Nida Təhlil
Ermənistanda avtoritar idarəçilik proses halı alıb - RƏY
“Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildə hakimiyyətə hay-küylü demokratik şüarlarla gəlsə də, amma ötən bu müddətdə ölkədə baş verənlər Ermənistanın demokratik idarəçilikdən sürətlə uzaqlaşdığını və əslində avtoritar, diktatura idarəçiliyinə keçdiyinin proses halı aldığını göstərir”.
Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Ermənistanda repressiyalar var və Nikol Paşinyan hakimiyyətinin siyasi rəqibləri, hətta gələcəkdə təhlükə törədə biləcək insanlar da repressiyanın qurbanı olub:
“Digər tərəfdən, Paşinyan siyasi əqidəsi ona uyğun gəlməyən iş adamlarını, oliqarxları müxtəlif formalarda cəzalandırır. O, əslində Ermənistanda elan etdiyi prinsipləri tamamilə avtoritar və diktatura idarə üsulu ilə formalaşdırır. Bütün bunlara baxmayaraq, Ermənistana qarşı dünya miqyasında çox təəssüflər olsun ki, müəyyən sükutu və səthi yanaşmanı müşahidə edirik. Ölkədə parlament seçkilərini öz saxtakarlıqları ilə, xalqın iradəsini əks etdirməyən bir üsulla həyata keçirdilər. Bəzi beynəlxalq təşkilatlar buna açıq şəkildə susdular. Ermənistanın yeni rəhbərliyinin guya demokratik cəmiyyət qurmaq istəməsi və bir nümunə göstərməsi üçün ona fürsət verdilər. Amma bu gün çox təəssüf ki, ölkədə açıq diktatura yaratmaq siyasəti gedir. Ölkənin siyasi fiqurlarının repressiyalara məruz qalmasına, jurnalistlərin döyülməsinə, siyasi rəqiblərin avtoritar üsullarla sıradan çıxarılması və keçmiş dövlət rəhbərlərinə cinayət işinin açılmasına baxmayaraq, Qərbin bir sıra demokratik təşkilatları və dünya ölkələri buna çox təəssüflər olsun ki, susurlar. Onlar Paşinyanın hərəkətlərinə göz yummaqla guya onun Rusiyanın təsir dairəsindən çıxacağına inanırlar”.
Akqabay Mıradov
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava







.jpg)
























.jpg)
