Nida Təhlil
Azərbaycan həyata keçirdiyi işlərlə dünyaya örnək oldu - ŞƏRH
"Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü həm Azərbaycanın dünyada olan mövqeyini möhkəmləndirir, həm də ölkəmizin humanitar problemlərə yanaşmasını göstərir".
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyətini belə izah edib: "Əvvəlcə Zirvə görüşünün aktual məsələlərə həsr olunduğunu qeyd etməliyik. Qoşulmama Hərəkatının üzvlərinin böyük bir qismi inkişafda olan ölkələrdir. Onlar pandemiyaya daha həssasdır və vəziyyətləri çətindir. Əlbəttə ki, bu ölkələrin imkanları çatmır ki, pandemiya ilə bağlı kifayət qədər lazımi işlər görüb, mübarizə aparsınlar. Ona görə də beynəlxalq dəstəyə ehtiyac var. Azərbaycan özünün sədrlik səlahiyyətlərindən istifadə edərək, ilk növbədə bu ölkələrin problemlərinə dünya ictimaiyyətinin diqqətini cəlb edib. BMT və ÜST-ü bu baxımdan nümunə deyə bilərik. Azərbaycan koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi işlərlə dünyaya örnək oldu.
Dövlətimiz humanitar davranış sərgiləyərək, izah etməyə çalışır ki, ehtiyacı olan ölkələrə yardım etmək lazımdır ki, qlobal səviyyədə daha böyük fəsadlarla nəticələnməsin və humanitar fəlakətə səbəb olmasın. Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın təşəbbüsünü dəstəklədiklərini vurğuladılar. Azərbaycan Prezidenti BMT Baş Assambleyası çərçivəsində də müzakirələrin təşkil olunmasını təklif etdi. Bu təklif isə bəyənilib.
Azərbaycanın sədrliyi formal xarakter daşımır və dövlətimiz öz səlahiyyətləri çərçivəsində vəzifəsini yüksək səviyyədə icra edir".
Məhərrəm Əliyev
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


