Nida Təhlil
Adil Qeybulladan QORXUNC KORONAVİRUS AÇIQLAMASI: Vətəndaşlar belə yanaşarsa, apreldə…
“Bəzi vətəndaşların məsuliyyətsizliyi dəhşətli faktlara yol aça bilər”.
Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

Professor bildirib ki, bəzi məsuliyyətsiz vətəndaşlar özlərinin və başqalarının həyatını risk altına atmaqda davam edirlər: “Koronavirusla bağlı yetərincə məlumatlar, tövsiyələr hər yerdə paylaşılır, dərc olunur. Pandemiyanı hələ tam dərk etməyənlər var. Yollarda yenə maşınlar və vətəndaşlar harasa gedirlər, riski daha da artırırlar. Bu, belə olmalı deyil. Prosesin sonundakı dəhşəti anlamırlar. Düşünürəm ki, tədbirlər bir az da sərtləşdirilməlidir.
Yoluxma və ölüm faktının artmasının ilk növbədə günahkarı bəzi vətəndaşlardır. Bu qədər maariflənmə işlərinin getməsinə baxmayaraq, infeksiyanı ciddiyə almır, görməzdən gəlirlər. Ssenari belə davam edərsə, aprel ayında yoluxma faktları ilə bağlı artım gözləyirəm. İnkubasiya dövrünü bitirərək, xəstəliyi üzə çıxan insanlar olacaq. Biz nə qədər intizama riayət etsək, o qədər az itki ilə mübarizədən ayrılacayıq. İntizamı nə qədər pozsaq, o qədər də çox itki verəcəyik. İşin 60-70%-ni təmasların məhdudlaşdırılması və gigiyena qaydalarının gözlənilməsi təşkil edir”.
Adil Qeybulla koronavirusdan sağalan xəstələrin sonradan ağciyərlərində müəyyən fəsadların meydana çıxdığını da istisna etməyib. Həkim bu baxımdan vətəndaşları karantin qaydalarına ciddi riayətə səsləyib: “Əgər ağciyər zədələnibsə, bu, artıq koronavirusun ağırlaşmış mərhələsidir. Yəni bu mərhələdə hətta sağaldıqda belə müəyyən fəsadlar qalır. Ağciyər çatışmazlığını nümunə üçün deyə bilərik. Ona görə də bu virusun ən böyük problemi atipik pnevmaniya yaratmasıdır. Koronavirus hər bir insanda müxtəlif cür özünü göstərir. İmmun sisteminə görə bu əlamətlər dəyişir. Əsasən xəstələrin ağciyərlərində ağ ləkələr görünür ki, bu da rentgenoloqların “buzlu şüşə” tipi şəklində subpleural sıxılma ocaqları adlandırdıqları əlamətlərdir. Bu sindrom atipik pnevmaniya yaradır və həmin yerdə çapıq inkişaf edir. Təsəvvür edin ki, böyük bir panelin içərisindən oksigen bədənə ötürülür. Ancaq ağciyərin alveollar səsi azalır. Azaldıqda isə tənginəfəslik yaranır. Xüsusilə, hərəkət etdikdə bu baş verir. Ağciyər prosesə qoşulduğu təqdirdə, xəstəlikdən sağalan adamlarda bəzi problemlər meydana çıxa bilər. Ağciyər zədələndiyi təqdirdə boğulma hissi - yəni hipoksiyadan xəstələr həyatını itirir”.
Məhərrəm Əliyev
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



