Nida Təhlil
İnfeksionistdən XƏBƏRDARLIQ: İnsanlarda cavabdehlik hissi ikiqat artmalıdır
“Bu infeksiyaya yoluxanların günbəgün artdığı ərəfədə insanlarla görüşməmək, onlarla mümkün olduğu qədər az təmasda olmaq “ey insan, sənə hörmət edirəm, səni əziz tuturam” anlamına gəlməlidir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova deyib.
İnfeksionist yoluxma hallarının artma səbəblərindən söz açaraq, sosial izolyasiya tədbirlərinin mahiyyətini belə izah edib:
“Son günlərin statistikası bunu sübut edir ki, karantin yumşaldıqca, yoluxmalar artır. Şəxsi müşahidələrim göstərir ki, insanlarda bu yönümdə bir qədər arxayınlaşma gedir və onlar COVID-19-la mübarizəyə dair tədbirləri ciddiyə almırlar, passivlik nümayiş etdirirlər. Unutmayaq ki, Ümumdünya Səhiyyə Təşkilatının sözügedən infeksiyaya dair önəmli devizlərindən biri də “özünü qorumaq başqasını qorumağa bərabərdir” fikridir. Bu tövsiyə həqiqətən təqdirəlayiqdir. Çünki özümüzü qorumaqla çevrəmizdəkiləri də xilas etmiş oluruq.
Sosial məsafənin gözlənilməsində müəyyən çətinliklər mövcuddur. Belə olan təqdirdə fikrimcə, mahiyyət etibarı ilə filtr rolunu oynayan, mütəmadi istifadə üçün yararlı, hamının işlədə biləcəyi, ən etibarlı və ziyansız, qoruyucu effekti yüksək olan, tibbi (cərrahi-əməliyyat) maskalara daha çox prioritet verilməlidir, daha zəmanətli sayılmalıdır.

Burada həm də əksəriyyətin maska geyinməməsinin, üstəlik, onların düzgün geyilməməsinin də əhəmiyyəti az deyil. Alimlərin də yetkin rəyi ondan ibarətdir ki, virusun yayılmasını məhdudlaşdırmaq üçün fərdi qoruyucu vasitə kimi maskadan istifadə edilməlidir və sağlamların da maskadan istifadəsinin faydası var. Axı aramızda yüngül və simptomsuz formalı xəstələrin ola bilməsi mümkündür”.
Həkim vurğulayıb ki, ilk növbədə insanlarda cavabdehlik hissi ikiqat artmalıdır və bunu tam aydınlığı ilə dərk etməlidirlər:
“Bu infeksiyaya mübtəla olmamağın sadə düsturu var - mövcud qaydalara bütünlüklə riayət etmək. Yəni sosial məsafə, respirator və şəxsi giyiyena, tibbi maska. Onda bu sahədə aparılan işlər də arzu etdiyimiz müsbət nəticəni verə bilər”.

Məhərrəm
-
Hadisə17:09Bloqer Tünzalə Sultanovanın ölüm xəbəri yayıldı
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO



























