan, 800-ə yaxın tank məhv olmuşdu. Beləliklə, almanlar yenidən Moskva və Qafqaza yol açmışdı.
1942-ci ilin 26 iyununda isə Stalin Cənub-Qərb cəbhəsinin hərbi şurasına məktub yollayaraq, Baqramyanı səriştəsizlikdə günahlandırıb və Cənub-qərb cəbhənin qərargah rəisi vəzifəsindən azad edib.
“Üç həftə ərzində Cənub-qərb cəbhəsi Xarkov əməliyyatında məğlub olmaqla yanaşı, düşmənə 18-20 diviziyanı təslim etdi. Bütün baş verənlərdən sonra Baqramyan dərs çıxara bilərdi, amma mən onda bu istəyi görmədim”, - deyə sənəddə qeyd olunur.
Sonradan Baqramyan xatirələrində taleyin hökmünü və güllələnəcəyini gözlədiyini deyib. Ancaq onu güllələnməkdən Jukov xilas edib. Jukova ona borclu olan və əmrlərini yerinə yetirən Baqramyan kimi birisi lazım idi.
Ümumiyyətlə, Stalin Baqramyana qarşı xoş münasibət bəsləməyib. Deyilənlərə görə, müharibə zamanı Baqramyanın başçılığı ilə ordu Baltiklərə çatıb. Bu hadisəni pafoslu şəkildə təqdim etmək üçün erməni general Baltik dənizinin suyunu butulkaya dolduraraq adyutanta onu Stalinə çatdırmağı tapşırıb. Lakin butulka Stalinə çatdırılana qədər almanlar əks-hücum təşkil edərək Baqramyanı Baltikyanı sahildən çıxarmağa nail olub. Adyutant Moskvaya gəlib çıxana qədər Moskva bundan xəbərdar olub, adyuntantın özü isə təyyarədə radio olmadığına görə məlumatsız olub.
Stalin ona təqdim edilən butulkaya baxdıqdan sonra onu adyutanta qaytararaq “Bunu Baqramyana geri apar, qoy hardan götürübsə, ora da boşaltısn”, - deyə göstəriş verir.
Müharibənin sonunu Baqramyan ordu generalı vəzifəsində qarşılayıb. Şahidlərin xatirələrinə görə, 1945-ci ildə Kremldə Qələbə münasibətilə təşkil edilən qəbul zamanı Stalin Baqramyanla Yeremenkoya yaxınlaşaraq, “Hamı marşaldır. Və yalnız iki nəfər - Baqramyan və Yeremenko ordu generalıdır”, - deyə sağlıq deyib.
Stalin Baqramyanı “ikinci dərəcəli” hərbi xadim sayırdı və buna görə də Baqramyan Kommunist Partiyasının Mərkəzi Komitəsinə daxil edilmədi, “Qələbə” ordeninə və marşal rütbəsinə layiq görülmədi.
Lakin Kremlin yeni sahibinin gəlişi Baqramyanın karyerasının yüksəlişinə səbəb oldu. Kommunist Partiyasının XX qurultayından sonra İvan Xristoforoviç Baqramyan SSRİ Müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin arxa cəbhəsinin rəisi təyin edildi, Sovet İttifaqının marşalı rütbəsinə layiq görüldü, 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin tərkibinə daxil edildi.
Yuxarılardakı sadalanan mövqelərini saxlamaq üçün Baqramyan hər cür vasitəyə əl atıb.
1957-ci ildə İvan Xristoforoviç Jukova qarşı kampaniyanın fəal iştirakçısı olub. O, 1924-cü ildə fədakarlıq andını içdiyi marşalın müdafiə naziri vəzifəsindən devrilməsi üçün Xruşşova yardım göstərib. Xruşşovun devrilməsi zamanı da eyni cür davranaraq təşəkkür əlaməti olaraq Brejnev tərəfindən SSRİ Müdafiə nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru vəzifəsinə təyin olunub, ikinci “Qəhrəman ulduzu”na, üç “Lenin ordeni”nə, “Oktyabr inqilabı” ordeninə, “SSRİ Silahlı qüvvələrində Vətənə xidmət ordeni”nə layiq görülüb, üzərində SSRİ-nin qızıl gerbi həkk olunmuş və adı yazılmış qılıncla təltif edilib və s.
Görünür ki, İvan Xristoforoviç müharibədən əvvəlki 20 ildən artıq xidmət dövrünün mükafatsız olmasının əvəzini bu yolla çıxıb. Nəticədə, o, növbəti “Brejnevin parad generalları”ndan birinə çevrilib və 1982-ci ilin sentyabrına -ölənə qədər vəzifəsini icra edib.
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz