Nida Təhlil
ABŞ polisinin bu addımı insanlıq və hüquq normalarına uyğundur - ŞƏRH
“ABŞ-da azərbaycanlılara qarşı vəhşilik edən ermənilərin axtarışı çoxdan gözlənilirdi. Bu, polisin peşə borcuna, hüquq qaydalarının tələblərinə tamamilə uyğundur. Çünki ABŞ kimi özünü demokratik ideallığın vətəni sayan ölkənin mərkəzində, insanların gözü önündə dinc aksiya iştirakçılarına qarşı vəhşiliyə yol verilib”.
Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, ABŞ-ın ölkəmizdəki səfiri də hadisədən dərhal sonra Bakıda mötəbər dövlət strukturları tərəfindən qəbul olunub, Xarici İşlər Nazirliyində söhbət aparılıb: “ABŞ səfiri də soydaşlarımızın keçirdiyi dinc aksiyaya ermənilərin quduz və qanlı basqınının təkzibolunmaz fakt olduğunu etiraf edib. Bu o deməkdir ki, ABŞ rəsmi dairələri, dövlət strukturları həqiqətən də orada dinc azərbaycanlılara qarşı cinayət törədilməsi faktını inkar etmir, birmənalı şəkildə qəbul edir. Ona görə də Los Anceles polisinin azərbaycanlılara qarşı zorakılıq etmiş bir neçə erməninin axtarışı və onların şəxsiyyətinin identifikasiyası ilə bağlı ortaya qoyduğu iradə tamamilə insanlıq və hüquq normalarına uyğundur. Eyni zamanda bu, dünyada artıq quduzlaşan və əndazəni aşmağa meyilli erməni mafiyasının, erməni diasporunun əl-ayağının yığışdırılmasında böyük rol oynaya bilər”.
A.Quliyevin sözlərinə görə, bu fakt Azərbaycan-ABŞ münasibətlərinin indiki yüksək tempinə və ruhuna tamamilə uyğundur: “Azərbaycan ictimaiyyəti arasında ABŞ-ın daxili və beynəlxalq məsələlərdə siyasətinin həqiqətən də humanist olub-olmadığı ilə bağlı fikirlərin, təsəvvürlərin dəqiqləşməsinə öz təsirini göstərəcək. Əgər ABŞ-da aydın olan bir faktla bağlı hüquqi araşdırma aparılmasaydı, polis belə bir elan verməsəydi və cinayətkar erməni gənclərinin izinə düşdüyünü ortaya qoymasaydı, Azərbaycan ictimaiyyəti arasında ABŞ-ın humanist və qanunun aliliyinə söykənən siyasətinə qarşı şübhə yaranacaqdı. Los Anceles polisinin atdığı bu addım Azərbaycanın haqq və ədalət mənafeyinə uyğun olduğunu göstərməklə bərabər, ABŞ haqqında da neqativ rəylərin əmələ gəlməsinin qarşısını alan mühüm amildir”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
