Nida Təhlil
Pandemiya dövründə daxili turizmə böyük diqqət yetirilir - RƏY
Beynəlxalq videokonfranslarda iştirak edən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan rəhbərliyi maksimum tədbirlər görür ki, ölkə iqtisadiyyatı nə qədər mümkündürsə, az itkilərlə bu pandemiya dövrünü keçsin. Dünən Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə videokonfransda Prezident qeyd etdi ki, pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri də turizmdir. Çünki pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.
O bildirib ki, bu dövrdə insanların təhlükəsizliyi, sağlamlığı və onların həyatı ən mühüm məsələdir:
“Ölkəyə giriş-çıxışın dayandırılması turizmə zərər vurdu. Amma bütün bunlarla bərabər İlham Əliyev düzgün qeyd etdi ki, turizmin bərpa olunması üçün Azərbaycan bütün resurslara sahibdir. Ona görə də pandemiya imkan verərsə, bu imkanları və daxili, milli resursların hər birini səfərbər edərək Azərbaycan qısa müddətdə turizmin fəaliyyətini bərpa edərək daha yüksək səviyyədə inkişaf etdirə bilər.
Xaricilər Azərbaycanda hər il milyardlarla dollar xərcləyirlər. Bu, ölkə iqtisadiyyatına böyük valyuta axınıdır. Turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf olunub. Hotel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı şirkətləri ölkəmizə gəliblər. Ölkə başçısının da qeyd etdiyi kimi, pandemiya dövründə daxili turizmə böyük diqqət yetirilir. Bu, turizm infrastrukturunda yaranmış boşluğu doldurmağa kömək olacaq. Əlbəttə, turizm sahəsinin bərpa olunması müəyyən vaxt tələb edir. Videokonfransda da Prezident qeyd etdi ki, ölkəmizdə bu sahəyə sərmayə qoyulması bundan sonra da davam etdiriləcək və əcnəbi turistlər üçün daha yaxşı şərait yaradılacaq”.
Akqabay Mıradov
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

