Nida Təhlil
Azərbaycan lideri COVID-19-a qarşı qlobal birlik yaratdı – Üç əhəmiyyətli STRATEGİYA
Dünyanın mövcud siyasi xəritəsi I və II böyük müharibənin nəticəsidir və bu xəritədə yalnız dəyişikliyi düzgün qiymətləndirən ölkələr sağ qala bilib. COVID-19 pandemiyasının yeni dünyanı şəkilləndirəcəyi perspektivi II Dünya müharibəsindən sonra ilk dəfə doğru strategiya izləməyi heç olmadığı qədər vacib edir: yeni dünyada öz ölkənin yerini müəyyən etmək və böyük dalğadan sağ çıxmaq.
Bunun üçün 3 istiqamətdə davamlı addımlar atmaq əhəmiyyətlidir:
1. Ölkə daxilində mümkün kataklizmlərin qarşısını almaq;
2. Regional və qlobal müstəvidə təşəbbüslərlə lokomativ rolunu üzərinə götürmək;
3. Ölkənin dünyanın siyasi xəritəsindəki yerini gücləndirmək;
Dünyanın ən güclü siyasi oyunçuları “özünəqapanma sindromuna” yoluxduğu və qlobal qəza sürətlə yaxınlaşdığı vaxtda Azərbaycan lideri ön plana çıxdı. Və heç də təsadüfi deyil, çünki bu, Prezident İlham Əliyevin indiyə qədər zamanında hərəkətə keçməsi, humanitar böhranların aradan qaldırılmasında atdığı addımların davamıdır.
- Azərbaycan muktikulturalizmin və svilizasiyalararası dialoqun memarıdır;
- Azərbaycan dünyanın üz-üzə dayanmış iki siyasi qütbünün – ABŞ və Rusiyanın, eləcə də hərbi qütblərin (NATO və KTMT) uzlaşdığı, problemləri masada həll etdiyi platformadır;
- Və budur, Azərbaycan pandemiyanın alt-üst etdiyi dünyanı qlobal qəzadan xilas etmək üçün hərəkətverici qüvvəyə çevrilir;
Prezident İlham Əliyev yeni dünyada Azərbaycanın siyasi aktor olması üçün 3 istiqamətdə strateji addımlar atdı.
Birinci istiqamət: Özündə geniş tədbirləri əhatə edən xüsusi karantin rejiminin tətbiqi ilə pandemiyanın ölkədə yayılması minimallaşdırıldı. Vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər nəticəsində son üç həftə ərzində xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun martın 23-də Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələr arasında Azərbaycanın adı birincilər cərgəsində gəlir.
Eyni mövqe pandemiyanın yaratdığı sosial-iqtisadi mənzərədə də açıq hiss olunur. Dünyanın ən inkişaf etmiş ölkələri belə pandemiyanın yaratdığı işsizlik və aclıq problemi ilə üzləşdiyi halda Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olundu. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Sahibkarlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Təsadüfi deyil ki, ölkənin dörd bir yanından vətəndaşlar görülən işlərə görə Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayırlar.
Təqdir təkcə ölkə daxilində yox, beynəlxalq müstəvidə də edilir. ÜST Azərbaycanı pandemiya ilə ən effektli mübarizə aparan ölkələr sırasına salıb, sosial-iqtisadi sferada həyata keçirilən tədbirlər isə dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir.
Ən əhəmiyyətlisi isə pandemiyaya qarşı mübarizədə vacib amil olan həmrəyliyin yaradılması oldu və nəticədə bu gün Azərbaycan COVID-19-la mübarizədə nümunə götürülən ölkədir.
İlham Əliyev ölkə daxilində mümkün kataklizimlərin yaşanmasının qarşısını aldı və regional, eləcə də qlobal müstəvidəki lokomativ rolunu üzərinə götürdü.
İkinci istiqamət: pandemiya təkcə səhiyyə və iqtisadi sferaya yox, həm də beynəlxalq münasibətlərə, siyasi əməkdaşlığa da təsir etdi. Dünya ölkələri “özünəqapanma sindormu”na yoluxduğunu deyə bilərik. Azərbaycan lideri bu məqamda pandemiyaya qarşı birgə mübarizə təşəbbüsünü irəli sürdü.
Aprelin 10-da Prezident İlham Əliyev Türk Şurasının sədri kimi videokonfrans formatında fövqəladə Zirvə görüşünü keçirdi. Bununla Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat oldu.
Bu, Azərbaycanın həyata keçirdiyi birinci təşəbbüs idi. İkinci təşəbbüs pandemiyaya qarşı təcrübə mübadiləsinin aparılması oldu. Üçüncü təşəbbüs isə ölkələrarası münasibətlərin qəzadan xilas edilməsi idi. Prezident İlham Əliyev türkdilli ölkələr arasında təmasın itməməsini və Türk Şurasının gələcəyinin təhlükə altına düşməməsini təmin etdi.
Azərbaycan digər əməkdaşlıq formatları üçün nümunə olan bu təşəbbüsü Qoşulmama Hərəkatında da həyata keçirməklə lokomitik rolunu regional müstəvidən qlobal müstəviyə keçirdi..
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü isə üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib.
Prezident İlham Əliyev bu Zirvə görüşündə də ilklərə imza atdı. Belə ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Bununla, Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu. Bu, Azərbaycan liderinin sədr kimi Qoşulmama Hərəkatını fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevirməsi idi.
Qlobal əhəmiyyətli təklif də Prezident İlham Əliyevdən gəldi. Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Faktiki olaraq, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.
BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Azərbaycanın təşəbbüsü və dəstəyi: Prezident İlham Əliyev ölkəmizin koronavirusla mübarizə təcrübəsini Qoşulmama Hərəkatının digər üzv ölkələri bölüşməyə və əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Zirvə görüşünün nəticəsi olaraq, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.
Koronavirusa qarşı qlobal mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayıran Azərbaycan pandemiya ilə mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdı. Bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.
Qlobal müstivədə dünyanın gələcəyi üçün əhəmiyyətli addımlar atan Prezident İlham Əliyev bununla həm də Azərbaycanın dünyanın siyasi xəritəsindəki yerini gücləndirdi.
Üçüncü istiqamət: Mövcud şəraitdə həyata keçirilən strategiya Azərbaycanın siyasi aktor olmaq potensialını daha da artırdı. Ölkəmiz qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya vasitəsinə, körpüyə çevrildi və bu, dövlətin gələcək perspektivləri baxımından olduqca əhəmiyyətlidir.
40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisidir. Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin videomüraciət ünvanlası, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir.
Təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulayıb.
Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir.
Bütün bunlar Azərbaycanın dünyanın yeni siyasi münasibətlərində aparıcı oyunçu olacağı deməkdir.
Asif Nərimanlı
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO