"Şamaxıda görülən işlər Prezidentin hər bəyanatının arxasında real işin dayandığının sübutudur"
Bizi izləyin

Nida Təhlil

"Şamaxıda görülən işlər Prezidentin hər bəyanatının arxasında real işin dayandığının sübutudur"

Dünya azərbaycanlılarının lideri Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri koronavirus pandemiyasının iqtisadiyyata göstərdiyi bütün mənfi təsirlərə baxmayaraq, regionların sosial-iqtisadi inkişafının diqqət mərkəzində saxlanıldığının bariz nümunəsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Türkiyə Evinin icraçı direktoru, Diaspor Press İnformasiya Mırkəzinin sədri Toğrul Allahverdili deyib. O, qeyd edib ki, sosial layihələrin heç bir halda təxirə salınmayacağı ilə bağlı dövlət başçısının müəyyən etdiyi prinsipial yanaşma Azərbaycanın sosial dövlət modelinin prinsiplərinə sadiqliyinin nümayişidir: “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası davam edir. Cənab Prezident bölgələrdəki problemlərin həlli, müasir infrastrukturun yaradılması, yolların tikintisi, əhalinin içməli su probleminin həlli, suvarma sistemlərinin müasir tələblərə uyğunlaşdırılması, məktəb, uşaq bağçası, xəstəxana binalarının, mədəniyyət evlərinin, olimpiya mərkəzlərinin tikintisi ilə bağlı yüzlərlə sərəncam və fərman imzalayıb. Bütün bunların məntiqi nəticəsi olaraq regionların siması köklü şəkildə dəyişib və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bölgələrdə yaşayan insanların problemlərinin həllini, sosial rifah halının yaxşılaşdırılmasını daimi diqqət mərkəzində saxlayırlar. Dövlət başçısının regionlara səfərinin əsas məqsədlərindən bir də vətəndaşlarımızın üzləşdikləri problemləri onların öz dilindən eşitməkdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhəri səfəri zamanı Şamaxı sakinlərinin rahatlığı üçün ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxış keçirərək, rayonun Meysəri kəndində körpələr evi-uşaq bağşasının açılışında iştirak ediblər, yeni tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar. Qısa dövr ərzində Şamaxıda görülən bu işlər Prezident İlham Əliyevin hər bir sözünün, bəyanatının arxasında real işin dayandığını bir daha təsdiqləmiş oldu. Dövlət başçısı regionlara səfərləri ilə həm də məmurlara xalqla münasibətlərin qurulması ilə bağlı nümunə göstərmiş oldu: "Səfər zamanı diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olmaları və Pir Ömər Sultan ziyarətgahına baş çəkmələridir: “Bu onun göstəricisidir ki, Azərbaycanda dini və milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına böyük önəm verilir. Tarixi şəxsiyyətlərin mənəvi irsi, tarixi abidələr, məscidlər, ziyarətgahlar tarixilik mədəniyyətimiz üçün nə qədər böyük önəm daşıyırsa, onların qorunması, dağılanların bərpası, gələcək nəsillərə çatdırılması da bir o qədər vacib və savab işdir. "Son illərdə Azərbaycan mədəniyyətinin nümunələri olan bir çox tarixi abidə restovrasiya edilib. Xüsusən də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr uğurla icra olunub. Bu işlərin nəticəsində dağılmaq təhlükəsi ilə üzləşən məscidlər, türbələr, ziyarətgahlar bərpa olunub, itmək üzrə olan maddi və mənəvi irs yenidən xalqa qaytarılıb. Bilirsiniz ki, ziyarətgahlar böyük din xadimlərinin, şeyxlərin, haqq-ədalətə qulluq edən, ömürlərinin sonuna qədər dini dəyərlər əsasında yaşayan mömün insanlarının adları ilə bağlıdır. İndi onların qəbirlərinin bərpası, adlarına bağlı olan yerlərin abadlaşdırılması, yenidən ziyarətə açılması həm də həmin din xadimlərinin, şeyxlərin, mömünlərin ruhlarını şad edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm