Nida Təhlil
Yumşaldılma təzahürlərindən sui-istifadəyə yol verilməməlidir - ŞƏRH
"Azərbaycan növbəti dəfə nümayiş etdirdi ki, koronavirusla bağlı tədbirlər düşünülmüş və planlı şəkildə həyata keçirilir".
Bunu Publika.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, tədbirlərin sərtləşdirilməsi mərhələli şəkildə həyata keçirildiyi üçün yumşaldılması da eyni templə davam etməlidir: "Bakı, Sumqayıt, Abşeron və Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində yumşaldılmanın sürət və miqyasının bir-birindən fərqli qaydada həyata keçirilməsi indiki şəraitdə ən uyğun olan addımdır. Bundan başqa bölgələrdə və mərkəzdə, dövlət müəssisələrində iş rejiminin bərpasının da mərhələli şəkildə həyata keçirilməsi ajiotajın yaranmamasına xidmət edir.
Poçt mərkəzlərinin bölgələrdə və bütöv Azərbaycanda fəaliyyətinin bərpası xüsusi məna daşıyır. Bir daha nümayiş etdirilir ki, koronavirusa qarşı həm qaydaların sərtləşdirilməsi, həm də yumşaldılması mərhələsində əhalinin sosial mənafeyinin ön planda görülməsi prioritetdir.
Pandemiyaya qarşı mübarizə tədbirlərinin yumşaldılması cəmiyyətin mənafeyinə xidmət edir. Tədbirlərin lazım olan effekti verməsi üçün cəmiyyətin prosesdə anlayışlı formada iştirakı vacib tələbdir. Yeni dalğadan qaçmaq üçün yumşaldılma təzahürlərindən sui-istifadə hallarına qəti şəkildə yol verilməməlidir".
Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
