Koronavirusu ERMƏNİLƏR YAYIR, ÇÜNKİ... - Sensasion PLAN ÜZƏ ÇIXDI
Bizi izləyin

Nida Təhlil

Koronavirusu ERMƏNİLƏR YAYIR, ÇÜNKİ... - Sensasion PLAN ÜZƏ ÇIXDI

Koronavirus pandemiyası dünyanı bürüyəndə yoluxmanın qarşısını almağın yollarından biri kimi nağd pul kütləsindən imtina olduğu gündəmə gəldi. İddia olundu ki, virus pul kütləsinin üzərində qalır və insanlar arasında yayılmaya səbəb olur. Bu yanaşma oluqca məntiqlidir, hərçənd, dünyada nağd puldan imtinanın hansı gələcəyə doğru getdiyimiz və kimlərin marağında olduğu fonunda şübhələrə də yol açır.

Publika.az
xəbər verir ki, bu şübhələri artıran açıqlamalar da var. Misal üçün, Rusiya İqtisadi Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru Valentin Katasonov iddia edir ki, nağd pulun ləğvi insanlar üzərində ümumi nəzarət qurmaq istəyən qlobal güclərin planlarında əsas istiqamətlərdən biridir.

Koronavirusun pandemiya elan olunması və dünyada böyük təşvişin yaradılması da virusun məqsədli şəkildə şişirdildiyinə dair ehtimalları artırır.

Bu ehtimallar fonunda Ermənistanın atdığı addım diqqətdən yayınmadı.

Ermənistanın Mərkəzi Bankı koronavirusun yayılmasını məhdudlaşdırmaq məqsədilə nağd puldan tədricən imtina edəcəklərini açıqladı, həmçinin, insanlara nağd puldan istifadə etməməyi tövsiyə etdi. İndiyə qədər yalnız Çin belə bir təşəbbüs irəli sürüb.

V. Valentin Katasonov hesab edir ki, nağdlaşmanı sıradan çıxarmaq istəyən qlobal güclər Ermənistanı meydan kimi seçiblər.

“Əvvəllər bu arqument 20-ci sırada dayanırdı, indi onu birinci sıraya daxil edirlər”, - rusiyalı professor bildirib.

“Kavkazplus” saytı yazır ki, erməni diasporu qlobal planlara xidmət etmək üçün koronavirusun yayılması prosesində aktiv iştirak edir: “Bunu təkcə Ermənistanda yox, etnik ermənilərin yüksək vəzifədə çalışdığı ölkələrdə də edirlər”.

Ukraynanın daxili işlər naziri, etnik erməni olan Arsen Avakovun addımları buna nümunə kimi göstərilir.

“Avakov mümkün hər şeyi edir ki, epidemiya Ukraynada tez yayılsın. Misal üçün, sərhədlər bağlanmadı və Avropada virusun yayıldığı ölkələrdəki minlərlə ukraynalının ölkəyə qayıtmasına şərait yaradıldı. Sərhədlərdə insanların çoxkilometrlik növbələri yarandı. Bu sıxlıqda nə qədər insanın virusa yoluxduğuna heç kim zəmanət verə bilməz. Bununla yanaşı, Ukrayna tərəfi ölkəyə gələnlərin heç birini yoxlamır, karantində saxlamır və evlərinə buraxırdı. Avakovun hərəkət məhdudiyyətinə nəzarət edən polis rejimi özbşına qərarlar verdi. Kiyevdə əvvəlcə metro dayandırıldı, buna görə də ictimai nəqliyyatda sıxlıq yarandı. Polis patrulları insanları qrup halında ictimai nqəliyyata buraxırdı, nəticədə dayanacaqlarda basabas oldu”, - sayt yazır.

Məqalədə iddia olunur ki, erməni lobbisinin güclü olduğu ölkələrdə koronavirusun yayılması üçün şəraitin yaradıldığı müşahidə olunur və bu, qlobal güclərin məhvedici planlarına xidmət etmək deməkdir: “Bunlardan biri nağdlaşmanın aradan qaldırılmasıdırsa, digəri epidemiyanın mümkün qədər çox yayılmasıdır. Cənubi Qafqazda virusa yoluxma faktının ən çox Ermənistanda olması da diqqət çəkir”.

Bu iddialar fonunda tarixi hadisələr yada düşür. Dünyada milyonlarla insanın ölümünə səbəb olan taun pandemiyaları zamanı ermənilərin batil inanclarına əsaslanıb ölüləri yandıraraq, “ziyafət” təşkil etdiyi və bununla epidemiyanın daha çox yayılmasına, daha çox insan təlfatına səbəb olduğu haqda kifayət qədər faktlar var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm