Nida Təhlil
Azərbaycan dünyanın pandemiyaya qalib gəlməsi üçün Yol Xəritəsi hazırladı - TƏHLİL
COVID-19 pandemiyası beynəlxalq münasibətlərdə kollaps yaratdı. Ölkələr pandemiyaya qarşı mübarizədə “özünəqapanma” yolunu seçdilər. Artıq Avropa İttifaqının gələcəyindən şübhə ilə bəhs olunur. Qlobal siyasətə yön verən Qərb yarımkürəsində ABŞ və Avropa eyni çatının altından qaçmağa başlayıb.
İtaliya və İspaniya Aİ-nin digər üzv ölkələrini onlara yardım etməməkdə ittiham edir, Almaniya virusla mübarizədə ən yaxşı model oldu, amma Berlin təcrübəsini müttəfiqləri ilə bölüşmədi. Əvəzində Fransanın İtaliya və İspaniyaya məxsus tibbi ləvazimatları ələ keçirdiyini gördük. Almaniya eyni addımı Fransaya, ABŞ isə ümumilikdə Avropaya qarşı atdı. Şərq yarımkürəsində bu qədər xaos yaşanmasa da, ölkələr “özünəqapanma” yolunu tutdular. Halbuki, ümumi problemə qarşı yeganə mübarizə yolu həmrəylikdir, bu həm ölkələrin daxilində, həm də beynəlxalq müstəvidə keçərlidir.
Beynəlxalq səviyyədə ilk həmrəylik addımı mayın 4-də atıldı və bu, təşəbbüsün müəllifi Azərbaycan Prezidenti İlham Əliyev oldu.
Azərbaycan lideri öncə pandemiya ilə mübarizədə ölkə daxilində həmrəylik modelini yaratdı. Sadə vətəndaşdan tutmuş dövlətin yüksək səviyyəli rəsmilərinə qədər hər kəs ümumi bəlaya qarşı birgə mübarizə apardı, nəticədə epidemiyanın yayılması minimallaşdırıldı. Buna paralel olaraq, dövlət 2 milyard dollarlıq sosial-iqtisadi paketlə vətəndaşların karantin rejimində həyat səviyyəsinin aşağı düşməsinin, eləcə də digər ölkələrdə baş verən sosial-iqtisadi münasibətlərin pozulması təcrübəsinin yaşanmasının qarşısını aldı.
Azərbaycan lideri bu modeli ilk olaraq türkdilli ölkələr arasında həmrəyliyin yaradılması ilə regional müstəviyə çıxardı. Aprelin 10-da Prezident İlham Əliyev sədr kimi Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşünü keçirdi və üzv ölkələr pandemiyaya qarşı birgə mübarizə yolunu seçdilər. Bu, həm də dünyada pandemiyaya qarşı dövlət başçılarının ilk Zirvə görüşü idi.
Prezident İlham Əliyev ölkə daxilində yaratdığı həmrəylik modelinə regional müstəvidə nail olandan sonra beynəlxalq müstəviyə daşıdı. Qoşulmama Hərəkatının sədri kimi Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü pandemiyaya qarşı beynəlxalq müstəvidə ilk həmrəylik addımı idi. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Beləliklə:
- 120 dövlət arasında pandemiyaya qarşı yeganə mübarizə yolu olan həmrəylik yaradıldı;
- Azərbaycan digər ölkələr və təşkilatlar üçün model yaratdı;
- Avropa İttifaqı rəsmisinin Zirvə görüşündə iştirakı və çıxış etməsi Azərbaycanın iki qütbün həmrəyliyinə nail olması uğuru idi. Aİ rəsmisinin Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı Hərəkatın tarixində ilk dəfə baş vermiş hadisədir. Prezident İlham Əliyev bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu;
- Azərbaycan bununla qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında körpü yaratdı;
Bu strategiya postpandemiya dövründə həm Azərbaycan, həm də bəşəriyyət üçün müsbət perspektivlər vəd edir.
Azərbaycan coğrafi olaraq kiçik olmasına baxmayaraq, böyük dövlətlərin etmədiyini, yaxud edə bilmədiyini etdi və bu təşəbbüslər ölkəmizin qlobal müstəvidə əhəmiyyətini artırdı.
Siyasi nüfuz: Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısında 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etməsi, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin videomüraciət ünvanlaması Azərbaycana və Prezident İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisidir. Təsadüfi deyil ki, Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyəti təqdir olundu, çoxsaylı təşəkkürlər bildirildi. BMT-nin baş katibi video müraciətində bu problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirdi, Azərbaycan Prezidentinə belə bir görüşü çağırmasına görə təşəkkür edərək, BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğuladı.
Bütün bunlar Azərbaycanın siyasi nüfuzunun daha da güclənməsi deməkdir. Siyasi nüfuz təbii ki, siyasi dividentlər gətirir və Azərbaycan liderinin beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizə təşəbbüsləri həm də post-pandemiya dövrü üçün əldə edəcəyimiz dividentlərin başlanğıcı oldu.
Siyasi divident: Prezident İlham Əliyevin bu addımları Azərbaycanın siyasi-humanitar problemlərin həllində aparıcı məkan olması potensialını artırır. İstər pandemiya ilə mübarizə dövründə, istərsə ondan sonra Azərbaycan iki qütbün həmrəyliyinə nail olan körpü olmaqda davam edəcək və təbii ki, bu, ölkənin güclənməsi, beynəlxalq qərarların qəbul olunması zamanı maraqlarımızın təmin edilməsi ilə nəticələnəcək. Siyasi münasibətlər özü ilə iqtisadi imkanlar da gətirir.
İqtisadi divident: pandemiya bütün dünya iqtisadiyyatını böhrana sürüklədi və artıq qlobal müstəvidə iqtisadi münasibətlər zəncirinin qırıldığı ortadadır. Lakin Prezident İlham Əliyev Türk Şurasında həmrəylik yaratmaqla həm pandemiyaya qarşı regional mübarizə başlatdı, həm də üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin davam etdirilməsinə nail oldu. Eyni model Qoşulmama Hərəkatında da tətbiq olunacaq. Bu, Azərbaycanın birləşdirdiyi ölkələrlə iqtisadi münasibətlərinin inkişaf etməsinə səbəb olacaq.
Bəşəriyyət üçün çıxış yolu, Azərbaycan məhz bunu nümayiş etdirdi. Bütün dünya anladı ki:
1. Pandemiyaya qarşı birgə mübarizə mümkündür;
2. Pandemiyaya qalib gəlmək üçün siyasi maraqları və toqquşmaları kənara qoymaq lazımdır;
3. Ölkələr arasında pozulan siyasi-iqtisadi münasibətlərin bərpa edilməsinin yolu pandemiyaya qarşı mübarizədə həmrəyliyə nail olmaqdan keçir;
Beləliklə, Azərbaycan həm pandemiya ilə mübarizə, həm də post-pandemiya dövrü üçün Yol Xəritəsi də təqdim etmiş oldu.
Lakin Azərbaycanın bütün dünyanı pandemiyaya qarşı mübarizədə birləşdirmək səyləri bununla yekunlaşmır. Prezident İlham Əliyev Zirvə görüşündə BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu, ölkəmizin qlobal həmrəylik təşəbbüsü, həm də qlobal müstəvidə siyasi güc olması istiqamətində atılan mühüm addımdır.
Asif Nərimanlı
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO