Nida Təhlil
Ermənistanın apardığı siyasətdə ciddi böhran mövcuddur - Politoloq
Dağlıq Qarabağda keçirilən “seçkilər”ə beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin Xarici İşlər Nazirliklərinin verdiyi reaksiya əlbəttə Azərbaycan prizmasından çox uğurlu bir addımdır.
Bunu Publika.az-a açıqlamasında politoloq Əhməd Əlili deyib.
Politoloq bildirib ki, xüsusilə nəzərə almaq lazımdır ki, bu cür reaksiya bildirən aktorların əksəriyyəti hazırda dünyanın aparıcı ölkələridir: “Bu da onu göstərir ki, artıq Avropa İttifaqı (Aİ) və Avropa ölkələri istiqamətində çox ciddi uğurlar var. Ermənistanın apardığı siyasətdə ciddi böhran mövcuddur. Onu da nəzərə almaq lazımdır ki Aİ-nin rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyü tam dəstəklənir. Əvvəlki illərdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstək ifadə olunurdusa, artıq tamamilə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək özünü göstərir. Düşünürəm ki, bu Azərbaycanın qələbəsinin rəsmi olaraq təsdiqlənmiş versiyasıdır”.
Əhməd Əlili qeyd edib ki, burada ATƏT-in bəyanatını xüsusi vurğulamaq lazımdır: “Bəyanatda qeyd olunur ki, konstitusiyanın hüquqi çərçivəsi tanınmır. Yəni bu ifadənin mənası o deməkdir ki, artıq uzun illər elan olunub ki, Dağlıq Qarabağın müqəddəratını Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə təyin edə bilər. Dağlıq Qarabağ erməniləri isə özlərinə çox zaman eksklüziv haqq tanıyırlar. Onlar düşünürlər ki, Dağlıq Qarabağın növbəti müqəddəratını yalnız onlar tanımalıdır. Son illərdə xüsusilə də ATƏT-in Minsk Qrupunun verdiyi bəyanat göstərir ki, Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı olmadan keçirilən istənilən siyasi tədbirin legitim gücü yoxdur. Və heç bir beynəlxalq ictimai aktor tərəfindən qəbul olunmur. Bu da onu göstərir ki, Azərbaycanın üstünlük verdiyi həll variantı beynəlxalq mediatrlara daha yaxındır və onlar çalışırlar ki, tezliklə Dağlıq Qarabağ ətafındakı rayonlar boşaldılsın. Dağlıq Qarabağ erməniləri ilə birgə yaşayış şəraitində növbəti illərdə oranın müqəddəratı təyin olunsun. Bu, emənilərin qətiyyən arzulamadığı bəyanatdır. Son seçkilər zamanı da Dağlıq Qarabağın erməni icmasının liderinin müəyyən olunması prosesində bəlli oldu ki, oradakı ermənilər arasında hədsiz narazılıq var. Düşünürəm ki, bu narazılıqların müəyyən hissəsi onunla bağlıdır ki, onlar baş verən danışıqlar prosesində özlərinin uğursuzluğa doğru getdiyini görürlər və hansı namizədin bu uğursuzluğun qarşısını qismən ala biləcəyini özləri üçün seçim etmək istəyirlər”.
Tağı Həsənov
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO



























