Nida Təhlil
Azərbaycan həm də bəşəri dövlət olduğunu nümayiş etdirdi - ŞƏRH
“Azərbaycan 120 dövlətin üzv olduğu və BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat kimi qəbul olunan Qoşulmama Hərəkatına rəhbərlik edir. Pandemiya dövründə ölkə başçısı İlham Əliyev təşəbbüs göstərərək Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsini təmin etdi. Biz bir daha əmin olduq ki, 30 illik müstəqillik dövründə çox böyük beynəlxalq nailiyyətlər əldə edən Azərbaycan milli-mənəvi dəyərlərini qoruyan milli dövlət olmaqla yanaşı, bəşəri dövlət olduğunu da ortaya qoydu”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatı Forumunun prezidenti Rauf Zeyni bildirib. Onun sözlərinə görə, ölkə başçısının təşəbbüsü ilə ötən gün keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü, 120 dövlətin təmsil olunduğu böyük beynəlxalq təşkilatı ölkəmizin ən yüksək səviyyədə, beynəlxalq normalar çərçivəsində idarə etdiyini bir daha göstərdi:
“Prezident İlham Əliyevin milli-bəşəri və mütərəqqi siyasət həyata keçirməsi Azərbaycanı qısa müddətdə dünya arenasına çıxarmaq məqsədi güdür. Bu da öz həllini tapdı. Bu gün ölkəmiz 120 dövlətin üzv olduğu və BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat kimi qəbul olunan Qoşulmama Hərəkatına rəhbərlik edir. Dünən bir daha əmin olduq ki, ölkəmiz 30 illik müstəqillik dövründə çox böyük beynəlxalq nailiyyətlər əldə edib. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir”.
Rauf Zeyni qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərə, bütün dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrə malik, eyni zamanda beynəlxalq miqyasda geniş, çoxşaxəli siyasət yürüdən, xalqımızın qədim, milli dəyərlər sisteminə malik olduğunu nümayiş etdirdi:
“Azərbaycan hazırkı mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, pandemiya ilə mübarizədə səylərin səfərbər olunmasına ciddi töhfələr verir. Ölkəmizin beynəlxalq arenaya çıxmasına çox böyük ehtiyacı var. 120 ölkənin prezidenti, baş nazirinin iştirak etdiyi müşavirədə Prezident İlham Əliyevin milli-bəşəri və mütərəqqi düşüncəsi, bütün məziyyətləri üzə çıxdı. Biz nəinki Azərbaycanda idarəetməni bacarırıq, eyni zamanda dünyada da bizə etimad göstərib təqdim olunan bütün idarəetmələrdə özümüzü yüksək səviyyədə təqdim edə bilərik. Öz potensialımızı beynəlxalq miqyasda da göstərə bilərik və göstəririk. Eyni zamanda bu konfrans bir daha sübut etdi ki, biz böyük bir təşkilatı ən yüksək səviyyədə, beynəlxalq normalar çərçivəsində idarə edirik”.
Akqabay Mıradov
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı





































