Nida Təhlil
Müxalifət karantin günlərini “onlayn müharibə” ilə yola verir...
Müxalifətin “satılmışlar” silsiləsindən olan serialı yenidən ekranlara dönüb. Amma bu dəfə oyunçular adətkar olduğumuz cəbhəçilərlə müsavatçılar yox, cəbhəçilərlə REAL-çılardır. Görünən budur ki, pandemiyanın səbəb olduğu zəruri karantin də müxalifətin “PUBG” oyununu xatırladan onlayn müharibəsinə heç bir təsir göstərmir.
23 apreldə Ali Məhkəmənin Plenum iclasında REAL Partiyasının sədri İlqar Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Qərara əsasən, İlqar Məmmədova qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya da təyin edilib.
Bu hər bir ölkənin siyasi təcrübəsində baş verən hadisədir. Azərbaycanda hakimiyyətin siyasi islahatları fonunda isə xüsusilə diqqət çəkir. Düz məntiqlə müxalifət nümayəndələri bunu dəstəkləməli, siyasi yumşalmanı, ələxüsus da həmrəyliyin hava-su kimi vacib olduğu bu pandemiya dövründə alqışlamalı idi. Amma və lakin...
AXCP “satılmışlar” serialını yenidən ekranlaşdırmağa başladı. İlk hücum ABŞ-da yaşayan və internet platformasında Milli Şuranın əsas dəstəkçisi olan Sevinc Osmanqızı tərəfindən edildi. Osmanqızı Qubad İbadoğlu və Gültəkin Hacıbəyli ilə müzakirə zamanı dolayısı ilə “REAL-ı hakimiyyətə işləməkdə” ittiham etdi. Başqa bir verilişində isə Altay Göyüşovu ittiham edib. Göyüşov isə Osmanqızııa sosial şəbəkədə “fırıldaq” adlandırıb: “Moşennikdir Sevinc” (İfadə olduğu kimi saxlanılıb-red).
Osmanqızı cavab olaraq yazır: “Qədeşbala” professor Altay Göyüşöv məni bəyənmir, təəccüblənmirəm, amma “fırıldaq” dediyi nədir? Mən onun kimi gah Reala girib, gah çıxıb, gah yenə girib, yenə çıxmıram. Çörək kəsdiyim dostlarımı (Azər.. İlqar...Erkin...) bir-bir satmıram. Burada Vaşinqtonda qrant alıb, “mən Azərbaycana getsəm, həbs edərlər” deyib, sonra rahat Azərbaycana qayıtmıram. Günün neçə saatını müxalifətçi olub, neçə saatını kuzenimlə (əmi nəvəsi, prezidentin köməkçisi Yusif Məmmədəliyevlə) müxalifəti necə yıxmağı müzakirə etmirəm”.
Göyüşov cavabında “Mən səni hər zaman fırıldaq saymışam” deyib.
O, Vaşinqtonda olduğu illərdə də onu heç zaman axtarmadığını, onunla əlaqə yaratmaqda maraqlı olmadığını vurğulayıb: “Vaşinqtonda olanda özün mənə zəng edib, filan layihə var demisən, verilişinə dəvət etmisən. “Qədeşbala” idimsə niyə çağırırdın verilişinə, niyə təmas qururdun? Mən bu adama inanmıram”.
Prezidentin köməkçisi Yusif Məmmədəliyevin əmisi nəvəsi olduğunu bildirən Göyüşov Sevinc Osmanqızının faktları təhrif etdiyini iddia edib: “Bunun yalanı nədir? Deyir ki, guya onunla görüşür və müxalifəti dağıtmaqla bağlı danışırıq. Onu bir neçə il əvvəl atasının yasında görmüşəm. Ondan sonra da onu təsadüfən Opera Teatrında görmüşəm”.
A.Göyüşovun İlqar Məmmədovu müdafiə etdiyi statusundan sonra açıq müstəviyə keçən bu davanın arxasında AXCP-nin olduğu Natiq Ədilovun fikirləri ilə ortaya çıxdı.
Ədilov Göyüşovu, ümumilikdə REAL-ı hədəf alaraq yazır: “Sevinc xanım Osmanqızını Altay Göyüşov məsələsində birmənalı dəstəkləyirəm. Məni əslində buna vadar edən Altay müəllimin qrant proyektlərindən xudmani pay almaq istəyən, orta çaplı bir polisin “əəə” xitabını eşidəndə sarısını udan, amma Milli Şura və Xalq Cəbhəsinə hücumları ilə Atlant kimi görünmək istəyən zavallı bir zümrənin Sevinc xanıma total hücumu oldu. Bu insanların dərdi kiməsə haqsızlıq-konkret halda Altay müəllimə, olduğunu görüb dilə gəlmələri deyil. Əsla. Altay müəllimə alqış qətiyyən, onun qara gözlərinə görə deyil, yuxarıda yazdığım kimi; müəllim son dövrlər səliqəli formada qrantlar əldə edir. Bir çox zirəklər də düşünür iki-üç kəlmə Osmanqızının, Altay Göyüşovun dərdinə dönən Milli Şuranın ünvanına döşəyib o qrant projelərindən pay qoparmaq pis olmazdı. Məşhur ifadə ilə desək “niyə də yox”.
AXCP-nin sözçüsü Göyüşovu REAL-çı dostlarını satmaqda ds ittiham edib. Göyüşov isə bu ittihamlara cavabında AXCP-ni sərt tənqid edib.
“Hakimiyyət də qrant ittihamı ilə kimisə xalq düşməni elan edir, iqtidara müxalif olub, amma sistemə müxalif olmağı bacarmayanlar da bunu edir. Hakimiyyət də opponentlərinə ermənipərəst deyir, iqtidara müxalif olub, sistemə müxalif ola bilməyənlər də opponentlərində erməni qanı axtarır. İsmayılın (cəbhəçilərin Avropada yaşayan jurnalist İsmayıl Cəlilovu təhqir etməsini nəzərdə tutur-red) başına gələn birinci hadisə sübut etdi ki, dəyər məsələsində bəzi guya hakimiyyətə müxalif şəxslər liberal-demokratik dəyər daşıyıcısı, filan deyillər. Əslində, müxalifliyi gözdən salmaqla, bununla da mövcud sistemi möhkəmləndirməklə məşğuldurlar, bilərəkdən, ya bilməyərəkdən. Güman edirəm ki, dar düşüncəli Mirzəyeva (Sevinc Osmanqızı) bu biabırçılığa etiraz edən Cəmil müəllimi çörək kəsdiyi dostlarını satmaqda günahlandırmaz. Əlindəki vasitədən adekvat istifadə etməyi bacarar. Əks təqdirdə, fəaliyyəti ölkədə liberal-demokratik sistemin qurulmasına deyil, feodalizmin möhkəmlənməsinə dolayısı ilə xidmətdir. Ya biclikdən, ya bisavadlıqdan, burasını artıq bilmirəm... Ona görə də bu sistemin qurulmasında, onun formalaşmasında əvəzsiz xidmətləri olmuş Əli İnsanov kimilər hakimiyyətdən incik düşən kimi müxaliflər onu qollarını açıb qucaqlayırlar. Çünki davaları sistemin mahiyyəti ilə deyil. Dəyişiklik xalq fərqi görəndə və məhz bu fərqi gördüyünə görə mübarizəyə ruhlananda olacaq”, - o bildirib.
Virtual toqquşmalar davam edir. Amma dünyanın karantin günlərində olduğu bir vaxtda ölkə müxalifətinin nəylə məşğul olması da diqqətdən yayınmır.
Asif
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO