Nida Təhlil
Namizədlərin çoxluğu seçki fəallığından xəbər verir - Hüquqşünas
"Namizədlərin çoxluğunu seçki fəallığının göstəricilərindən biri kimi qiymətləndirmək olar".
Bunu "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Publika.az-a açıqlamasında bildirib.
O bildirib ki, hazırda seçki çox sakit keçir: "Xüsusilə də təşkilati baxımdan yüksək səviyyədə hazırlıq var. İstər seçki siyahıları ilə bağlı, istərsə də məntəqələrin təşkili, zəruri avadanlıqların təmin olunması ilə bağlı məsələni deyə bilərik. Son mərhələdə seçki bülletenlərinin çapı və çatdırılması yekundur. Digər tərəfdən, çox genişmiqyaslı namizədlər var. Yəni, qeydiyyatla bağlı məhkəmə prosesi diqqətimi çəkdi. Ümumən qeydiyyat çox uğurla həyata keçirildi. Eyni zamanda imzaların toplanması prosesində heç bir maneə görmədim. Şəxsi münasibətlərin gərginliyi ola bilər, lakin digər pozuntu hallarının olduğunu düşünmürəm".
Hüquqşünas bəzi namizədlərin geri çəkilməsinin səbəblərini belə izah edib: "Namizədlərin bir hissəsi namizədliyini geri götürür. Bunlar arasında çox məşhur insanlar da var. Müxtəlif yüksək vəzifə tutmuş şəxslər də var. Namizədliyin geri götürülməsinə təsir göstərən amillər sırasında birinci növbədə seçki kampaniyasını deyə bilərik. Bu, çox bahalı kampaniyadır. Hər adamın işi deyil ki, seçki kampaniyasını aparsın. Həmçinin, bu, yüksək təşkilatçılıq və çoxsaylı resurslar tələb edir. İnsanlarla görüşmək, onları inandırmaq, seçki platformasını qurmaq, seçki qərargahının işini təşkil etmək və s. Amma bizdə seçkiqabağı namizədliyin irəli sürülməsi kütləvi hal olduğu üçün hər kəs elə düşündü ki, namizədliyini verməklə böyük bir iş görür. Sonradan məlum oldu ki, vəziyyət daha ağırdır. İnsanlarla görüşməlisən, onlara öz baxışını, proqramını, platformanı təqdim etməlisən".
Ə.Nuriyev hesab edir ki, seçicilərin namizədləri necə qarşılayacağı onların verəcəyi vədlərdən asılı olacaq: "Bunu yavaş-yavaş öyrəndilər. Bundan əlavə, başqa bir məsələ isə seçki texnologiyalarının tətbiqi ilə bağlıdır. Yeni innovativ texnologiyaların tətbiqinə çox az nümunələrdə rast gəlirik. Namizədlər daha çox sosial şəbəkələrdən bunu reallaşdırır. Elə zənn edirlər ki, seçki virtual keçiriləcək. Namizədlərin geri çəkilməsi ilə bağlı digər səbəb odur ki, onlar növbəti mərhələyə tab gətirə bilmirlər. Çünki tələblər yüksəkdir. Rəqabət imkanları yoxdur. Bəzilərinin isə özünü bu və ya digər şəkildə göstərmək üçün namizədliyini irəli sürdüyünü deyə bilərik".
Fond rəhbəri qeyd edib ki, namizədliyin geri götürülməsi ilə bağlı heç bir inzibati təsir olmayıb: "Yəni, mən bunu görmədim. Əlbəttə ki, namizədliyini geri götürmüş şəxslərin bu istiqamətdə bəyanatlarını da müşahidə etmədim. Eyni zamanda təzyiq olub-olmaması ilə bağlı məlumatlara rast gəlmədik".
Ə.Nuriyev bəzi namizədlərin öz əmlakları barədə heç bir məlumat vermədiyini vurğulayıb: "Mərkəzi Seçki Komissiyası da bu barədə məlumat verdi. Yəqin ki, yoxlamalar davam edəcək. Çünki seçki prosesində ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, namizədlər öz əmlakları haqqında dolğun məlumat versinlər. Bəzi dairələrdə 26 namizədin olduğunu görürük. Bu da kəskin rəqabətdən xəbər verir. Seçkiyə maraq oyadan əsas təsir qüvvələrindən biri də Kütləvi İnformasiya Vasitələridir. Hazırkı vaxtda pullu efir vaxtı kifayət qədər bahalı olduğu üçün demək olar ki, heç kəs istifadə etmir. Bundan əlavə, sistemli olaraq partiyaların kampaniya apardığının şahidi olmuruq".
Hüquqşünas vurğulayıb ki, namizədlərin çoxluğunu seçki fəallığının göstəricilərindən biri kimi qiymətləndirmək olar: "Ümid edək ki, seçkilər mahiyyət etibarilə yeni parlamentin formalaşmasına kömək edəcək və islahatların aparılmasına öz töhfəsini verəcək".
Məhərrəm Əliyev
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR