Nida Təhlil
İntensiv üsul məhsuldarlığı artıracaq, ixrac şaxələnəcək - Nicat Nəsirli
"Kənd təsərrüfatında kifayət qədər inkişafa nail olmuşuq, amma konkret olaraq bitkiçilik və digər istiqamətlərdə hektar başına düşən məhsuldarlığın artırılmasına ehtiyac var".
Bu fikirləri Publika.az-a açıqlamasında Prezidentin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə yekun nitqinə münasibət bildirərkən aqrar sahə üzrə ekspert Nicat Nəsirli deyib.
O, kənd təsərrüfatının 2020-ci il üzrə əsas istiqamətlərindən danışıb: "Dövlət başçısının iştirakı ilə keçirilmiş müşavirədə ilk növbədə 2019-cu ildə özəl sektorda həyata keçirilən əsas infrastruktur və yeniliklər haqqında təhlil aparıldı. Bu il üçün əsas istiqamətlər ilk növbədə təbii ki, kənd təsərrüfatında xidmətlər sektorunun müasir tələblər səviyyəsinə uyğunlaşdırılması və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) fəaliyyətə başlamasından ibarətdir. Bu da aqrar sektora şəffaflıq gətirəcək, fermerlərimizin üzləşdiyi bürokratik və izafi əngəlləri kifayət qədər aradan qaldıracaq. Çünki kənd təsərrüfatı idarəetməsi çox ciddi anlayışdır, böyük ərazini əhatə edir. Fermerlər subsidiya alarkən və digər məsələlərdə bəzən saatlarla, günlərlə vaxt itirirlər. EKTİS-in fəaliyyətə başlaması istiqamətində işlərə böyük dəstək verilib. Eyni zamanda, müşavirədə 2020-ci ildə pambıqçılıqda məhsuldarlığın artırılması ilə bağlı konkret vəzifələr müəyyən olundu. Elmi yanaşmaları, elmi-texniki yenilikləri kənd təsərrüfatı sahəsinə gətirməklə taxılçılıq və kənd təsərrüfatının digər sahələrində hektar başına düşən məhsuldarlığın artırılması məsələləri əsas istiqamət kimi götürülüb. Yəni vahid torpaq sahəsinə düşən məhsuldarlığın artırılması ilə bağlı tədbirlər əsas məsələlərdir. Ona görə ki, biz ekstensiv üsulla əkin sahələrini genişləndirə bilmərik. Bunun səbəbi çox böyük torpaq rezervlərimizin olmamasıdır. Bu baxımdan intensiv üsulun seçilməsi məqsədəuyğundur. Yəni torpaq sahələrini genişləndirmədən resursları qorumaq, resursqoruyucu texnologiyalardan istifadə etmək və məhsuldarlığı artırmaq. Bu yolla həm ölkə əhalisinin ərzağa olan tələbatı təmin olunar, həm də ixrac şaxələnər".
Tağı Həsənov
-
Qoroskop00:00Gümüm ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir










.jpg)










.jpg)


.jpg)











