Nida Təhlil
Prezident bir daha nümayiş etdirdi ki... - Aydın Quliyev
Azərabaycan Prezidentinin belə bir mövzunu qaldırması dövlətimizin dünyanın hər yerində, istənilən situasiyada öz vətəndaşlarının hüquq və siyasi mənafelərinin müdafiəsində nə qədər ardıcıl mövqe tutduğunu bir daha göstərdi.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbayacn Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdəki çıxışına münasibət bildirərkən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun fikrincə, bu mövzunun qabardılması Ermənistanın diplomatiyasına Azərbaycanın növbəti bir zərbəsidir: “Prezident bir daha nümayiş etdirdi ki, Qarabağ probleminin həlli istiqamətində istənilən razılaşmanın icra olunmasında maraqlıdır. Şahbaz Quliyev və Dilqəm Əsgərovun, ümumiyyətlə, bütün əsir və girovların azad olunması yalnız humanitar məsələ deyil. Bu, eyni zamanda Qarabağ probleminin həlli prosesini tərpətmək üçün tərəflərin bir-birinə inamının və etimadının yaradılması məsələsidir. Təəssüf ki, bir neçə il əvvəl iki dövlət başçısının çox çətinliklə nail olduğu razılaşma Ermənistan tərəfindən təxribat edilir və həyata keçirilmir. İki il əvvəl ölkələr əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi barədə razılığa gəliblər. Azərbaycan dəfələrlə bu razılaşmaya sadiq olduğunu nümayiş etdirib və hətta bu yöndə addım da atıb. Ancaq Ermənistan rəhbərliyi, xüsusilə də Dilqəm və Şahbazın məsələsini əlahiddə bir məsələ kimi gündəmdə saxlamaqda və faktiki olaraq “hamının hamıya” prinsipinin iflasa uğramasında maraqlıdır. Ertmənistan rəhbərliyi Şahbazı və Dilqəmi tamamilə başqa statusda olan şəxslər kimi təqdim etməyə çalışır. Əslində isə bu insanlar heç bir əsas olmadan girov saxlanılan mülki şəxslərdir. Bu məsələnin qaldırılmasından sonra konfransda iştirak edən ölkələrin Ermənistana daha ardıcıl təzyiq göstərməsinin labüd olduğunu gözləyirik”.
Aydın Quliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan da danışıb: “Prezident İlham Əliyev Münxendə Avropanın enerji təhlükəsizliyi və əməkdaşlıq konsepsiyasına yeni strateji tezislər gətirdi. Prezident çıxışında ilk növbədə daha çox Avropanın enerji təhlükəsizliyi üçün önəm daşıyan çağırış etdi. Məlumdur ki, Cənub Qaz Dəhlizi daha əvvəllər Azərbaycanın səyləri ilə Avropa Birliyinin ümumi maraqlarında olan layihələr sırasına salınıb. Azərbaycan Prezidentinin yeni qaz seqmenti sayılan İon-Adriatik kəmərinin ikinci fazasının da Avroittifaqın layihələri sırasına salınması barədə təklifi Avropa Birliyinə yeni strategiya təqdim etmək baxımından çox əhəmiyyətlidir”.
Tağı Həsənov
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO